Trans-Adriatik qaz boru kəməri

Trans Adriatik Boru Xətti (alb. Gazsjellësi Trans-Adriatik, yun. Αδριατικός Αγωγός Φυσικού Αερίου, it. Gasdotto Trans-Adriatico) — Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, AlbaniyaAdriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. 2019-cu il iyunun sonuna Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i tamamlanıb.

Trans Adriatik Boru Xətti
Ümumi məlumatlar
Tipi təbii qaz kəməri
Başlayır Türkiyə
Bitir İtaliya
Tikilmə tarixi 2016 (başlanılıb)
İstismara verilib 2020
Operatoru Trans Adriatic Pipeline AG
Tərəfdaşlar BP (20%)
SOCAR (20%)
Snam (20%)
Fluxys (19%)
Enagás (16%)
Axpo (5%)[1]
Uzunluğu 867 km
Diametri 48
Ötürücülüyü 10-20 milyard m³/il
Yerləşməsi
Ölkələr
tap-ag.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trans-Adriatik qaz kəməri layihəsi 2003-cü ildə İsveçrənin EGL Group (sonradan Axpo) enerji şirkəti tərəfindən elan edilib. Texniki-iqtisadi əsaslandırma 2006-cı ilin martında başa çatdırılmışdır. İki variant nəzərdən keçirildi: Bolqarıstandan, Makedoniya Respublikasından və Albaniyadan keçməklə Şimal marşrutu, həmçinin Yunanıstan və Albaniyadan keçməklə Cənub marşrutu nəzərdən keçirildi. 2007-ci ilin mart ayında boru kəməri üçün genişləndirilmiş baza layihələndirilməsi başa çatdırılmışdır[2].

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur[3]. BP, İtaliyanın SNAM və Azərbaycanın SOCAR şirkətləri hər biri 20 faiz hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.

2020-ci ilin avqust ayında Trans-Adriatik qaz boru kəmərinin inşası ilə bağlı işlərin 97%-i yekunlaşıb.[4]

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edir. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibindədir. TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödənilir. TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulub. Kəmər 01.01.2021 tarixində fəaliyyətə başladı.[5]

İtaliyanın cənubundakı Leççe şəhərində minlərlə adam Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilən TAP qaz kəmərinə qarşı küçələrə çıxıb. İtaliyanın cənubunda zeytunlar bağından keçən TAP-a qarşı bu etirazın başında Beppe Grillonun başçılıq etdiyi "No TAP" ictimai komitəsi durur. Grillo Rusiya ilə sıx əlaqələrə malikdir. [mənbə göstərin] Boru kəmərinin çəkilən hissəsində zeytun ağacaları çıxardılaraq təhlükəsiz yerə köçürülüb. İtaliyada məşhur yazıçı-şair Erri De Luka Azərbaycan qazını Avropaya nəql edəcək TAP qaz kəmərinə qarşı sabotaja çağırıb. İtaliyanın Leççe və Melandunyo əyalətlərində vaxtarışı olaraq TAP kəmərinə qarşı etirazlar təşkil olunur, kəməri çəkən şirkətin ofisinə, texnikasına zərər vurulur.[6]

  1. "About us". tap-ag.com. 1 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2015.
  2. Natural gas pipeline through Adriatic achieves major milestone
  3. "TAP layihəsi: Avropanın enerji təhlükəsizliyinə təsirlər". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-20.
  4. TAP kəmərinin tikintisi 97% yekunlaşıb[ölü keçid]
  5. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Mətbuat…". 2021-01-02. 2021-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
  6. "İtalyan yazıçısı Azərbaycan qaz kəmərinə qarşı sabotaja çağırır". 2019-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]