TUTMAQ I f. Saxlamaq, yapışmaq. Tutdu nəbzin təbib onun dərhal; “Nə demişsən?” – deyə edincə sual (M.Ə.Sabir).
TUTMAQ II f. Həbs etmək. Tez olun, gizlənin, gəzirlər sizi; Gəlib tutacaqlar (S.Vurğun).
TUTMAQ III f. Yaraşmaq. Zər baftalı qara donu; Allah, necə tutur onu! (Ə.Kürçaylı).
TUTMAQ IV f. Çevirmək. Mən üzümü başını aşağı salıb qıpqırmızı qızarmış Azərə tutdum (M.İbrahimov).