TAU-SAQQIZ

сущ. бот. тау-сагыз (дагълара экъечӀдай каучук квай гзаф йисарин са набатат).
TATARILAMAQ
TAUN
OBASTAN VİKİ
Tau-saqqız
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Saqqız
Saqqız — udulmadan çeynəmək üçün nəzərdə tutulmuş yumşaq, yapışqan maddə. Müasir saqqız dadlandırıcılar, yumşaldıcılar/plastikləşdiricilər, aromatizatorlar, rəngləndiricilər və adətən sərt olan poliol örtüyündən ibarətdir. Onun elastik-plastik, yapışqan, çeynəmə xüsusiyyətlərinə kömək edən polimer, plastifikator və qatran komponentlərinin fiziki-kimyəvi xüsusiyyətlərinə görə onun teksturası kauçuku xatırladır. Saqqız çeynəmə ənənəsi görünür ki, təkamül prosesi ilə zaman-zaman inkişaf etmişdir, çünki bu vərdişin izləri bir çox müxtəlif erkən sivilizasiyalarda müşahidə olunur. Saqqız müxtəlif formalarda Neolit dövründən bəri mövcuddur. Finlandiyanın Kierikki şəhərində ağcaqayın qabığının qatranından hazırlanmış, üzərində diş izləri olan 5 min illik saqqız tapılmışdır. Saqqızın hazırlandığı qatran belə hesab edilirdi ki, antiseptik xüsusiyyətlərə və digər müalicəvi faydalara malikdir. O, kimyəvi cəhətdən neft qatranına bənzəyir və bu baxımdan digər erkən saqqızlardan fərqlidir. Mayyalılar və asteklər saqqızın müsbət xüsusiyyətlərindən ilk dəfə istifadə etmişdilər. Onlar saqqız kimi bir maddə hazırlamaq üçün və gündəlik istifadədə əşyaları bir-birinə yapışdırmaq üçün əsas kimi təbii ağac saqqızından istifadə etdilər.
Tarki-Tau
Tarki-Tau — Dağıstan Respublikasında dağ. Dağ öz adını Dağıstanın ən qədim kəndlərindən biri olan Tarki aulundan götürüb. Tariki-Tau oronimi yaylaya və bütün dağ silsiləsinə aid edilsə də, dağın zirvəsinə başqa ad verilib — Sarıyar burnu. Sarıyar dağın şiş ucudur. Sarıyar qumuq dilində «sarı» və «yar» (yarğan) deməkdir. Tarki-Tau görünüşcə nəhəng masaya bənzər yüksəkliyi xatırladır. Tark-Tau dağının ətəyində Dağıstanın paytaxtı Mahaçqala şəhəri yerləşir. Dağı Xəzər dənizindən 3 km-lik məsafə ayırır. Dağın mütləq hündürlüyü 720 metr, Xəzərə görə nisbi hündürlüyü isə — 745 metrdir ( 1998-ci ilin məlumatı). Tarki-Tau aydın görsənən yayla formalı relyefə malikdir.
Tau adası
Tau adası-(tay เกาะเต่า)- Tısbağa adası mənası verən bu adalar Siam körfəzində yerləşən Tailanda məxsus ada. Bu adanın sahillərində çoxlu dəniz tısbağaları yaşayıb çoxalmışlar. Son dövrlərdə isə tısbağalar yox olmuşlar. Bu onunla izah olunur ki, yeni doğulmuş dəniz tısbağa balaları daha çox işıqlı sahillərə meyl edirdilər. Belə ki, hal-hazırda sahil əraziləri plyajlar, otellər tutduğu üçün onların dəniz yolunu tutması daha rahatlanmışdır. Bəzi fərziyyələrə görə isə ada formasına görə tısbağanı xatırladırdı. Adanın əsas limanının sahilində dəniz tısbağasının heykəlini görə bilərik. Qonşu adaların içərisində bu adanın fərqi, dənizlərlə əhatə etməsi, dayvinq, snorklinq idman növlərinin buranın bütün plyajlarında geniş yayılmışdır. Burada həmçinin fridayvinq, bolderinq, tailand boksu, tailand massajı ilə də məşğul olurlar. Adaya yaxın olan aeroport Samuy adasında yerləşir.
Kok-saqqız
Kok-saqqız (lat. Taraxacum kok-saghyz) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum brevicorniculatum Korol.
Krım-saqqız
Payız zəncirotu (lat. Taraxacum hybernum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum pobedimoviae Schischk.
Saqqız (şəhər)
Saqqız (fars. سقز‎) — İranda şəhər, Kürdüstan ostanının Saqqız şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 131,348 nəfər və 31,336 ailədən ibarət idi.
Saqqız ağacı
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Saqqız şəhristanı
Saqqız şəhristanı- İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Saqqız şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 205,250 nəfər və 45,909 ailədən ibarət idi.
Saqqız şəhəri
Saqqız (fars. سقز‎) — İranda şəhər, Kürdüstan ostanının Saqqız şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 131,348 nəfər və 31,336 ailədən ibarət idi.
Saqqız Sancağı
Saqqız Sancağı və ya Xios — ikinci səviyyəli Osmanlı vilayəti (sancak və ya liva). Sancağın mərkəzi Egey dənizinin şərqindəki Xios (Saqqız) adasında yerləşib. Yunan dilində ada Xios adlanır. Türklər isə adaya burda bitən məhsula, saqqız ağacına görə belə ad veriblər. 1346-cı ildən Genuya Respublikasının mülkiyyətində olan Saqqız adaları (və ona bitişik Psara və İnous adaları) 1566-cı ildə Kapitandərya Piyalə Paşanın komandanlığında Osmanlı donanması tərəfindən müqavimətsiz şəkildə ələ keçirildi. Bu bir il əvvəl Maltanı tuta bilməməyin əvəzini çıxmaq üçün edildi. Çünki Malta hücumu zamanı adadan Malta cəngavərlərinı kömək göndərilmişdi. Saqqızın Osmanlı torpaqlarına qatılması ilə keçmiş Bizans imperiyasının son Genuya koloniyası da yox oldu. Piyalə Paşa Saqqız şəhərinə daxil olduqdan sonra kilsələrdən birini məscidə çevirib və Qanuni I Süleyman adına xütbə oxutdu. Adaya sancaq statusu verildi və o Arxipelaq Əyalətinin bir hissəsi oldu.
Şahzadə Saqqız
Şahzadə Bonnibel Saqqız (həmçinin Bonni, PB və P-bubs kimi bilinir) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının personajlarından biri. Hynden Walch tərəfindən səsləndirilmişdir. Şahzadə Saqqız konfet insanların yaşadığı Konfet Krallığını idarə edir. O, serialın baş qəhrəmanları Finn və Ceyk ilə yaxın dostdur və ilk dəfə serialın 2008-ci ildəki pilot epizodunda görünüb. Bonni LGBT cəmiyyətinin üzvüdür, serialın "Come Along with Me" adlı final epizodunda o, Marselin ilə öpüşərək bunu təsdiqləmişdir. Onun seksuallığı məlum olmasa da, onun lezbiyan, biseksual, queer və ya non-binar ola biləcəyi güman edilir. Saqqız çox mədəni və qayğıkeşdir, o, doğru olanı etməyə inanır. Ancaq kimsə onu əsəbləşdirsə, o, istəmədən pis tərəfini göstərə bilər. O, inanılmaz dərəcədə ağıllı və istedadlıdır, Konfet insanları yaratmış, həmçinin zaman maşını daxil olmaqla müxtəlif ixtiralara imza atmışdır. Almanca və Koreya dilində sərbəst şəkildə danışmağı bacarır.
Scorzonera tau-saghyz
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tau-Tona mədəni
Tau-Tona mədəni — dünyanın ən dərin mədəni. Setsvana "Böyük aslan" mənasını verən bu məbəd Cənubi Afrika Respublikasının Qauteng bölgəsində yerləşir. Dərinliyi 3.9 km olan mədənin 5600 işcisi vardır. İşçiləri mədənin dibindən yer üzünə çatdırmaq üçün saniyədə 16 metr qalxan lift təqribən 1 saatlıq yol qət edir. Tau-Tona qızıl məbədi Anqlo Qold Aşanti Limited adlı şirkətə məxsusdur. Qeyd edək ki, 1957-ci ildə şirkət ilk qızıl çıxarılmaya başlanılanda bu məbədin dərinliyi 2 metr idi. Tau-Tona qızıl mədəni umumi 800 km uzunluğunda tunellərdən düzəlmişdir. Mədən çox dərin olduğu üçün işləmə şərtləri çox təhlükəlidir və hər il orta hesabla 5 işçi həyatını itirir. Digər çətinlik isə mədən havasının istiliyinin 55 dərəcə olmasıdır. Bu problemi aradan qaldırmaq üçün firma mədənə təmiz hava göndərir.

Значение слова в других словарях