tesadüfən
tezcə
OBASTAN VİKİ
Tez gəl (mahnı)
Tez (Yuxarı Provans Alpları)
Tez (fr. Thèze, oks. Tesa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04216. 2008-ci ildə əhalinin sayı 205 nəfər təşkil edirdi. 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77,6%, 1999-cu ildə bu 67,5%). Aktiv olan 97 nəfərdən (47 kişi və 38 qadın) 12 nəfər işsiz (4 kişi və 8 qadın) işlədi.
İlhami Bəkir Tez
İlhami Bəkir Tez(1905–1984)—Türkiyə şairi. Əruzu yaxşı bilirdi. İlk şeirlərində heca vəznini işlətsə də, sonrakı şeirlərini sərbəst vəznlə yazır. Şeirində ahəng ünsürü açıqdır. Bu dönəmdəki şeirlərini "Həyat bilgisinə görə uşaq şeirləri" (1927), "Mavi kitab" və "24 saat" (Nazim Hikmətlə birlikdə hazırlamışdır və bir fəhlənin iş günündən bəhs edir), "Birinci forma A" (1930), "Hər hansı bir şeir kitabıdır" (1931), "Mustafa Kamal" (1933-cü ildə, cümhuriyyətin onuncu ilində yazdığı bir dastandır. Bu kitabında Atatürkün həyatına, qurtuluş savaşına və istiqlal fikrinə yer verir), "Olduğu kimi" (1935) adları altında toplayır. Sosialist şeiri Mayakovskidən öyrənir. Eşqə, fərdi mövzulara yer verir. Şeirlərində savaş və savaşın nəticəsi olan aclığı, mədən fəhlələrini işləyir. Sosial mövzulara marksist nöqteyi-nəzərdən yanaşır.
Şair, nə tez qocaldın sən...
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir. Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.
Şair, nə tez qocaldın sən?
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir. Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.
95 tezis
95 tezis (lat. Disputatio pro declaratione virtutis indulgentiarum; İndulgensiyaların gücü və effektivliyi haqqında disput) — Martin Lüter tərəfindən yazılan və hakim dini doktrinanın imanı məhv etdiyini irəli sürərək katolisizm ilahiyyatının tənqidinə yönələn sənəd. Bu sənəd Almaniyada Reformasiyanın və protestantlığın başlanğıcı hesab olunur. 95 tezisin əsas məzmununu indulgensiya praktikasının, Roma papasının günahları bağışlamaq haqqının, həmçinin, Əhdi-Cədidlə Əhdi-Ətiqin yeganə etibarlı mənbə hesab edilməsinin tənqidi təşkil edir. Martin Lüter bu tezisləri 31 oktyabr 1517-ci il tarixində məktubla Mayns və Maqdeburq arxiyepiskopu Albrext fon Brandenburqa göndərmişdi. Lakin XX əsrin sonlarınadək elə hesab edilirdi ki, o, bu tezisləri Vittenberq kilsəsinin qapısından asıb.. Albrext fon Brandenburqa göndərdiyi məktubda Martin Lüter Vittenberqdə indulgensiyaları təbliğ edən İohann Tetseldən şikayət etsə də, onun fon Brandenburq tərəfindən təyin etdiyindən xəbərsiz idi. Martin Lüter tezislərində bəyan edir ki: Papa yalnız insanların bu dünyadakı günahlarını bağışlaya bilər, Ərafdakı günahları bağışlamaq haqqı yalnız Allaha məxsusdur. Digər tərəfdən Lüter Papaya müraciət edərək Papanın adından yanlış danışılmasından və Papanın Allahla bir tutulmasından narahat olduğunu bildirib. Bu tezisləri yazmaqda Lüterin məqsədi Papaya və arxiyepiskop Albrext fon Brandenburqa keşişlərin özbaşınalığını xəbər vermək idi.
Hərf tezliyi
Hərf tezliyi — müəyyən bir dilin əlifbasındakı hərflərin yazılı dildə orta hesabla hansı tezliklə işləndiyini göstərir. Hərf tezliyi analizinin tarixi ərəb riyaziyyatçısı Əl-Kindiyə (801–873) qədər gedib çıxır. Hərf tezliyi dilçilər tərəfindən mətnin dilinin təyin olunmasında istifadə olunur.
Mel tezlik kepstral əmsallar
Mel tezlik kepstral əmsallar – kepstrin filtrlər bankından istifadə edilməklə mel-şkala üzrə paylanmış qiymətləridir. MFCC əlamətlərin çıxarılması alqoritminə aşağıdakı mərhələlər daxildir: seqmentlərə bölmə, sürətli Furye çevirməsi, dəyişilmiş spektrin loqarifmi, diskret kosinus çevirməsi. Adətən, əlamətlər vektorunu formalaşdırmaq üçün MFCC əmsalların sayı 12-yə bərabər seçilir. Enerjinin loqarifmi də 13-cü əmsal kimi əlavə olunur. Ən relevant məlumat ilk 6 əmsalda olur. Əlavə əmsalların götürülməsi konkret hal və diktorla müəyyən edilir. Delta- və delta-delta əmsalları da əlavə etməklə MFCC əlamətlər vektorunun ölçüsü 39-a bərabər ola bilər: • enerji, Δ-enerji, ΔΔ-enerji; • 12 kenstral əmsal; • 12 Δ-əmsal; • 12 ΔΔ-əmsal. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Naykvist tezliyi
Naykvist tezliyi (ing. Nyquist frequency, rus. Частота Найквиста) – analoq siqnalını onun ən yüksək tezliyindən iki dəfə böyük tezlikdə diskretləşdirdikdə, siqnalı tezlik spektrindən düzgün bərpa etmək olar. Bu diskretləşdirmə tezliyi Naykvist tezliyi adlanır. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Osamu Tezuka
Osamu Tezuka (yap. 手塚 治虫 3 noyabr 1928[…] – 9 fevral 1989[…]) — yapon Manqaka sənətçisi. Osaka şəhərində anadan olmuşdur. Ən çox Astro Boy və Kimba the White Lion adlı çalışmaları ilə məşhurdur. Əsasən Animenin atası olaraq bilinir və "yapon Volt Disney" kimi tanınır.
Osmanlının geriləmə tezisi
Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah. Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər. 1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular. Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər. Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə baxmayaraq, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər halalrda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır. Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi.
Qazi tezisi
Qazi tezisi və ya Qazavat tezisi, Avstriyalı tarixçi Paul Vittekin Osmanlı imperiyasının quruluş mübahisələri barəsində ortyaa atdığı tezisdir. 1937-ci ildə İngiltərədə verdiyi konfranslarda ortaya atmış, sonrasında kitab olaraq da nəşr edilmişdir. Modern Osmanlı tarixçiliyinə təsir edən bu tezis geniş şəkildə qəbul edildiyi halda, ona qarşı xeyli sayda anti-tezişlər də mövcuddur.
Radio tezliyi
Radio tezliyi (en.radio frequency) – tezliyi 10 kHs-dən 3000 GHs’ə kimi və uyğun olaraq dalğa uzunluğu 30 km-dən 1 mm-dək olan elektromaqnit spektinin diapazonudur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Satoşi Tezuka
Satoşi Tezuka (d. 4 sentyabr 1958) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.
Tezaurus
Ümumiyyətlə, tezaurus sözlərin tərifini verən və onları əlifba sırasına görə sıralayan lüğətdən fərqli olaraq, məna oxşarlığına görə qruplaşdırılmış sözləri (sinonimlər və bəzən antonimləri ehtiva edən) birləşdirən istinad işidir. Rojenin Tezaurusunun müəllifi Piter Rojeyə görə bu cür arayış işlərinin əsas məqsədi istifadəçilərə bir fikri ən uyğun və düzgün ifadə edə bilən söz və ya sözləri tapmağa kömək etməkdir. Sinonimlərin də daxil edilməsinə baxmayaraq, tezaurus müəyyən bir sözün sinonimlərinin tam siyahısı kimi qəbul edilməməlidir. Onun tərkibindəkilər oxşar sözlər arasındakı fərqləri göstərir və oxucuya tam doğru sözü seçməyə kömək edir. Lüğətdən fərqli olaraq tezaurusun daxilindəkilər sözlərin tərifini vermir. Tezaurusdan kitabxana və informasiya elmlərində domen modellərini təyin etmək üçün geniş istifadə edilir. Son vaxtlarda o, Sadə Bilik Təşkilatı Sistemi (SKOS; Simple Knowledge Organization System) ilə birlikdə tətbiq olunub. "Tezaurus" sözü XVI əsrdə Yeni Latın dilindən və öz növbəsində Qədim yunan dilində θησαυρός (thēsauros) sözünün latınlaşmış forması olan Latın dilindəki thēsaurus sözlərindən götürülüb və "xəzinə, anbar" mənasını verir. Thēsauros sözünün etimologiyası qeyri-müəyyəndir. Duqlas Harper onu yunanca τιθέναι tithenai (qoymaq, yerləşdirmək) felinin kökü ilə əlaqələndirir.
Tezer Daşqıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.
Tezer Taşkıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.
Tezxarab (Urmiya)
Tezxarab (fars. تزخراب‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Tezxaraba
Tezxaraba (Qırxbulaq) — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd.
Tezxaraba (Qırxbulaq)
Tezxaraba — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd. İlk dəfə 1590-cı ildən məlumdur. 1728-ci ildən Qırxbulaq nahiyəsində məlumdur 1728-ci ilə aid mənbədə kəndin "Dərviş vələdi İsmayıl" adlı şəxsə məxsus olması göstərilir. 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlıları qovulmuşdur. XX əsrin 30-cu illərində kənd dağılmışdır.
Şükrü Tezər
Şükrü Tezər (1893, Larisa – 1969, İzmir) — türk əsgəri, bürokrat. Mustafa Kamal Paşanın döyüş köməkçilərindən biridir. 1916–1918-ci illər arasında Ədirnədən Diyarbəkirə, Şərqi Suriya cəbhələrində onun ətrafında və tabeliyində idi. Mustafa Kamal bu dövrdə yaşadıqlarını qələmə aldığı gündəliyi özünə vermiş və bu dəftər Tezerin xatirələri ilə birlikdə Türk Tarix Qurumu tərəfindən ilk dəfə 1972-ci ildə "Atatürkün gündəliyi" adı ilə nəşr edilmişdir. 1893-cü ildə Yunanıstanın Larisa şəhərində anadan olub. Atası Larisalı Nuri bəydir. Ailəsi 93 hərbindən sonra Manisaya köçdü. İbtidai və orta təhsilini Manisada başa vurduqdan sonra İstanbul Bəylərbəyi Ehtiyat Zabit Məktəbinə daxil olur. Balkan müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq Osmanlı ordusuna qatılır. Məktəbi bitirdikdən sonra ilk olaraq Serez Redif Diviziyasının Mərkəzi Alayın hücum batalyonuna təyin edildi.
İnsanın meymundan yaranması (tezis)
Tezliyin paylanması
Tezliyin paylanması və ya spektrin bölüşdürülməsi — elektromaqnit spektrinin radiotezlik diapazonlarına ayrılması və tənzimlənməsi. Bu, adətən, əksər ölkələrdə hökumətlər tərəfindən həyata keçirilir. Radio yayımı ölkə sərhədlərində dayanmadığı üçün hökumətlər radiotezlik diapazonlarıın bölüşdürülməsini və onların standartlaşdırılmasını uyğunlaşdırmağa çalışmışdılar. Beynəlxalq Telekommunikasiya İttifaqı tezliklərin paylanmasını "müəyyən edilmiş şərtlər altında bir və ya bir neçə yerüstü və ya kosmik radiorabitə xidməti və ya radio astronomiya xidməti tərəfindən istifadəsi məqsədilə verilmiş tezlik diapazonu" kimi müəyyən etmişdir. Tezliyin paylanması də milli tezliklərin idarə edilməsində istifadə olunan xüsusi bir termindir. Digər şərtlər bunlardır: Bir neçə orqan tezliklərin paylanması üçün standartları müəyyən edir, o cümlədən: Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Avropa Poçt və Telekommunikasiya Administrasiyaları Konfransı (CEPT) Amerikalararası Telekommunikasiya Komissiyası (CITEL) Spektrdan istifadəsi sahəsində uyğunlaşdırmanı təkmilləşdirmək üçün əksər xidmət bölgüsü müvafiq ölkə administrasiyasının məsuliyyəti çərçivəsində ölkə miqyasında Tezliklərin Paylanması və İstifadələrin Cədvəllərinə daxil edilir. Təqdimatlar bunlardır: birinci dərəcəli ikinci dərəcəli ölkə idarələrinin məsuliyyəti daxilində eksklüziv və ya ortaq istifadə. Hərbi istifadədə paylanma BTİ Radio Qaydalarına uyğun həyata keçirilir. NATO ölkələrində hərbi mobil istifadələr NATO Birgə Mülki/Hərbi Tezlik Razılaşmasına (NJFA) uyğun olaraq həyata keçirilir. Spektr idarəetməsi Həvəskar radiotezliklərin paylanması Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) BTİ Radio Qaydaları – Cild 1 (Maddə 5) BTİ Regionu üzrə tezliklərin ayrılması üzrə beynəlxalq cədvəl.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Ritm tezliyi
Ürək yığılmasının tezliyi (ritm tezliyi də adlanır) — vahid zamanda ürək sistolarının sayını ölçməklə əldə edilən fiziki kəmiyyətdir. Ənənəvi olaraq vahidlərlə ölçülür: "dəqiqədəki döyüntü " (döy / dəq), baxmayaraq ki, Sİ-nin qaydalarına uyğun olaraq hers ilə ölçülməlidir. Ürək yığılmasının tezliyi tibbi və idman praktikasında normal ürək ritminin fizioloji göstəricisi kimi istifadə olunur və normal ürək ritmi ilə digər ürək ritm pozğunluqlarını (aritmiya) bir-birindən ayırmağa imkan verir. Eyni zamanda ürək yığılmasının tezliyinin maksimum həddini də müəyyən edir. Ürək yığılmasının tezliyinin ölçülmə üsulları ilə ürək ritmindəki dəyişiklikləri qeyd etmə üsulları eynidir. Ürək yığılmasının tezliyinin ölçülməsi adətən 1 dəqiqədə olan nəbz döyüntülərinin sayı ilə və ya elektrokardioqramada mədəcik komplekslərinin sayının ölçülməsi ilə əldə edilir. Beynəlxalq standartlara uyğun olaraq, ürək yığılmasının tezliyinin zamandan asılılığını ölçmək üçün cihaz ritmokardioqraf , belə qeydlər isə ritmokardioqramlar adlanır ("taxokardioqraf", "kardiotaxoqraf", "kardiosikloqraf" adlandırıla bilməz). Düzgün və ya müntəzəm sinus ritmləri ürək ritmi adlanır, müşahidə hüdudlarında yalnız sinus düyünlərinin fəaliyyəti ilə müəyyən edilir. Sinus düyününün ritmi dəqiqədə 60–90 döyüntü aralığına düşürsə normal sinus ritmi adlanır. Ürək yığılmasının tezliyindəki dəyişikliklər 0,1 saniyədən az olarsa ürək ritminin təbii dəyişkənlikləri ilə əlaqəli normal sinus aritmiyası (fizioloji) adlanır, belə dəyişikliklər ürək ritminin pozğunluqları hesab edilmir.
Ürək yığılmasının tezliyi
Ürək yığılmasının tezliyi (ritm tezliyi də adlanır) — vahid zamanda ürək sistolarının sayını ölçməklə əldə edilən fiziki kəmiyyətdir. Ənənəvi olaraq vahidlərlə ölçülür: "dəqiqədəki döyüntü " (döy / dəq), baxmayaraq ki, Sİ-nin qaydalarına uyğun olaraq hers ilə ölçülməlidir. Ürək yığılmasının tezliyi tibbi və idman praktikasında normal ürək ritminin fizioloji göstəricisi kimi istifadə olunur və normal ürək ritmi ilə digər ürək ritm pozğunluqlarını (aritmiya) bir-birindən ayırmağa imkan verir. Eyni zamanda ürək yığılmasının tezliyinin maksimum həddini də müəyyən edir. Ürək yığılmasının tezliyinin ölçülmə üsulları ilə ürək ritmindəki dəyişiklikləri qeyd etmə üsulları eynidir. Ürək yığılmasının tezliyinin ölçülməsi adətən 1 dəqiqədə olan nəbz döyüntülərinin sayı ilə və ya elektrokardioqramada mədəcik komplekslərinin sayının ölçülməsi ilə əldə edilir. Beynəlxalq standartlara uyğun olaraq, ürək yığılmasının tezliyinin zamandan asılılığını ölçmək üçün cihaz ritmokardioqraf , belə qeydlər isə ritmokardioqramlar adlanır ("taxokardioqraf", "kardiotaxoqraf", "kardiosikloqraf" adlandırıla bilməz). Düzgün və ya müntəzəm sinus ritmləri ürək ritmi adlanır, müşahidə hüdudlarında yalnız sinus düyünlərinin fəaliyyəti ilə müəyyən edilir. Sinus düyününün ritmi dəqiqədə 60–90 döyüntü aralığına düşürsə normal sinus ritmi adlanır. Ürək yığılmasının tezliyindəki dəyişikliklər 0,1 saniyədən az olarsa ürək ritminin təbii dəyişkənlikləri ilə əlaqəli normal sinus aritmiyası (fizioloji) adlanır, belə dəyişikliklər ürək ritminin pozğunluqları hesab edilmir.
Tezər Taşkıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. == Həyatı == Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.
Türk tarixi tezisi
Türk tarixi tezisi — 1930-cu illərdə Mustafa Kamal Atatürkün təvviqi ilə yaradılan tarixin şərhi. 1920-ci ildə 100 ədəd çap edilən Türk tarixinin əsas xətləri adlı əsər Türk tarix tezisinin bəyannaməsi hesab edilir. Bu əsərin əsasında hazırlanan və 1931-1941-ci illərdə məktəblərdə oxudulan dörd cildlik dərs kitabı da Türk tarix tezisinin təməl əsərlərindən sayılır. İslam və xristian toqquşmasına əsaslanan Osmanlı tarixi tezisinə və türklər əleyhinə yazılan Qərb tarix tezislərinə qarşı olaraq ortaya qoyulmuşdur. Elm dairələrində Türk tarix tezisi siyasi məqsədlər daşıdığı, xəyalçı və ya romantik millətçi yönlərinin olması səbəbilə tənqid olunmuşdur. == Yazılma səbəbləri == Mustafa Kamal Atatürk 1923-cü ildə İstanbul Universiteti professorlar idarəsinə "milli müstəqilliyimizin elm sahəsində də tamamlanması" vəzifəsi verdi. Türk tarix tezisi, Osmanlı tarix yazılışının mirası olan İslam mərkəzli tarixi şərhlərə və Avropa mərkəzli tarixi şərhlərə qarşı alternativ bir milli tezisin inkişaf etdirilməsi məqsədilə 1930-cu illərdə ortaya atılmışdır. Atatürk qərbli tarix tezislərinin doğru qəbul edilib məktəblərdə oxudulması yerinə milli bir tarixin yazılmasının lazım olduğuna inanırdı. XV əsrdən etibarən qərbli tarixçilər mədəniyyətin başlanğıcı olaraq yunan mədəniyyətini göstərməkdə idi. Bu tarix tezisində türklər Orta Asiyadakı köçəri tayfalar olaraq izah edilirdi.

Значение слова в других словарях