tarixi-iqtisadi
tarixi-memarlıq
OBASTAN VİKİ
İnqilabi klublar
İnqilabi klublar — Böyük Fransa inqilabı dövründə Parisdə yaranan inqilabi klublar: Yakobinlər Montanyarlar Jirondistlər İnqilabın ərəfəsində və gedişində inqilabi klubların çox böyük rolu olmuşdur. Bu klublar bir növ inqilabın mətbəxi idi. Konventə hazır formada təqdim olunan layihələr əvvəlcə klublarda müzakirə olunurdu. Klublar siyasi mövqelərinə görə seçilirdi. Siyasi xadimin mövqeyi və dünyagörüşü, üzvü olduğu klubun mövqeyin ilə müəyyən olunurdu. Məşrutə inqilabı zamanı Böyük Fransa inqilabının pərəstişkarı və bilicisi olan Əli Müsyonun fəal təşəbbüskarlığı ilə, Təbrizdə, Parisin inqilabi klubları modelində məhəllə əncümənləri təşkil olunmuşdur.
Erməni İnqilabi Federasiyası
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.
"Ədalət" inqilabi fəhlə təşkilatı
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır. Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar. Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi. Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı. 1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi.
Bakı Şəhər İnqilabi Müdafiə Komitəsi
Bakı şəhər inqilabi müdafiə komitəsi-Bakıda mart soyqırımı zamanı yaradılmış daşnak-bolşevik hərbi-siyasi orqanı. Bakı şəhər inqilabi müdafiə komitəsi 1918 il martın 30-dan 31-nə keçən gecə daşnak-bolşevik hərbi-siyasi orqanı olaraq Bakıda təşkil olunmuşdur. İnqilabi Müdafiə Komitəsi (İMK) martın 31-də özünün tərkibi və vəzifələri haqqında müraciətində Bakı şəhərinin və onun rayonlarının bütün sovet təşkilatlarını birləşdirən ali hərbi-siyasi orqan olduğunu elan etdi. Müraciət "hamını silaha sarılıb, sovet hakimiyyətini xalq düşmənlərindən müdafiə etməyə" çağırırdı. İMK öz fəaliyyəti haqqında Bakı Sovetinə vaxtaşırı məlumat və Qafqaz Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin qurultayı qarşısında hesabat verəcəyini bildirirdi. Komitənin tərkibinə Rusiya Xalq Komissarları Sovetinin Qafqaz işləri üzrə fövqəladə komissarı S.Şaumyan, Qafqaz ordusu Hərbi-İnqilab Komitəsinin sədri Q.Korqanov, Bakı Fəhlə, Əsgər və Martos Deputatları Sovetinin sədri P.Çaparidze, Bakı Hərbi-İnqilab Komitəsinin sədri İ.Suxartsev, S.Saakyan, S.Melik-Yolçyan və başqaları daxil idilər. Müraciətdə İMK tərkibinə daxil olmaq üçün " milli təşkilatların nümayəndələrinin rədd edildiyi" bildirilsə də, "əksinqilabla vuruşmada erməni milli hissələrindən istifadə etmək və hələ sağ eserlərin və daşnakların arxasınca gedən fəhlələri sovet hakimiyyəti tərəfində mübarizəyə cəlb etmək üçün İMK-ə həmin partiyaların nümayəndələrinin də dəvət olunduğu" göstərilirdi. Bu da təsadüfü deyildi, çünki S.Saakyan Bakı sağ eserlərinin, S.Melik-Yolçyan isə "Daşnaksutyun" partiyasının Bakı təşkilatının lideri idilər. İMK öz fəaliyyəti haqqında Bakı Sovetinə vaxtaşırı məlumat və Qafqaz Fəhlə, Kəndli, Əsgər və Matros Deputatları Sovetlərinin qurultayı qarşısında hesabat verəcəyini bildirirdi. "Əksinqilabla vuruşma" çağırışı daşnak-bolşevik güruhunun başçısı S.Şaumyanın qabaqcadan hazırladığı plana uyğun olaraq Azərbaycanın milli qüvvələrinə qarşı çevrildi və Bakının türk-müsəlman əhalisinin kütləvi soyqırımı ilə nəticələndi.
Türk Sosial-Federativ İnqilabi Komitəsi
Qeyrət Partiyası — Gəncədə formalaşan ilk milli siyasi qurum. 1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı. O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə formalaşan ilk milli siyasi qurum olan Qeyrət Partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.. Qeyrət Partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi. Qeyrətin üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Xəlilov və başqalarıdır.
Türk Sosial-Federativ İnqilabi Partiyası

Türk Sosial Federativ İnqilabi Komitəsi

Türk Sosial Federativ İnqilabi Partiyası

İran Kürdüstanı İnqilabi Xabat Təşkilatı
İran Kürdistanı Xabat Təşkilatı (کردی: سازمانی خەباتی کوردستانی ئێران) İran Kürdüstanında 5 sentyabr 1359-cu ildə İran kürd sünni ruhanisi Cəlaləddin Hüseyninin rəhbərliyi altında və bir sıra dini şəxslərin köməyi ilə yaradılmış siyasi və hərbi təşkilatdır. müəllimlər. Bu təşkilatın adı əvvəlcə İran Kürdüstanının Milli və İslami Mübarizə Təşkilatı (Xəbat) olub. Lakin təşkilatın 2003-cü ildə İraq Kürdüstanının Ərbil yaxınlığındakı Tobzava (Rozqari) şəhərində keçirilən üçüncü qurultayı zamanı adı dəyişdirilərək İran Kürdüstanının Xabat Təşkilatına çevrildi.
ABŞ tarixi
Amerika Birləşmiş Ştatlarının ərazilərinin tarixi ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı. 1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi.
Abxaziya tarixi
Abxaziya tarixi — Abxaziya ərazisi və bu ərazidə yaşayan abaxaz-adige xalqlarının tarixi. Abxaziya ərazisindəki ilk insan izləri Erkən Paleolit dövrünə təsadüf edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. VII–VI əsrlərdə baş vermişdir. E.ə. VI–IV əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın I əsrinin sonlarında Abxaziya ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır.
Adıge tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Adıgey tarixi

Albaniya tarixi
Albaniya ərazisində yaşayan qədim xalqlardan biri də İlliryalılardır. 1385-ci ildə Timurtaş paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serbiya və Bosniya kralları, Xorvatiya və Albaniya şahzadələri osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Osmanlı dövləti 1417-ci ildə bu ölkəyə daxil olub, 1913-cü ildə son Osmanlı Həsən Rza Paşanın şəhid edilməsi ilə də buranı tərk edib. İskəndər bəy deyilən Yorgi Kostriota 1443 ilə 1468 illəri arasında Osmanlı hakimiyyətinə qarşı girişilən üsyanı idarə etmişdir. Avropada müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və stalinizmin qatı tərəfdarı olan Ənvər Xoca 1946-cı ildən 1985-ci ilin aprelinədək, yəni ölənə qədər ölkəyə rəhbərlik etdi.
Almaniya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına baxmayaraq, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Almanya tarixi

Anadolu tarixi
Anadolu tarixi – Qərbi Asiya yarımadası, Anadolu ətrafında yerləşən dövlətlər və sivilizasiyaları əhatə edir. Latınca Asia Minor adlanan bu coğrafi ərazi müasir Türkiyə ərazisində yerləşir. Qərbdə Egey Dənizindən, şərqdə Ermənistan sərhədindəki dağlara şimalda Qara Dənizdən və cənubda Aralıq dənizinə qədər uzanır. Anadoludakı ilk sivilizasiya izlərinə orta və şərqi Anadoludakı arxeoloji tapıntılarda rast gəlinir. Burada qədim qədim xalqların – Xətti, Akad, Asar və Hitit sivilizasiyalarının qalıqları, xalqlarının gündəlik həyatları və ticarət həyatları ilə əlaqədar bir çox nümunələri qalıb. Hititlerin süqutunda sonra Anadolunun qərb yaxasında Lidiyalılar və Frigiyalılar səhnəyə çıxıb. O dövrdə onlar üçün tək təhlükə olaraq Fars İmperiyası görünürdü. Lidyalıları yıxan farsların dövründə də Anadoluda liman şəhərləri inkişaf etdi və zənginləşdi. Zaman zaman üsyanlar olsa da bu üsyanlar çox böyük təhlükə yaratmadı. Makedoniyalı İskəndər səhnəyə çıxandan və III Daraya qarşı qazandığı zəfərlərlə bütün bölgənin idarəsini ələ keçirəndən sonra onun ölümündən dərhal sonra, qazandığı torpaqlar güvəndiyi generallarından bir çoxları və ayaqda qalmağı bacaran Galya, Pergamon, Pontus və Misirdəki digər güclü hökmdarlar arasında bölüşüldü.
Andorra tarixi
Andorra tarixi — Andorranın yaranması tarixi haqda ilk məlumatlar 805-ci ilə istinad edir. Orta əsrlərdə əvvəl mavrlardan, sonra isə ispan və fransız feodallarından öz müstəqilliyini qoruyan çoban qəbilələri burada yaşamışlar. Bu ərazidə ağalıq üstündə ispan və fransız feodalların rəqabəti yüz illərlə davam etmişdir. 1278-ci ildən başlayaraq Andorra bəzi fasilələrlə İspaniya və Fransanın ikili protektoratı altında olur. 1278–1288-ci illərdə Urxel yepiskopu ilə (İspaniya) qraf de Fua (Fransa) bu ölkəni bölüşdürmək aktını imzalayırlar. Bu ikili asılılıq indi simvolik xarakter daşıyır. 1866-cı ildə Andorra konstitusiya qəbul edir.
Antarktida tarixi
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar. Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir.
Antarktidanın tarixi

Astronomiya tarixi
Astronomiya tarixi (ing. History of astronomy) Tarixi araşdırmalardan aydın olur ki, Qədim Yunanıstan, Çin, Hindistan, Misir və başqa ölkələrin alimlərinin Kainatın quruluşu haqqında elmi əsasları olan fikirləri formalaşmış və astronomiyaya aid olan bir sıra kitablar tərtib olunmuşdur. Həmin dövrün məşhur alimlərindən Hipparx, Ptolomey, Aristotel və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Göy sferi-nin ilk qlobusunu b.e.ə. II-ci əsrdə yaşamış Hipparx hazırlamışdır. Deyilənlərə əsasən aydın olur ki, ilk dəfə Hipparx ulduzları öz parlaqlığına görə ayırmış və Armilar dairəsi adlanan müşahidə cihazını kəşf etmişdir. Aristotel Kainatın quruluşu haqqında öz dövrünə görə yeni bir sistem yaratmışdır. Ptolomey isə Planetlərin Geosentrik sisteminin (mərkəzdə Yer olmaqla) yaradıcısı olmuşdur. Onun əsas elmi işi "Almagest" və ya "Məcəsti" adlanan astronomik əsərdir. Bu kitabın adının belə bir şəklə düşməsi əsrlər boyu ondan istfadə olunması ilə əlaqədardır.
Avropa tarixi
Avropa tarixi — Avropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir. Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır. Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim Yunanıstan və Qədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir. Orta əsrlərin əvvələrində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın Şərq və Asiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar. Yeni dövrüdən etibarən başlayan intibah və reformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar.
Avstraliya tarixi
Avstraliya tarixi — Avstraliya qitəsinin ərazi və xalqlarının tarixi. Avstraliyanın yerli əhalisinin əcdadları Cənubi Asiyadan gəlmiş və ehtimal ki, Son Paleolitdə burada məskən salmışlar. Təbii şəraitin ağırlığı və dünyanın başqa xalqları ilə ünsiyyətin olmaması Avstraliya qəbilələrinin (XVIII əsrin sonunda burada ümumi sayı 250-300 min nəfər olan təqribən 500 tayfa var idi) inkişafını çətinləşdirirdi. XVIII əsrin sonuna yaxın bu tayfalar hələ əkinçilik və maldarlığın nə olduğunu bilmirdilər. XVIII əsrin sonundan Avstraliya Britaniya imperiyasının müstəmləkəsi olmuşdur. 1788-ci ildə burada sonradan Sidney şəhərinə çevriləcək ilk ingilis yaşayış məntəqəsinin əsası qoyulmuşdur. Əvvəllər Avstraliya sürgün yeri idi. 1868-ci ilədək buraya 155 minədək adam sürgün edilmişdi. Bunlardan bir çoxu İrlandiyadakı üsyanların iştirakçıları, çartistlər və başqaları idi. Qitənin müstəmləkəyə çevrilməsi prosesi yerli əhalinin qırılması ilə müşayiət olunmuşdur.
Avstriya tarixi
Avstriya tarixi- Avstriyanın tarixi. Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi, 1664-cü ildə Osmanlı imperiyası ilə müharibəyə səbəb oldu. Avstriyalıların möhkəmləndirmiş olduqları və alınmaz saydıqları Uyyar qalası alındı. Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq, Vatikandan və Avropa dövlətlərindən yardım istədi, lakin türklər bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi. Nəticədə Avstriya imperatoru sülh təklif etdi. Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış sülh müqaviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytarıldı. Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstendə Polşa ilə müharibəyə başladı. Beş il davam edən bu müharibədə türklər qələbə qazandılar. Polyaklar osmanlıların Ukrayna üzərində hakimiyyətini qəbul etdilər. 1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi.
Avtomobilin tarixi
Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternativ enerji mənbələri ilə işləyən avtomobillər istehsal edilməyə başlayıb. İlk avtomobillər buxar maşınları olmuşdur. Bu zamanlar sürücü "Şofer", yəni fransız dilində "ocaqçı" adlanırdı. Çünki, sürücü onun ocağını qızdırmalı və bunun sayəsində maşını işə salmalı idi. Avtomobil yaranmasından etibarən inkişaf etmiş ölkələrdə insan və yük daşınması sahəsində əsas nəqliyyat vasitəsi olaraq qəbul edilmişdir. Avtomobil sənayesi İkinci Dünya Müharibəsindən sonra ən böyük sənaye qollarından biri olmuşdur. 1907-ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500.000-ə çatmış, İkinci Dünya Müharibəsindən biraz əvvəl bu say 50 milyonun üzərinə çıxmışdır. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdır. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdir.

Значение слова в других словарях