Tavr dağları
Tavr dağları (türk. Toros dağları, yun. Ταύρος) — Cənubi Türkiyədə yerləşən dağ silsiləsi. Türkiyənən Aralıq dənizinin sahillərində Təkə yarımadasından Suriya və İraq sərhədlərinə qədər uzanan dağ sistemidir. Ən yüksək zirvəsi Qızılqaya zirvəsidir (3767 m)
Tavr dağları 3 hissəyə bölünür.
Qərbi Tavr dağları və ya Antalya Tavr dağları adlanır. Təkə yarımadasından başlayır Antalya körfəzinə qədər davam edir. Şərqdə Daşəli platosu və Göksu çayın ilə Orta Tavr dağlarından ayrılır. Qərbi Tavr dağlarına Ağ dağları, Bey dağları, Katrancık dağı, Geyik dağları daxildir.
Orta Tavr dağları Mersin və Antalya sərhədindən başlayır və şimal-şərqə doğru Binboğa dağlarına qədər davam edir.Orta Tavr dağlarına Ağçalı dağları, Bolqar dağları, Aladağları, Taxtalı dağları daxildir.