1. Toplaşmaq, yığışmaq, cəmləşmək.
Bayram axşamının gecəsi bütün ailə evə toplanardı.
Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandı.
2. məch. Bir yerə, üst-üstə və ya yan-yana yığılmaq, topa, qalaq vurulmaq. Yığılmış pambıq bir yerə toplandı.
– Uca dağların başına toplanmış ( f.sif. ) ağ buludlar pambıq mahlıcına oxşayırdı.