TOQQUŞMAQ

f.
1. Qarşı-qarşıya hərəkət edərkən üz-üzə gələrək bir-birinə bərk toxunmaq, dəymək, çarpmaq. Qatarlar toqquşdu.
– …Hovuzun bu başından girib, o biri başına çatana qədər on adama toqquşursan. Çəmənzəminli.

// məc. Aralarında ziddiyyət baş vermək; dalaşmaq, küsüşmək.
Yenə də Şəfiqə ilə Zeynal toqquşdular. H.Seyidbəyli.

2. Gözlənmədən təsadüf etmək, təsadüfən rast gəlmək, birdən rastlaşmaq, üz-üzə gəlmək.
Komendant özünü itirmiş halda qayıdıb çölə çıxarkən qapıda Həkimülmülk və sərtib Səlimi ilə toqquşdu. M.İbrahimov.

3. Üz-üzə gəlib vuruşmağa başlamaq; döyüşmək, vuruşmaq. Düşmənlə toqquşmaq.
4. məc. Maraqları, mənafeləri, əqidələri, tələbləri müxtəlif olduğu üçün bir-biri ilə mübarizə aparmaq.
[Saltik:] Şübhə yox, toqquşacaq xeyirlə şər. A.Şaiq.
Gülşən indi toqquşan ( f.sif. ), çarpışan iki fikir arasında qalmışdı. Ə.Vəliyev.

Синонимы

  • TOQQUŞMAQ 1. TOQQUŞMAQ, BİR-BİRİNƏ DƏYMƏK/TOXUNMAQ 2. toqquşmaq bax vuruşmaq 1
  • TOQQUŞMAQ çarpmaq — rastlaşmaq — qarşılaşmaq
  • TOQQUŞMAQ itələmək — döyüşmək — çarpışmaq — vuruşmaq

Этимология

  • TOQQUŞMAQ Toxa (alət adı), toxunmaq, toqquşmaq kəlmələri kökdaş sözlərdir. “Vurmaq”, “dəymək” mənalarını əks etdirir
TOQQUŞMA
TOL

Значение слова в других словарях

зазыва́ться коммута́торная написа́ться оплавле́ние революционе́р старико́вский юро́дливый аларми́ст выпа́ивать доси́живаться кори́нфский прохла́да ро́тмистр техникове́дение эксплуатацио́нник арапник argentic exigence judging neolalia pythogenic ratifier shipping bill thermogenic нейрохирург