Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İradə İsaq
İradə İsaq (İradə Muradova; 1 sentyabr 1980, Bakı şəhəri, Azərbaycan SSR) — elmi işçi, ANS TV-nin aparıcısı. == Həyatı == İradə İsaq (Muradova) 1 sentyabr 1980-cı ildə Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. Aparıcı qədim türk tayfalarından olan Bayandur tayfasındandır. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zəminində Laçın rayonunun Bayandur kəndi bütün kənd sakinləri ilə birgə Tərtər rayonuna deportasiya edilib və aparıcının orada yaşayan babası İsaq Ağa oğlu Muradov ailəsi ilə birgə həmin rayona köçmək məcburiyyətində qalmışdır. 1985-1996-cı illərdə Yasamal rayonundakı 31 saylı tam orta məktəbdə orta təhsilini alıb. 1998-2003-cü illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin bakalavrı, 2003-2005-ci illərdə isə magistri olub. 2008-ci ildən həmin fakültənin doktorantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır. 2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb.
İsaq Məmmədov
İsaq Mustafa oğlu Məmmədov (24 mart 1925, Qaracallı, Qubadlı rayonu – 8 sentyabr 2011) — tarix elmləri doktoru, professor, "Əməkdar elm xadimi", tarixçi. Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru (1978-1984). == Həyatı == İsaq Məmmədov 1925-ci il martın 24-də Qubadlı rayonunun Qaracalı kəndində tanınmış təsərrüfatçı Mustafa kişinin ailəsində anadan olmuşdur. Bölgədə adlı-sanlı şəxsiyyət kimi tanınan Mustafa kişi repressiyanın qurbanı olmuşdur. O, 1942-ci ildə kənd orta məktəbini və Şuşa pedaqoji kurslarını bitirərək doğma kəndindəki natamam orta məktəbdə müəllimlik etmiş, dərs hissə müdiri vəzifəsində çalışmış, kənd sovetinin katibi işləmişdi. == Elmi fəaliyyəti == İsaq Məmmədov 1944-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 1949-cu ildə aspiranturaya qəbul edilmişdi. O, 1952-ci ildə təhsilini başa vurduqdan sonra bu təhsil müəssisəsində müəllim vəzifəsinə təyin edilmişdir. İsaq Məmmədov BDU-da 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə professor adını almışdı.İsaq Məmmədov 1977-1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdi.Professor İsaq Məmmədov 200-ə qədər elmi məqalənin, "Qəhrəmanlıq tarixindən səhifələr", "Unudulmaz rəşadət", "İnqilabi ənənələr və gənclik", "Ənənələr tərbiyə edir" kitablarının, "XX əsrdə ümumdünya tarixi proseslər", "Azərbaycan tarixi", "Yeni tarix", "Ümumdünya ictimai prosesləri", "Təlatümlü illər" və "Siyasi tarix" dərslikləri və dərs vəsaitlərinin müəllifi idi. Elm sahəsində böyük xidmətlərinə görə professor İsaq Məmmədov 1981-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdü.
İsaq Novruzov
İsaq Opoku
İsaq Opoku (1 sentyabr 1975) — Qananı təmsil edən stolüstü tennisçi. == Karyerası == İsaq Opoku Qananı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
İsaq İbrahimov
İbrahimov İshaq İbrahim oğlu (21 fevral 1921, Bakı – 5 iyul 1987, Bakı) — tərcüməçi, tənqidçi, ssenarist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi (1979). == Həyatı == İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984).
İsaq Əmənullayev
İsaq Avış oğlu Əmənullayev (1 iyul 1943, Günəşli, Lerik rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == İsaq Əmənullayev 1943-cü il iyulun 1-də Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olub. 1967-ci ildə Bakının 72 №-li (M. Qorki adına 193№-li) fəhlə-gənclər məktəbində tam orta təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 1973-cü ildə istehsalat təcrübəsi zamanı "Xalq qəzeti" ("Kommunist" qəzeti) redaksiyasının ümumi işlərində fəallıq göstərdiyinə görə onu katiblikdə texniki işçi ştatına qəbul edilib. 1974-cü ildə Bakı Dövlət Universitetini bitirərkən fəal ictimaiyyətçi tələbə kimi və mətbuatda dərc olunmuş çoxsaylı yazılarına görə Azərbaycan KP MK-nın tövsiyəsi və universitet rektorluğunun təqdimatı əsasında təyinatı "Kommunist" ("Xalq qəzeti") redaksiyasına verilib. 1973-cü ildən indiyədək həmin qəzetdə oxucu, katiblikdə kiçik müxbir, daha sonralar müxtəlif şöbələrdə müxbir, baş müxbir, xüsusi müxbirlər bölməsinin və məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu gün İsaq müəllim "Xalq qəzeti"nin məktublar şöbəsinə rəhbərlik edir == Ailəsi == Ai ləlidir. 1 qızı və 3 oğlu var. == Fəaliyyəti və yaradıcılığı == İsaq Əmənullayev 5 kitab və 1800-ə yaxın məqalənin müəllifidir.
Həsənov Hüseyn İsaq
Hüseyn Həsənov İsaq oğlu — Basarkeçər rayonunun ilk deputatı və məhkəmə sədri.[mənbə göstərin] == Avtobioqrafiya == 1912-ci ildə Basarkeçər rayonu, Nərimanlı kəndində anadan olmuşdur. 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmişdir. 4 oktyabr 1948-ci ilədək Basarkeçər rayonunda ilk deputat və məhkəmə sədri vəzifəsində çalışmışdır. Azərbaycan, Rus və Erməni dillərini mükəmməl bilmişdir. == Təltif və mükafatları == 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi bitdikdən sonra "Almaniya üzərində qələbə" medalı ilə təltif edilmişdir.
Şərif İsaq oğlu Abdullayev
Şərif İsaq oğlu Abdullayev (1 yanvar 1970 – 1994, Qarabağ) — Azərbaycanlı şəhid. == Həyatı == Abdullayev Şərif İsaq oğlu 1 yanvar 1970-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1977-ci ildə Qoşabulaq kənd orta məktəbinin birinci sinfinə getmiş və həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 1994-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Hacı İsaqlı
Hacı İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Şahvəlili kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Qüdrət İsaqov
Qüdrət İsaqov — fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki; Rusiyada nəşr olunan "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın Redaksiya şurasının üzvü və "Beynəlxalq Kosmonavtika jurnalı"nın baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı. == Həyatı == 2 iyun 1950-ci ildə anadan olmuşdur. Onun karyerasının böyük bir hissəsi AMEA-nın Fizika İnstitutu ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda 1973-1976-cı illərdə aspirant, 1976-1984-cü illərdə kiçik elmi işçi, 1984-1992-ci illərdə isə böyük elmi işçi olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezident Aparatında Strateji Proqramlar şöbəsinin baş mütəxxəssis işləmiş və həmin dövrdə Azərbaycan elektroenergetika sənayesinin problemləri ilə məşğul olmuşdur. 1993-1995-ci illərdə Azərbaycan Ticarət-Sənaye Palatasının Təşkilat şöbəsinin rəisi olmuşdur. 1995-ci ildə yenidən AMEA-nın Fizika İnstitutuna qayıdır və indiyədək orada işləyir. 2005-ci ildə "Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elə həmin il Rusiyada nəşr olunan və redaksiya kollegiyasında 40 ölkənin 120 nəfər dünya şöhrətli alimlərini birləşdirən "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın baş redaktorunun müavini təyin edilmişdir. 2007-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir.
Vaqif İsaqoğlu
Vaqif İsaqoğlu (d.1959, Tovuz, Köhnəqala) — şair. == Həyatı == 1959-cu ildə Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. 1978-1980-ci illərdə Uzaq Sibirdə-keçmiş Sovet Ordusu sıralarında xidmət eləyib. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Müstəqil Azərbaycanın ilk hərbi jurnalistlərindən biri kimi fəaliyyət göstərib.Qarabağ müharibəsi veteranıdır. Ehtiyatda olan mayordur. Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin (1995) üzvüdür. "Qızıl ƏSR" qəzetinin təsisçisi və baş redaktorudur. 50-ə yaxın kitabın müəllifidir. "Qızıl qələm", "İti qələm", "Nailiyyət" vəs.
İsaqbağı
İsaqbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == İsaqbağı kəndinin iqtisadiyyatında kənd təsərrüfatı əsas rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir.
İsaqlı
İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == İsaqlı oyk, sadə. Cəbrayıl rayonunun Hovuslu inzibati-ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Nəsir Hüseynov - "Daxili Qoşunlar" Polkovniki. Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011-2021).
İsaqlıgirmə
İsaxlıgirmə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İsaqlıgirmə Balakən r-nunun şambul i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. İsaqlıgərmə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, vaxtilə kəndin ərazisində Mazım çayının keçidi (yerli əhali çay keçidini girmə adlandırır) yaxınlığında İsaq adlı şəxsin binəsi olmuş və keçid də onun adı ilə İsaqlıgirmə adlanmışdır. Sonralar burada salınan kənd də həmin adı qəbul etmişdir. == Əhalisi == İsaxlıgirmə kəndin əhalisi təxminən 250-300 nəfərdir və 80 %-i avarlar, 15 %-i azərbaycanlılar, 5 %-i isə qaraçılar, tərəkəmələr və digər xalqın nümayəndələridir. Kəndə daha çox heyvandarlıq və meyvəçilik fındığçılıq inkişaf etmişdir. Kənddə bir meyvə bağı, bir uşaq bağçası, bir neçə mağaza fəaliyyət göstərir..
İsaqın qurban verilməsi (Karavacco)
İsaqın qurban verilməsi (ing. Sacrifice of Isaac) — italiyan rəssam Mikelancelo Merisi de Karavacconun 1600–1603-cü illərdə çəkdiyi rəsm əsəri == Təsviri == Qaranlıq və isti tonların üstünlük təşkil etidyi əsərdə mələyin Allahın əmrini İbrahim peyğəmbərə xəbər verdiyi səhnə təsvir edilmişdir. İbrahimin sol əli oğlunun boynundadır. Sağ əlində isə bıçaq var və mələk tərəfindən tutulmuş vəziyyətdədir. Mələk sağ əli ilə İbrahimi dayandırarkən sol əli ilə ona əsl qurbanı göstərir. İsaqın başı üzərində isə qoç dayanmaqdadır. Rəsmdəki işıq İbrahimin və mələyin üzlərindən başlayaraq İsaqın üzünə doğru daha güclü təsvir edilmişdir. İsaq rolundakı obraz rəssamın digər əsəri "Mühafizəkar eşq" əsərində təsvir edilən oğlanla eyni şəxsdir. Bu rəssamın tələbəsi Çekkodur. İbrahim peyğəmbərin obrazının isə kimdən ilhamlandığı haqqında dəqiq məlumat yoxdur, lakin Karavacco əsərlərində peyğəmbər, müqəddəs və həvari fiqurlarını rəsm edərkən küçədəki dilənçi və yaşlı sərxoşların simalarından istifadə etmişdir.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
İraq
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
İshaq
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851 – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544, Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. == Həyatı == İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində.
İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar, Rəbb və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar. Quran İsanın müsəlman olduğunu iddia edir. Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.
Aleksander İsak
Aleksandr İsak (isv. Alexander Isak ) (21 sentyabr 1999) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund FK klubunda hücumçu kimi çıxış edən peşəkar İsveç futbolçusudur. == Karyerası == === Erkən həyatı === İsak Stokholm şəhər sahəsinin Solna şəhərində anadan olmuşdur. İsakın valideynləri Eritreya vətəndaşlarıdır. O, futbolçu karyerasına altı yaşı olarkən yerli klublardan olan AİK klubunun akademiyasında başlamışdır. === AİK-dəki inkişafı === İsak əsas komanda ilə debütünü 28 fevral 2016-cı ildə İsveç Kubokunda dördüncü liqa təmsilçisi olan Tenhults klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə meydana daxil olmuşdur. 16 yaşında olan İsak görüşdə bir qolla yadda qalmış və komandası 6-0 hesabı ilə qalib gəlmişdir.7 aprel 2016-cı ildə baş məşqçi Andres Alm İsaka Allsvenskandakı ikinci oyun günündə start heyətində yer vermişdir. O, gənc hücumçu həmkarı Karlos Strandberq ilə birlikdə Östersunds klubuna qarşı oyunda iştirak etmişdir. İsak görüşdə qələbə qolunun müəllifi olmuş və komandası 2-0 hesabı ilə qalib gəlmişdir.
Baba İshaq
Baba İshaq Vəfaiyyə təriqətinə bağlı Xorasan əzizlərindən Dədə Qarxının müridi olan Şüca-əd-Din Əbu'l-Bəkâ Baba İlyas bin Əli əl-Xorasaninin taliblərindəndir. == Vəzifəsi == İranda Muhiddin Məhəmməd bin Əli bin Əhməd Tahiminin dərslərinə davam edərkən, Əlamutdaki "Hökumət-i Məlahidə-i Batıniyyə rəisi" olan Sultan Əlaəddin bin Məhəmməd bin Həsən-ı sanî tərəfindən Anadolu Dailiyinə təyin edildi. Daha sonra Muhiddin Tahimiin Sivas qazılığına göndərilməsi isə Baba İshaqın vəzifəsini çox asanlaşdırdı.
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
II İshaq
II İshaq paşa - cəmi 1 il paşalıq etmiş, daha sonra vəzifədən kənarlaşdırılmışdır.
I İshaq
I İshaq II Yusifin oğlu idi. Daima öz əmisi oğlu II Aslan rəqabət edən İshaq 3 dəfə paşa olmuşdu. Osmanlı ordusu ilə dəfələrlə Kartli və Kaxetiyaya yürüşlər təşkil etmişdi. == Ailəsi == İshaq paşanın Əhməd paşa, Yusif paşa, Məzid paşa adlı oğlanları vardı.
Misaq Memarzadə
Misaq Memarzadə (fars. میثاق معمارزاده‎; 9 yanvar 1983) — İran futbolçusu, qapıçı.
Məlik İsay
Məlik İsay (1720-1781) — Dizaq Məlikliyinin bilinən 3-cü məliyi, Məlikyeqanovlar sülaləsinin banisi Məlik Yeqanın ikinci oğlu. Qafqaz Albaniyası dövlətinin qurucuları olan qafqaz mənşəli alban. Məlik İsay 1745-ci ildə qardaşı Məlik Aramın ölümündən sonra məliklik vəzifəsinə keçmişdir. Məlikliyi dövründə Qarabağ xanı İbrahimxəlil xan ilə çəkişməyə girir və 1781-ci ildə öldürülür. Onu Dizaq Məlikliyinin son xristyan məliyi hesab etmək olar. Məlik İsaydan sonra Məlikyeqanovlar sülaləsinin böyük bir hissəsi islamlaşır, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında nəslin iki böyük nümayəndəsi Cavad bəy Məlik-Yeqanov və Xudadat bəy Məlik-Aslanov iştirak edirlər. Nəslin digər hissəsi ilə xristiyan dinində qalaraq sonradan erməniləşirlər.
Pşdər (İraq)
Pşdər və ya Pşdar şəhəri, İraq Kürdüstan Bölgəsində, Süleymaniyyə mühafəzəsinin bir mahalidir. Süleymaniyyə şəhərinin şərqində, İran sərhədi yaxınlığında yerləşir.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Rövşən İsax
Rövşən İsax (tam adı: Rövşən İsax oğlu Məmmədov; 14 avqust 1970, Kirovabad) — Azərbaycanlı rejissor, aktyor. == Həyatı == Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb (1988-1992). Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993-1998) müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub (1998-2001). Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir. Ailəlidir. Üç övladı var.
Xasadarlı (İraq)
Xasadarlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd. Əhalisinin 90%-dən çoxunu etnik türkmanlar, qalan qismini isə kürdlər təşkil edir.
İraq dinarı
İraq dinarı (ərəb. دينار عراقي‎) ya da qısaca dinar (ərəb. دينار‎), İraqda istifadə olunan pul vahididir. == Nominalları == 1931–1932-ci illərdə 1, 2, 4, 10, 20, 50 və 200 nominallı ilk İraq sikkələri dövriyyəyə buraxılmışdır. Gümüşdən 20, 50 və 200 fils pul cırdı. 1953-cü ildə gümüşdən zərb olunan 100 nominallı dəyəri olan sikkələr dövriyyəyə daxil edilmişdir. 1959-cu ildə İraq Respublikasının qurulduqdan sonra 1, 5, 10, 25, 50 və 100 sikkə sikkələr dövriyyəyə girdi. 1967-ci ildə yeni tipli sikkələr 5, 10, 25, 50 və 100 fillinq nominallaşdırılmışdır. 1970-ci ildən etibarən 250 nominallı nikel sikkələri, 1971-ci ildən etibarən 500 nominallı sikkələr istifadəyə verilmişdir. Bundan əlavə, 1980-ci ildən etibarən 1 dinar dəyərində nikel sikkələri dövriyyəyə buraxıldı.
İraq gerbi
İraq gerbi — İraq Respublikasının rəsmi gerbi 2008-ci ildə təsdiq olunub == Tarixi == === 1932-1959 === İraq Haşimilər Krallığının gerbləri qonşu İordaniya Haşimilər Krallığının gerbləri ilə bəzi oxşarlıqları paylaşırdı. İraq Haşimilər Krallığının monarxiyasını simvolizə edən qızıl tac, zirvəsinin altından çıxan və yaqut və zümrüdləri xatırladan bir relyef dizaynı ilə bazaya bağlanmış beş tağdan ibarətdir. Tac yuxarı hissədə Haşimit pankartını təmsil edən bir nizə ucu ilə bəzədilmişdir. Tac kral Haşimit taxtını təmsil edən çardağın üzərinə qoyulur. Ağ ipəklə örtülmüş qırmızı rəngli məxmər çubuq, fədakarlıq və saflığı bildirir. Çamaşır qızıl ipliklərin bir hissəsinə bükülmüş və ağ ipək astarlı aşkar etmək üçün hər iki tərəfə qızıl rəngli kordonlarla toplanmışdır. İki ulduz hər iki tərəfdəki mərkəzi qalxanın üstündədir. Hər bir ulduz İştar və Şamaşı təmsil edir. Qalxanın yırtıcı tərəfdarı Babil Aslanıdır, pis tərəfdarı ərəb atıdır, hər ikisi də şah gücünün ənənəvi simvollarıdır. Mərkəzdəki qalxan Mesopotamiyanın ərazisini əks etdirir.
İraq himni
"Mənim Vətənim" (ərəb. موطني‎) – İraq dövlət himni. "Mənim Vətənim" 1934-ci ildə fələstinli İbrahim Tuqan yazıb, və musiqinin üstünə qoyulandan sonra Fələstində və bütöv Ərəb dünyasında çox məşhur olub. 2004-ci ildə, bir il Səddam Hüseynin rejimi son verəndən sonra İraqın təzə himni kimi təsdiq olunmuşdur.
ISAF
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır. == Ümumi baxış == 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir.ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir. ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
ISAN
ISAN (International Standard Audiovisual Number) – audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə. == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
JSAG
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi "erməni soyqırımının" tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Uşaq
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Ümummiyətlə uşaq buluğa çatmamış insana deyilir. Körpəlik mərhələsi uşaqlıqdan öncədir və körpə ayaq açıb yeriş qabiliyyəti tapanda uşaq sayılır. Azərbaycanda adətən uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. == Uşaqlıq mərhələləri == == Əsas qruplar == Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
İşad
İşad — ən ali vəzifəli Göytürk hərbi xadimlərini adlandırmaq üçün istifadə edilən qədim türk sözü. Bu sözdən bəzi ərəb mənbələrində Xəzərlərin Xaqan bəylərini təsvir etmək üçün istifadə olunub. == Mənbə == Bruk, Kevin Alan. The Jews of Khazaria (2nd ed.). Rowman & Littlefield Publishers, Inc. 2006. Danlop, Duqlas M. The History of the Jewish Khazars. Prinston: Princeton University Press. 1954. Qolden, Piter B. Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars.
İşıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir.Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380-780 nanometr dalğa uzunluğuna və yaxud 789-385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C.Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir). İşığın elektromaqnit nəzəriyyəsinə görə işıq elektromaqnit dalğalarından ibarətdir.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Görünən işıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir.Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380-780 nanometr dalğa uzunluğuna və yaxud 789-385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C.Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir). İşığın elektromaqnit nəzəriyyəsinə görə işıq elektromaqnit dalğalarından ibarətdir.
Ibn Ishaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış,hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir. Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur. == Həyatı və Təhsili == Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir. == Xəlifə Mənsur Abbasi ilə görüşü == Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona tarix kitabı yazmağı əmr edir. Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğun söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir.Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir. == Tənqidlər == "Əs-sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilər ve və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər. Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər.Məhəmməd ibn İshaqdan sonra Əbdul-Məlik ibn Hişam onu indiki tərtibatda qələmə almışdır.