TOXUNMAQ₁

f.
1. Əl və ya bədənin başqa bir üzvü ilə bir şeyə dəymək, təmas etmək, əlini vurmaq.
[Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli.
Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı… Ə.Məmmədxanlı.

2. Əl vurmaq, qarışdırmaq, dəymək. Mənim şeylərimə toxunma! Bu kitablara kim toxunub? Heç kəs bu kağızlara toxunmasın.
3. məc. Üstündə ötəri dayanmaq, bəhs etmək, danışmaq.
4. məc. Pis təsir etmək, təhqir etmək, könlünə dəymək, sataşmaq. Könlünə toxunmaq.
– Qismət olsa, bundan belə yazmaram; Toxunarsa sözüm elə, yazmaram. M.Ə.Sabir.
Bu sual şəfqət bacısına toxundu. Ə.Sadıq.

// məc. İnkar şəklində: toxunmamaq – əl dəyməmək, işi olmamaq, dəyməmək, dəyibdolaşmamaq, sataşmamaq.
Mənə toxunma! – …Anatoli işarə etdi ki, [faşistə] toxunmasınlar, çünki əsas plan pozula bilər. S.Vəliyev.
Bu eybəcər quşa kimsə toxunmaz; Səsindən, özündən həzz alaq deyə. B.Vahabzadə.

5. məc. Aidiyyəti olmaq, əlaqəsi olmaq, dəxli olmaq. Bu məsələ mənə toxunmur.
– Çingiz … müsəlman “zemlyaçestvo”sunun sədri olduğu üçün bu şikayətlər ən əvvəl ona toxunurdu. Çəmənzəminli.

Синонимы

  • TOXUNMAQ dəymək — sataşmaq — ilişmək — incitmək
  • TOXUNMAQ hörülmək
  • TOXUNMAQ toxunmaq bax sürtüşmək 1

Омонимы

  • TOXUNMAQ TOXUNMAQ I f. Hörülmək. Bu yun corablar qəşəng toxunub. TOXUNMAQ II f. Dəymək, təmas etmək. Ona toxunmasın o soyuq əllər; Mənim sarayımdır yüksək əməl
TOXUNMAQ₂
TOXUNMUŞ

Значение слова в других словарях