trans-Arktik

trans-Arktik
trans-Alp
trans-Asiya
OBASTAN VİKİ
Arktik səhralar
Arktik səhralar (yunanca Arctos — ayı deməkdir) — Yerin təbii zonası. Arktik coğrafi qurşağındakı Şimal Buzlu Okeanının bir hissəsini əhatə edir. Bu arktik iqlimlə səciyyələnən ən şimal təbii zonadır. Burada ərazı buzlarla, çınqıl və daşla örtülmüşdür. == Ümumi məlumat == Yerin quru hissəsinin Arktika qurşağında ən şimal təbii zonası. Arktika səhraları zonası Taymır yarım-adasının şimal kənarları, Şimal Buzlu okeanının Şpitsbergen arxipelaqı, Frans-İosif Torpağı, Novaya Zemlyanın Şimal adası, Novosibir və De-Lonq adaları, Kanada Arktika arxipelaqının və Qrenlandiyanın şimal hissələri daxildir. Zonanın daha rütubətli Atlantikayanı hissəsində ümumi sahəsi 2 mln. km2-dən çox olan buzlaqlar var; buz səhraları landşaftı üstündür. Arktika səhraları zonasında sərt Arktika iqlimi hakimdir. Bütün ayların orta temperaturu 5˚C-dən aşağıdır.
Arktik zona
Arktik zona (yun. arktos — şimal) — böyük landşaft bölgələrindən biri, Şimal buzlu okean ilə Tayqa meşələri arasındakı zolaq. 1) Yayda buzları tam əriməmiş, hərəkətdə olan şimal qütbünün ətrafı akvatoriya (83–80° ş.e.d.); 2) Dünya okeanının 500 – 1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün ilboyu temperatur 0° S — yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2–3° S – dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır. == İstinadlar == == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Trans yağlar
Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü. Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər. Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir .
Böyük Arktik qoruğu
""Böyük Arktik" dövlət təbiət qoruğu" — federal əhəmiyyətli elmi-araşdırma, təbiəti qoruma, ekoloji xüsisiyyətləri özündə birləşdirən qoruqdur. Qoruğun yaradılmasına səbəb təbii şəraitdə ətraf mühütin sərbəst inkişaf xüsusiyyətlərini araşdırmaq, bu zaman ardıcıl baş verən proseləri dəqiq müşahidə etmək və canlılar aləminin mühafizəsini təşkil etmək olmuşdur. Qoruq sahəsinə görə Avrasiyanın ən böyük qoruğudur. == Tarixi == "Böyük Arktik" qoruğu Rusiya Federasiyası hökumətinin Nazirlər Sovetinin 11 may 1993 il № 431 əmri ilə yaradılmışdır. Qoruq Dikson rayonunun qərbində 4 169 222 ha ərazidə təşkil edilir. Üstəlik Qoruğun sərhədləri xaricində muxtar dairənin ərazisindən Böyük Arktik qoruğu üçün 2 007 069 ha ərazi ayrılır. 20 mart 2013 il tarixində qoruq "Taymır qoruqları" qrupuna daxil edilmişdir. Bununla da qoruq müstəqil qoruq olmasını hüququnu itirmişdir. Taymır və Putoranski qoruqları ilə birlikdə vahid qoruqda birləşdirilmişdir. == Qoruğun ərazisi == "Böyük Arktik" qoruğu 7 sahədən ibarətdir: Diksoon-Sibiryakov "Kara dənizinin adaları" Piyasinski "Middendorf körfəzi" "Nordenşeld arxipelaqı" "Aşağı Taymır" "Çelyuskin yarımadası" == Ərazisinin təbii xüsusiyyətləri == Qoruğun ərasinə nəzər saldıqda əsasən Artik tundra və Arktik səhralardan ibarətlərdən ibarətdir.
Kanada Arktik arxipelaqı
Kanada Arktik arxipelaqı (ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien, Kanadada onu sadəcə Аrktika arxipelaqı adlandırırlar) — dünyanın ən iri arxipelaqlarında biri, 1,4 milyon km² sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir. == Coğrafiyası == Arxipelaqın böyük hissəsi Nunavut, az bir hissəsi isə Şimal-Qərb ərazilərinə daxildir. Adaların çoxu Şimal Buzlu okeanının, cənub-şərq hissədəki az bir qism adalar isə Atlantik okeanın akvatoriyasına aiddir. Arxipelaqa daxil olan üç ada (Baffin Torpağı, Viktoriya (ada) və Elsmir (ada)) dünyada ölçüsünə görə ilk onluğa daxildir. Ümumuilikdə burada 36,563 ada vardırki onunda 15-nin sahəsi 10-min km² çodur. İqlimi çox sərtdir, sahil əraziləri əsasən Tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini arktik səhralar təşkil edir.
Narva Trans FK
Narva-Trans — Estoniyanın futbol klubu. 2 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Trans milli korporasiyalar
Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı. Ancaq TMK-ların tarixi daha qədimdir. İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni" sayılır. Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər. Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır. Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır.
Trans-Xəzər dəmiryolu
Trans-Xəzər dəmiryolu (rus. Среднеазиатская железная дорога) — Qərbi Mərkəzi Asiyanın böyük hissəsindən keçən böyük ipək yolunu izləyən dəmir yolu. XIX əsrdə Orta Asiyanı işğal edən Rusiya İmperiyası tərəfindən tikilmişdir. Dəmiryolunun inşaatı 1879-cu ildə rusların Kokand üzərində qələbəsindən sonra başlamışdır. Yol əvvəlcə İmperator Rusiya Ordusunun yerli müqavimətə qarşı hərəkətlərini asanlaşdırmaq üçün hərbi məqsədə xidmət edirdi. Lakin lord Kerzon dəmir yoluna baş çəkərkən qeyd etdi ki, onun əhəmiyyəti yerli hərbi nəzarətdən kənara çıxır və Britaniyanın Asiyadakı maraqlarını təhdid edir.
Trans (psixi vəziyyət)
Trans (fr. transir “keyimə” ← lat. transire “bir şeyin sərhədlərini aşmaq”) — bir sıra dəyişdirilmiş şüur halları, o cümlədən insanın şüurlu və şüursuz psixi fəaliyyətini birləşdirən və vasitəçilik edən psixikanın funksional vəziyyəti. Bu zaman bəzi koqnitivist yönümlü şərhlərə görə, şüurun dərəcəsi məlumatın emalında iştirakını dəyişir. K.Hoffman bildirir ki, “Trans hələ də ənənəvi olaraq şüurun azalması və ya yuxululuq vəziyyəti kimi müəyyən edilir. Bununla belə, daha yeni antropoloji təriflər onu dəyişdirilmiş şüur halları ilə əlaqələndirir (Çarlz Tart) və o, getdikcə daha çox qəbul edilir ”. Trans diqqət mərkəzində olan adi şüur vəziyyətindən fərqlənir - bununla insan daxili diqqət mərkəzini inkişaf etdirir (yəni diqqət xarici deyil, şəkillərə, xatirələrə, hisslərə, xəyallara, fantaziyalara və s.), şüurun normal vəziyyətində olduğu kimi . Bir şəxs qəsdən trans vəziyyətinə girdikdə, belə bir trans şərq ölkələrində bir çox mənəvi məktəblər tərəfindən - meditasiya adlandırılır. M.Eriksonona görə, transın özü terapevtikdir (yəni sadəcə onun içində olmaqdır), çünki onun gedişi zamanı “adi” şüur vəziyyətində həyata keçirmək çətin olan zehni yenidənqurma mümkündür. Trans halları dərəcə baxımından çox dəyişir: daxili diqqət mərkəzindən bir şeyə demək olar ki, hər hansı bir konsentrasiya (nəyisə xatırlamaq və ya təsəvvür etmək cəhdi) transın görünüşünə səbəb olur, çünki insanın diqqəti əhəmiyyətsiz və daha az dərəcədədir.
Trans-Adriatik Boru Kəməri
Trans Adriatik Boru Xətti (alb. Gazsjellësi Trans-Adriatik, yun. Αδριατικός Αγωγός Φυσικού Αερίου, it. Gasdotto Trans-Adriatico) — Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. 2019-cu il iyunun sonuna Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i tamamlanıb. Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group (sonradan Axpo) enerji şirkəti tərəfindən elan edilib. Texniki-iqtisadi əsaslandırma 2006-cı ilin martında başa çatdırılmışdır.
Trans Adriatik Boru Xətti

Trans Anadolu boru kəməri
Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP)təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 32 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd.
Trans-Adriatik boru xətti

İmperial Trans-Antarktika ekspedisiyası
İmperial Trans-Antarktika ekspedisiyası 1914–1917-ci illəri əhatə edən, Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrünün sonuncu əsas ekspedisiyasıdır. Ser Ernest Şeklton tərəfindən irəli sürülən bu ekspedisiyanın məqsədi Antarktida qitəsi üzərində ilk quru keçidini etmək idi. Bu keçid Roald Amundsenin 1911-ci ildəki Cənub qütbünə ekspedisiyasından sonra Şekltonun ifadəsi ilə "Antarktika səyahətlərinin ən əsas obyekti" kimi qaldı. Şekltonun səyahəti bu obyektivi tamamlamaqda uğursuz olsa da, dramatik dözümlülük mübarizəsi kimi böyük şöhrət qazanır. Şeklton bu səyahətə başlamazdan əvvəl 1901–1904-cü illərdə Britaniya Milli Antarktika ekspedisiyasında xidmət etmiş və 1907–1909-cu illərdə Nimrod ekspedisiyasına rəhbərlik etmişdi. Bu yeni avantürasında o, Veddell dənizinə yelkən açmağı və buradan Vahsel körfəzi ilə quruya çıxaraq, Cənub qütbü üzərindən Ross dənizinə qədər getməyi təklif edir. Bu müddət ərzində Ross dənizi partiyası adlanan dəstək qrupu Mak-Medro boğazında düşərgə qurmalı, buradan Ross şelf buzlağı boyunca, Birdmor buzlağının ayağına qədər olan ərazidə təminat anbarları yerləşdirməli idi. Qurudan yürüş əməliyyatını icra edəcək əsas qrup özləri ilə yetərincə təchizat götürməyəcəklərinə görə bu anbarlar onların sağ qalması üçün həyati əhəmiyyət daşıyırdı. Ekspedisiya iki gəmiyə ehtiyac duyurdu: Şekltonun rəhbərliyindəki Veddell dənizi qrupu üçün "Endurans" və Eneas Makintoş rəhbərliyindəki Ross dənizi qrupu üçün "Aurora". Ekspedisiyanın əvvəlindəcə "Endurans" gəmisi hələ Vahsel körfəzinə çata bilmədən Veddell dənizindəki buzlaqlara ilişir.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. == İqlimi == İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Trans-Adriatik qaz boru kəməri
Trans Adriatik Boru Xətti (alb. Gazsjellësi Trans-Adriatik, yun. Αδριατικός Αγωγός Φυσικού Αερίου, it. Gasdotto Trans-Adriatico) — Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. 2019-cu il iyunun sonuna Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i tamamlanıb. Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group (sonradan Axpo) enerji şirkəti tərəfindən elan edilib. Texniki-iqtisadi əsaslandırma 2006-cı ilin martında başa çatdırılmışdır.
Trans-Anadolu qaz boru kəməri
Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP)təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 32 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd.
Trans Anadolu Qaz Boru Kəməri

Trans-Xəzər fiber-optik kabel xətti
Transxəzər Fiber-Optik Kabel Xətti — layihəsi Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir. Layihənin məqsədi Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötrülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır. Layihə Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən Azerbaijan Digital Hub proqramı çərçivəsində magistral internet provayderi AzerTelecom şirkəti tərəfindən icra edilir. Transxəzər Fiber-Optik kabel xətti layihəsi 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürülüb. Azerbaijan Digital Hub proqramı çərçivəsində icra olunan layihə iki marşrutdan Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. 19 mart 2019-cu il tarixində layihənin ilk hissəsi olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş imzalanıb. Daha sonra saziş Azərbaycan dövləti tərəfindən təsdiq edilib. 17 may 2019-cu il tarixdə isə sözügedən dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib. Azərbaycan-Qazaxıstan marşrutu Siyəzən və Aktau coğrafi məkanları arasında çəkiləcək və kabel xəttinin ümumi uzunluğu 380-400 km olacaq. Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək və layihə Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorları tərəfindən icra ediləcək.