Trans-Anadolu qaz boru kəməri

Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP)təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 32 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, STEAŞ 7%, BP 12% və Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir.[1] TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri Eskişehrədək 56 düym, ondan sonra 48 düym, dəniz dibində isə 36 düym nəzərdə tutulub. TANAP layihəsinin Eskişehrədək hissəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2018-ci ildə baş tutub, 30 iyun 2018-ci il tarxində ilk kommersiya qazı çatdırılmışdır. 2019-cu ilin aprel ayında "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.[2]

Trans Anadolu qaz boru kəməri
Ümumi məlumatlar
Tipi təbii qaz kəməri
Tikilmə tarixi 2014 (başlanılıb)
Açılış tarixi 12 iyun 2018
İstismara verilib 2018
Operatoru SOCAR
Sahibi TANAP project company
Tərəfdaşlar SOCAR
BOTAŞ
Türkiye Petrolleri Anonim Ortaklığı
BP
Uzunluğu 1839 km
Ötürücülüyü 16× 109 m³/il
Yerləşməsi
Ölkə  Türkiyə
Trans-Anadolu qaz boru kəməri (Yaxın və Orta Şərq)<div style="font-size:80%;line-height:1.2em;position:absolute;z-index:2;left:İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.%;top:İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.%">
<div style="font-size:80%;line-height:1.2em;position:absolute;z-index:2;left:İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.%;top:İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.%">
Kəmərin başı və sonu xəritədə:

40°10′10″ şm. e. 49°27′30″ ş. u.HGYO

44°09′45″ şm. e. 22°37′15″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boru xəttinin çəkilişi çərçivəsində qazıntılar zamanı daha öncə elmə məlum olmayan 9 böcək və 1 bitki növü tapılıb. 154 yerdə arxeoloji tapıntılar aşkarlanıb.[3]

  1. "Prezident TANAP layihəsi ilə bağlı qanunu imzalayıb". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-05.
  2. "TANAP-la sınaq qaz tədarükünə başlanıb". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
  3. TANAP-ın istifadəyə veriləcəyi tarix DƏQİQLƏŞDİ — Layihənin 93.5 faizi tamamlanıb [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]