Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tavr dağları
Tavr dağları (türk. Toros dağları, yun. Ταύρος) — Cənubi Türkiyədə yerləşən dağ silsiləsi. Türkiyənən Aralıq dənizinin sahillərində Təkə yarımadasından Suriya və İraq sərhədlərinə qədər uzanan dağ sistemidir. Ən yüksək zirvəsi Qızılqaya zirvəsidir (3767 m) == Hissələri == Tavr dağları 3 hissəyə bölünür. Qərbi Tavr dağları və ya Antalya Tavr dağları adlanır. Təkə yarımadasından başlayır Antalya körfəzinə qədər davam edir. Şərqdə Daşəli platosu və Göksu çayın ilə Orta Tavr dağlarından ayrılır. Qərbi Tavr dağlarına Ağ dağları, Bey dağları, Katrancık dağı, Geyik dağları daxildir. Orta Tavr dağları Mersin və Antalya sərhədindən başlayır və şimal-şərqə doğru Binboğa dağlarına qədər davam edir.Orta Tavr dağlarına Ağçalı dağları, Bolqar dağları, Aladağları, Taxtalı dağları daxildir.
Tavr vel
Tavrida sarayı
Tavrida sarayı (rus. Таврический дворец) — knyaz Qriqori Aleksandroviç Potyomkinin Peterburq iqamətgahı. Saray 1783-1789-cu illərdə memar İvan Starovun layihəsi əsasında rus klassisizmi üslubunda inşa olunmuşdur. Saray Tavrid və Potyomkin küçələri ilə kəsişən Şpaler küçəsindədir, onun arxasında isə eyniadlı park yerləşir. Hazırda Tavrida sarayı Müstəgil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının qərargahı sayılır. Binada həmçinin «Mir» teleyayım şirkətinin Peterburq filialı yerləşir. == Tavrida sarayının kompleksi == Mərkəzi küçədən alçaq hasarla ayrılmış həyətin daxilində altı sütunlu eyvan və alçaq dəf üzərində yerləşən yastı günbəzlə bəzədilmiş iki mərtəbəli bina yerləşir. Hamar divarları hündür pəncərələr kəsir; sarayın triqlif frizi isə sərt antamblement ilə tamamlanır. Binanın əsas korpusu bir mərtəbəli qalereyalarla və künc ikimərtəbəli binalar ilə birləşir.
Tavriya
Tavriya (Yunanca: Ταυρίς, Ταυρίδα, Latınca: Taurica) — digər adlarıyla Tauris, Taurida, Tauric Chersonese, Chersonesus Tauris, antik çağda Kırımın adıdır.
Tavriya Simferopol İK
Tavriya (Simferopol) — Ukraynanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
Tavriyanın Qanadları
Tavriyanın Qanadları (rus. Крылья Тавриды) Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Eskadron 2014-cü ildə yaradılmışdır. Uçuşlar üçün Yak-130 təyyarələri istifadə olunur. Komanda öz adını Krım yarımadasının başqa adı olan Tavriyadan almışdır.
IMI Tavor TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
Havr
Havr (fr. Le Havre) — Fransanın şimal-qərbində, Yuxarı Normandiya əyalətində yerləşən şəhər. Havr şəhərini Sen çayı ortaya bölür. Havr bölgənin ən böyük şəhəridir. Əhalisi 175.497 nəfərdir. == Adı == "Havre" sözü qədim fransız dilində "qapı" deməkdir. Şəhərin keçmiş adı onu saldıran I Françoisin şərəfinə Françiskopolis olmuşdur. Daha sonra "Le Havre (və ya Le Hable) de Grâce" adını almışdır. Bu ad daha əvvəl burada tikilmiş Notr-Dam-de-Qras kilsəsinə görə verilmişdir. == Haqqında == Havr transatlantika keçişi edən fransız dənizçilərin tez-tez gəldiyi bir liman şəhəri olmuşdur.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tar
== Söz açımı == Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Bela Tarr
Bela Tarr (mac. Tarr Béla, 21 iyul 1955[…], Peç) — macar rejissor, prodüser, ssenarist. == Həyatı == Bela Tarr 21 iyuçl 1955-ci ildə Macarıstanın cənubundakı Peç şəhərində doğulmuş , ancaq Budapeştdə böyümüşdür. Anası və atası kino sənəti ilə yaxından əlaqəli insanlar olmuşlar. Atası səhnə tərtibatçısı idi. Anası 50 ildən çox teatrda suflyor olaraq işləmişdir. Hələ uşaq yaşlarında anası ilə birlikdə Tolstoyun İvan İlyiçin ölümü adlı əsərinin film çəkilişləri üçün seçmələrə qatılmış və ilk rolunu da bu filmdə oynamışdır. Lakin onun aktyorluq fəaliyyəti çox uzun çəkmədi. Tarr Mikloş Yançonun "Canavarlar fəsili" filmi ilə aktyorluq karyerasına son qoydu. 16 yaşlarından film çəkəyə başlayan Tarr özündə olan həvəsi hələ o vaxtlardan kəşf etmişdi.
Böyük Tava
Böyük Tava — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən −27 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır (şərqində Koltiş adaları, cənubunda isə Tavaaltı adası). Pirallahından cənub-şərqdə yerləşir. Adanın uzunluğu 550 m, eni isə 180 m təşkil edir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Havr FK
"Havr" (fr. Le Havre Athletic Club) - 1872-ci ildə Havr şəhərində yaranan Fransa futbol klubu. Hazırda Liqa 2-də mübarizə aparır. Əsas oyunlarını 25.178 tamaşaçı tutumu olan Stad Oseanda keçirir. Havr Liqa 1-də cəmi 24 mövsüm keçirib (1938-1939, 1945-1947, 1950-1954, 1959-1962, 1986-1988, 1992-2000, 2002-2003, 2008-2009). Ən yaxşı nəticə 1950/51 mövsümündə 3-cü yer olub. == Tarixi == 1872-ci ildə İngiltərənin bir qrup sakini futbol və reqbi arasında birləşən "birləşmə" adlanan bir klub yaratdılar. Buna görə də, Havrı Fransa Reqbi Birliyinin mənşəyi olduğunu hesab etmək olar. Havr 1894-cü ildə futbol klubuna çevrildi, buna görə də Fransanın ilk futbol klubu 1893-cü ildə qurulan Myulus sayılır. 1899-cu ildə Havr Fransa çempionu olan ilk qeyri-Paris klubuna çevrildi.
Kiçik Tava
Kiçik Tava — Xəzər dənizinin Azərbaycana məxsus məhəlli sularında yerləşən kiçik ada. Dəniz səviyyəsindən −28 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Ada iki hissədən ibarətdir. Bu torpaq parçaları dayazlıqlarla bir-birinə birləşir. Çilov ilə Pirallahı adası arasında yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Lavr Kornilov
Lavr Georgiyeviç Kornilov (rus. Лавр Гео́ргиевич Корни́лов; 18 (30) avqust 1870 və ya 30 avqust 1870 – yanlış tarix (yuli təqvimi 1918-01-26 tarixindən sonra istifadə olunmur)[…] və ya 13 aprel 1918, Krasnodar, Rusiya) — rus hərb xadimi, general, hərbi kəşfiyyatçı və səyyah-tədqiqatçı (1898—1904, 1907—1911). Rus-yapon və Birinci dünya müharibəsi qəhrəmanı. Rus ordusunun Ali baş komandanı (iyul — avqust 1917-ci il). == Birinci dünya müharibəsi == 1914-cü il avqustun 19-da Kornilov general Aleksey Brusilovun 8-ci ordusunun (Cənub-Qərb cəbhəsi) 24-cü ordu korpusunun tərkibində Qalisiya və Karpat bölgələrində vuruşan 48-ci Piyada Diviziyasının komandiri təyin edildi. Kornilovu bəyənməyən Brusilov, sonradan xatirələrində onu belə qiymətləndirmişdir: Həmişə qabaqda idi və bu onu sevən əsgərlərin ürəyini cəlb edirdi. Onun hərəkətlərindən xəbərdar deyildilər, amma həmişə onu atəşdə gördülər və cəsarətini yüksək qiymətləndirdilər. === Zboronun alınması, əsir düşməsi və əsirlikdən qaçması === "650 hündürlükdə" yerləşən və möhkəmləndirilmiş atəş nöqtələri olan tel çəpərləri və xəndəkləri ilə qorunan Zboronun tutulması Kornilovun həyata keçirdiyi ən parlaq əməliyyatlardan biri idi. General ərəfəsində əməliyyat planını diqqətlə hazırladı, düşmən istehkamlarının planını öyrəndi və tutulan avstriyalıların sorğularında iştirak etdi. Nəticədə hücum Lavr Georgieviçin planına uyğun olaraq getdi: rus artilleriyasının ağır artilleriya atəşi və piyada qüvvələrinin cəbhə hücumu, birdən hündürlüyə çökdü, Kornilovun əsas vuruşçu qüvvələri düşməni diqqətdən yayındıraraq onu uçuşa buraxdı.
Mavr bağacığı
Mavr bağacığı (lat. Eurygaster maura L.) — Həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. == Xarici quruluşu == Mavr bağacığının rəngi dəyişkən olur. O, Ziyankar bağacıqdan ön döşün kənarlarının düz olması ilə fərqlənir. Mavr bağacığının başı ön tərəfdən kütdür. Dilçək skul lövhələri ilə bitişik olmayıb, başın sonuna qədər uzanır. Bədəninin uzunluğu 8–11 mm.-dir. == Yayılması == Mavr bağacığı Azərbaycanın Lənkəran-Astara zonasında, Böyük Qafqazın cənub yamaclarında, Şirvan, Mil və Muğan düzündə yayılmışdır. Bu bağacığa ziyankar bağacıqlara nisbətən az təsadüf olunur. == Həyat tərzi == Aprelin birinci və ikinci ongünlüyündə bağacıqlar kütləvi surətdə mayalanma və yumurtaqoyma prosesinə başlayır.
Qavr (rayon)
Qavr (fr. Le Havre) — Fransanın Normandiya regionun rayonlarından biri. Departamenti — Dənizkənarı Sena. Prefektura — Blua. Rayon əhalisi 2014-cı ildə 396 174 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 324 nəf / km². Rayon ərazisi — 1221 km².
Tava (ada)
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava (dəqiqləşdirmə)
Tava (məişət əşyası) — məişət əşyası. Tava (ada) — ada. Tava əti — yemək resepti. Tava kababı — yemək resepti.
Tava Kolo
Tava Kolo (22 dekabr 1902 – 1 may 2021, Mamudzu) — Ən yaşlı insanlar arasında olan Mayotten olan Fransız qadın. == Həyatı == Kolo 22 dekabr 1902-ci ildə Mayotte Passamainty şəhərində anadan olub. Eudoxie Baboulun ölümündən sonra, doğulduğu tarixin qeyri-müəyyənliyi səbəbiylə Fransada yaşayan ən yaşlı insan idi. 2017-ci ilin oktyabrında medianın diqqətini çəkən Kolonun doğum qeydləri şübhə doğururdu. Ən yaşlı insan tituluna sahib olan Yapon vətəndaşı Chiyo Miyakonun ölümündən sonra, 22 iyul 2018-ci ildə, 1977-ci ildən əvvəl Mayotte doğum qeydlərinin etibarlı olmadığı hesab edildikdən sonra bu ad Yaponiyanın Kane Tanakaya verildi.Kolo 118 yaşında, Fransanın Mayotte şəhərindəki Mamoudzouda 1 may 2021-ci ildə vəfat etdi.
Tava adası
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava kababı
Tava kababı — kababın növlərindən biri. == Tərkibi == Qoyun əti - 220q Ərinmiş yağ - 30q Soğan - 40q Yumurta - 2 ədəd şəkər - 5q Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir. sirkə - 10q keşniş, şüyüd - 25q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababını kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.
Tava kosi
Tava Kosi (alban. Tavë kosi) Albaniyada olan milli yemək. Albaniyanın Elbasan şəhərində daha çox məşhurdur. == Tarixi == Yeməyin tarixi haqqında Albaniyada belə bir əhvalat danışırlar ki, 1452-ci ildə Osmanlı sultanı II Mehmed Albaniyanın Kruya şəhərini mühasirəyə almağa gəlir. Osmanlı sultanı Kruya yaxınlığında düşərgə qurur. Burada yerli alban aşpaz köhnəlmiş qoyun ətini ədviyyatlar qataraq keçi südundən alınmış qatıqda bişirərək sultana verir. Alban aşpazın köhnə qoyun ətinin iyini itirmək üçun qatıq və ədviyyat əlavə etməklə hazırladığı bu yemək sultanın çox xoşuna gəlir. Sonralar sultanın düşərgə saldığı yerdə Elbasan şəhəri yaranır və alban aşpazın hazırladığı bu yemək isə "Elbasan güvəci" adını alır. Kruyer şəhərinin mühasirəsini bitirdikdən sorna sultan geri döndukdə bu yemək Osmanlı imperiyasının digər ərazilərindədə yayılır. == Hazırlanması == Tava Kosininin tərkibində qoyun əti, düyü , qatıq və yumurta olur.
Tava əti
== Tərkibi == Qoyun əti – 220q. Ərinmiş yağ – 30q. Baş soğan – 40q. Kartof – 100q. Badımcan – 60q. Qabaq (balqabaq) – 50q. Pomidor – 50q. Xiyar – 30q. İstiot – zövqə görə. Duz – zövqə görə.
Tavo Burat
Tavo Burat (Gustavo Buratti Zanchi, 22 may 1932, Stezzano — 8 dekabr 2009, Biella) — İtalyan yazıçı və jurnalist. Burat həyatının çox hissəsini Pyemont dil adasını qoruyaraq keçirdi. 1964-ci ildən başlayaraq, Burat yox olma təhlükəsi ilə üzləşmiş dilləri və mədəniyyətləri qoruyan beynəlxalq assosiasiyasının katibi olmuşdur. O, xüsusilə Pyemont və Franco-Provençalca dillərini qorumağa diqqətini yönəltmişdir. O, həmçinin İtaliya Sosialist Partiyası və Yaşıllar Partiyasının regional nümayəndəsi idi. == Tərcümeyi-hal == O, 1938-ci ildə Stezzano anadan olmuşdur və Graubündendə Hüquq adlı dissertasiya ilə hüquq fakultəsini bitirmişdir. O, 1968-ci ildən 1994-ci ilə qədər orta məktəbdə Fransız dili tədris edib. O, Sloria regional baxışın birinci redaktoru və təsisçisi və həmçinin də 1974-cü ildən 2009-cu ilə qədər ALP alpinizminin redaktoru olub. O, 1974-cü ildən-2009-cu ilə qədər Centro Studi dolcinianinin koordinasiyaçısı olub və Consiglio federativo della Resistenza di Biellanin banisidir == İşləri == === İtalyan dili === 1957: Diritto pubblico nel Cantone dei Grigioni 1974: La situazione giuridica delle minoranze linguistiche in Italia, dins I diritti delle minoranze etnico-linguistiche 1976: In difesa degli altri, dins U. Bernardi, Le mille culture, Comunità locali e partecipazione politica 1981: Decolonizzare le Alpi, dins Prospettive dell'arco alpino 1989: Carlo Antonio Gastaldi. Un operaio biellese brigante dei Borboni 1997: Federalismo e autonomie.
TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
Tar (dəqiqləşdirmə)
Tar — musiqi aləti. Tar (səhra) — Hindistanda səhra.
Tar (səhra)
Tar səhrası (hind थार मरुस्थल) (və ya Marustxalli, Böyük hind səhrası) — Hindistanın şimal-qərbində və Pakistanın cənub-şərqində yerləşir. Sahəsi 446-min km² təşkil edir. Səhranın uzunluğu 850 km, eni 485 km təşkil edir. Səhra Hindistanın Pacastxan, Bikaner, Çuru, Şri-Qanqanaqar, Xanumanqarx vilayətləri və Xaryana və Pəncab ştatları ərazisini əhatə edir. Pakistanın isə Sind və Pakistan Pəncabı ərazilərini əhatələyir. Pakistanda səhra Xolistan səhrası adlandırılır. Tropik iqlimə malikdir. İl ərzində 90 mm yağıntı düşür. Şərqdə isə mussonlar zamanı 200 mm yağıntı düşə bilir. Qum tufanları müşahidə edilir.
Cəbəl-ət-Tair
Cəbəl-ət-Tair (ərəb. جزيرة جبل الطير‎ — Cazira-Cəbəl-ət-Tair) — ada Babülməndəb boğazının şimal-qərbində yerləşən ovalvari ada. Ada Qırmızı dəniz suları ilə əhatələnmişdir. Eritreya və Yəmən arasında eyni məsafədə yerləşir. İnzibati cəhətdən Yəmənin Hodeyda muhafazasına daxildir. Adadan Yəmən sahillərinə qədər məsafə 115 km (71 mil), Erteriya sahillərinə qədər məsafə isə 150 (93 kil) təşkil edir. Kamaran adası ilə arasında məsafə isə 82 km təkil edir. Səudiyyə Ərəbistanına mənsub olan Farasan arxipelaqı isə adadan şimal-şərqdə yerləşir. Ada dünyanın nəhəng çatlarında birinin üzərində yerləşirAdada eyni adlı vulkan yerləşir. Cəbəl-ət-Tair strato vulkan olaraq 244 metr hündürlüyə malikdir == Adanın tarixi == Əvvəllər adanın adı Saiban olmuşdur.