TUTMAQ

1. TUTMAQ [Pəricahan xanım:] Ordu başında durubdur, əcdadının yurdunu da tutmaq istəyir (S.S.Axundov); FƏTH ETMƏK (zorla, silah gücünə tutmaq) Kimon: Qorxma, tədbirə gəl, riza göstər; Fəth edincə bu ölkəni qeysər (A.Şaiq); QAPSAMAQ (məh.) Qapsayıblar yetimlərin obasın; Ev sahibi qovar zor olsa qonaq (Q.Zakir); QƏSB ETMƏK ..hətta bütün şimal əyalətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır (M.İbrahimov); ZƏBT ETMƏK/ELƏMƏK Güllücə kəndini düşmən zəbt etdi (S.S.Axundov); ALMAQ, İSTİLA ETMƏK (zorla tutmaq), İŞĞAL ETMƏK.

2. TUTMAQ Mustafa çavuş əyilib onun dal ətəyindən tutdu (S.Rəhimov); YAPIŞMAQ (dan.) [Yasavul:] Məndən yapış (S.Rəhimov); SAXLAMAQ.

3. TUTMAQ [Fatı:] Məni o azar dəymiş it tutdu (Ə.Abbasov); DİŞLƏMƏK Çeynədilər, dişlədilər, diddilər; Bir-birini al qana qərq etdilər (A.Səhhət); QAPMAQ İt quduranda, yiyəsini qapar (Ata. sözü).

4. tutmaq bax həbs etmək

TUTQUNLAŞMAQ
TUTULMAQ

Значение слова в других словарях

инохо́дчик казно... перелёживать противодавле́ние соста́в неви́данно потни́чка расформиро́вывать с прибаба́хом хромопла́сты латинский поросенок слабый cash bar full-faced laterally man-eating oversight piousness rectoscopy weeny ассоциироваться зыбкий облегчить эпицентр