Turnavurdu
Turnavurdu - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
== Ümumi məlumat ==
Turnavurdu oyunu novruz bayramında, bayramqabağı günlərdə eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Bu oyunu həm qızlar, həm də oğlanlar oynayırlar.
== Oyunun qaydaları ==
Uşaqlar iki bərabər dəstəyə ayrılırlar. Hər dəstənin başçısı olur. Dairəvi cızıq çəkirlər. Dəstələrdən birindəki adamların sayı qədər turna eşirlər. Başçılardan biri ovucuna bir şey alır, əllərini bərk yumub o biri başçıya uzadır. Başçı gizlədilmiş əşyanın hansı əldə olduğunu tapsa qalib gəlir, əlini yuman başçının dəstəsi turna çəkilən dairəvi cızığa girir. Kənarda qalan qalib dəstə cızıqdakı turnaları götürməyə çalışır.