TUVAL
TUZAK
OBASTAN VİKİ
Tuz gölü
Tuz gölü (türk. Tuz Gölü) — Türkiyənin ikinci ən böyük gölü. Gölün duzluluğu 340 ‰-dir. Anadolunun mərkəzində, Konyadan 105 km şimal-şərqdə və Ankaradan 150 km cənub-şərqdə yerləşir. Strabon Qalatiya və Kapadokiya sərhədindəki Tatta gölündən bəhs edərkən bu gölü nəzərdə tuturmuş. İlin çox hissəsi dayazdır (1-2 m) və duz gölünün sahəsi 1500 km²-dir. Adətən uzunluğu 80 km və eni 50 km olur. Dəniz səviyyəsindən 905 m yüksəkdədir. Göl Türkiyənin mərkəzi platosundakı tektonik çuxuru doldurur. Gölə iki böyük dərə axır amma göl əsasən yeraltı mənbələrdən və yağışla qidalanır.
Achillea tuzsonii
Achillea tuzsonii (lat. Achillea tuzsonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Orta Tuzlov çayı
Orta Tuzlov çayı (rus. Средний Тузлов) — Rusiyanın Rostov vilayəti və Ukraynanın Luqansk vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 16,5 kilometrdir. Mənbəyinin hündürlüyü 195 metr təşkil edir. Üzərində su tutarı vardır. Ən böyük qolu Vlasovka axarıdır. Çay sistemi: Orta Tuzlov çayı → Tuzlov → Aksay → Don. Çayın ikinci hissəsi Tuzlovkəlməsi öz növbəsində türk sözü olan duz sözündən törəmişdir. Sağ Tuzov çayı Tuzlov kəlməsi işlədilən üç çaydan biridir: Sol Tuzlov çayı, Orta Tuzlov çayı və Sağ Tuzlov çayı.
Pirəhmədli (Tuzxurmatu)
Pirəhmədli — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Sağ Tuzlov çayı
Sağ Tuzlov çayı (rus. Правый Тузлов) — Rusiyanın Rostov vilayəti və Ukraynanın Luqansk vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 21,8 kilometrdir. Mənbəyinin hündürlüyü 190 metr təşkil edir. Üzərində su tutarı vardır. Çay sistemi: Sağ Tuzlov çayı → Tuzlov → Aksay → Don. Çayın ikinci hissəsi Tuzlovkəlməsi öz növbəsində türk sözü olan duz sözündən törəmişdir. Sağ Tuzov çayı Tuzlov kəlməsi işlədilən üç çaydan biridir: Sol Tuzlov çayı, Orta Tuzlov çayı və Sağ Tuzlov çayı. Çayların bu tip adlandırılmasının səbəbi onların müvafiq istiqamətdən Tuzlov çayına tökülür Çayın adı öz növbəsibə Kamenno-Tuzlovka kəndinin adına təsir etmişdir.
Sol Tuzlov çayı
Tuzlov (Sol Tuzlov çayı; rus. Тузлов, (Левый Тузлов)) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Aksay çayının qoludur. Çayın uzunluğu 182 kilometrdir, hövzəsinin sahəsi 4680 km²-dir. Mənsəbi Novoçerkassk şəhəri ərafında yerləşir. Çay Ukraynanın Dones vilayəti ərazisindən başlayır. Tuzlov çayı əsasən düzən ərazidən axır. Relyef suyun axınına və sürətinə təsir göstərir. Yatağı lillidir. Bu səbəbdən meandrlıdır.
Tuzkan gölü
Tuzkan gölü (özb. Tuzkon, Тузкон) — Özbəkistan ərazisində yerləşən azca şorsulu göl. Arnasay sisteminə daxil olan göllər arasında Aydarkuldan sonra ikinci böyük göldür. Arnasay du hövzəsinə daxil olan digər göllər kimi toplsyıcı sularla qidalanır. Bununla belə bu sistemin digər göllərindən fərqli olaraq Tuzkan gölü təbii kökə malikdir. Belə ki, nə zamansa onu hazırda yerləşdiyi ərazidə göl olmuşdur. Bununla belə hazırda mövcud olan göl antropogen məşhəllidir və insan əməyinin nəticədidir. Göl Cizak vilayətinin Fərqanə tümənliyində yerləşir. Cizak şəhərindən 56 km şimal-şərqdə qərarlaşır. Qızılqum səhrasının uzaq şərq nöqtədisini təşkil edir.
Tuzkar
Tuzkar — Əfqanıstanda şəhər.
Tuzla
Tuzla (Bosniya və Herseqovina) — Bosniya və Herseqovinada şəhər. Tuzla (İstanbul) — İstanbul ilinin ilçəsi.
Tuzla (Bosniya və Herseqovina)
Tuzla (kiril Тузла) — Bosniya və Herseqovinada şəhər. Şəhər, Tuzla Kantonunun mərkəzi və Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən iqtisadi, elmi, mədəni, səhiyyə və turizm mərkəzidir. Tuzla, Sarayevo və Banya Lukadan sonra Bosniya və Herseqovinadakı ən böyük üçüncü şəhərdir. 2013 əhali siyahıyaalmasının nəticələri, bələdiyyənin 120,441 əhaliyə sahib olduğunu göstərir. Tuzlada bir təhsil mərkəzi və iki universitet yerləşir. Həmçinin, şəhər duzlu göl turizminə görə Bosniyanın ən güclü iqtisadiyyatlarından biridir. Tuzla şəhəri mərkəzi parkında duzlu göl olan Avropadakı tək şəhərdir. Şəhərin mərkəzi parkına hər il 100 mindən çox insan ziyarət edir. Şəhərin tarixi IX əsrə qədər gedib çatır. Tuzlanın müasir tarixi, Osmanlı İmperiyasında əhəmiyyətli bir qarnizon şəhəri halına gəldiyində, yəni 1510-cu ildən başlamışdır.
Tuzla (İstanbul)
Tuzla — İstanbul ilinin ilçəsi. Pendik bələdiyyəsinin yanında şəhərin Asiya tərəfində bir bələdiyyədir. Tuzla, şəhərin şərq sərhəddində, Mərmərə dənizinin sahilindəki başlıq ərazidədir. Bələdiyyə başçısı Şadi Yazıcıdır. (AKP) Başlıq ərazisinin yunan adı 'Akritas' (Ακρίτας) idi. Osmanlı dövründə bu balıqçılıq və əkinçilik kəndinin sakinləri əsasən yunan idi və 1920-ci illərin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurulmasından sonra əhali mübadiləsində bu insanlar Salonika, Kavala və Drama Türk sakinləri üçün dəyişdirildi. Balıqçılıq gəmiləri hələ də mövcuddur, lakin 1980-ci illərin sonuna qədər balıqçılıq sənayenin, xüsusən gəmiqayırma sahəsinin üstündən keçdi; Tuzla gəmiqayırma zavodları bu gün də fəaliyyət göstərir. Tuzla şəhərindən hələ də kənd təsərrüfatına gedən bəzi kənd təsərrüfatı var, baxmayaraq ki, sənaye inkişafı da var. Tuzla dəniz cəbhəsi və bir çox balıq restoranları ilə məşhur olan kiçik bir şəhərdir. Bu həm də varlı İstanbul sakinləri və ya təqaüdçülər üçün şəhərdən çox uzaq olduğu, daha az toplaşdığı və hələ də özünə "kiçik bir şəhər hissini" qoruduğu üçün ev almaq üçün məşhur bir yerdir.
Tuzla Beynəlxalq Hava Limanı
Tuzla Beynəlxalq Hava Limanı (bosn. Međunarodni Aerodrom Tuzla) (IATA: TZL, ICAO: LQTZ) — Bosniya və Herseqovinaya aid olan Tuzla şəhəri yaxınlığında yerləşən hava limanı. Bu birgə bazanın bir aerodromudur. Mülki kommersiya təyyarələrini saat 06: 00-dan 20: 00-dək, ümumi aviasiya və korporativ aviasiya təyyarələri isə saat 06: 00-dan 17: 00-dək qəbul edə bilər. Tuzla Beynəlxalq Hava Limanı Yuqoslaviya Sosialist Federativ Respublikasında ən iri hərbi aerodromlardan biri olmuşdur. 1992-ci ildə onun üzərində nəzarəti BMT sülhməramlıları ələ keçirmişdir. 1996-cı ildən isə SFOR qüvvələrinin ən əsas hava limanı funbksiyası yerinə yetirirdi. 1998-cı ildə Tuzla kantoonu burada Tuzla mülki hava limanını açmışdır. Tuzla Beynəlxalq Hava Limanı 10 oktyabr 1998-cı ildə rəsmən mülki hava limanı olaraq aşılmışdır. Bununla belə burada hələdə hərbi baza yerləşir.
Tuzla adası
Tuzla adası (krımtat. Tuzla, Тузла, ukr. Тузла, türkcə. tuz "duz", türk., qıpçak. tuzlu "duzlu") — qumdan təşkil olunmuş, sahəsi 3,5 km² təşkil edən ada. Adanın uzunluğu 5 - 6,5 km, eni isə 0,5 km təşkil edir. Kerç boğazı, Azov dənizi, Kerç yarımadası ilə Taman yarımadası arasında yerləşir. 2003-cü ildə Rusiya ilə Ukrayna arasında ada ilə əlaqədar yaranan konfliktdən sonra məşhurlaşmışdır. 2,5 min il öncə adanın yerləşdiyi sahillərdə suyun səviyəsi 4 metr aşağı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, adanın sahəsi indikindən dəfələrlə böyük və Taman yarımadasına birləşik olmuşdur.
Tuzla burnu
Tuzla burnu (rus. Тузла) — Krasnodar diyarının ucqar nöqtəsidir (36°36′ ş. u.; 2003-cü ildə Tuzla dilinin bərpa olunmuş hissəsini çıxmaqla). Burunun sahili sıldırımlıdır. Burada hündürlük 15 metrə çatır. Taman stansiyasından 8 km aralıda yerləşir. Burun əhəng daşından ibarətdir. Yerli əhali Tuzla burnunu Dəvə burnu adlandırırlar.
Tuzla dili
Tuzla dili, ukr. коса Тузла) — Kerç boğazında yerləşən dil. Vaxtı ilə Taman yarımadasına bitişik olaraq uzanır. 1920-ci illərdə Tuzla adasının yaranması ilə dilin uzunluğu azalmışdır. Tuzla dilinin adı türk dillərində işlənən "duz" və ya "düz" sözlərindən yaranması ehtimal edilir. Yunan mənbələrində Аkme olaraq keçir. Hazırda Tuzla adası uzun və ensiz dambanı xatırladır. Ada Taman yarımadasına doğru istiqamətlənir. Dilin qərb hissəsi boğazla ayrılır. Bu hissə Ukrayna ərazisinə daxildir.
Tuzlov çayı
Tuzlov (Sol Tuzlov çayı; rus. Тузлов, (Левый Тузлов)) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Aksay çayının qoludur. Çayın uzunluğu 182 kilometrdir, hövzəsinin sahəsi 4680 km²-dir. Mənsəbi Novoçerkassk şəhəri ərafında yerləşir. Çay Ukraynanın Dones vilayəti ərazisindən başlayır. Tuzlov çayı əsasən düzən ərazidən axır. Relyef suyun axınına və sürətinə təsir göstərir. Yatağı lillidir. Bu səbəbdən meandrlıdır.
Tuzlubino (Baltas)
Tuzlubino (rus. Тузлубино, başq. Тоҙлоуба) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 245 nəfərdir. Kənd, rayon mərkəzindən 3 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 73 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (72%) üstünlük təşkil edir.
Tuzxurmatu
Tuzxurmatu (ərəb. طوز خورماتو‎, türk. Tuzhurmatu, kürd. دووزخورماتوو,) — İraqın Səlahəddin mühafazasında şəhər, eyni adlı qəzanın və nahiyyənin inzibati mərkəzi. Tuzxurmatu Kərkük şəhərindən cənuba doğru 70 km uzaqlıqda yerləşir. Tuzxurmatu ilə Səlahəddin mühafazasının Tikrit şəhəri arasındakı məsafə isə 90 km-dir. 1957-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən şəhərdə 8.978 nəfər əhali yaşayırdı. Qeyri-rəsmi təxminlərə əsasən həmin siyahıyaalınma zamanı bütün şəhər əhalisi etnik türkmanlardan ibarət olmuşdur.
Tuzxurmatu qəzası
Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir. İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو), Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك). OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən bütün Səlahəddin mühafazsında təxminən 1.200.000 nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190.000 nəfər əhali yaşayır. Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75.000 etnik türkman məskunlaşmışdır. Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan, özünü ərəb hesab edən çox sayda insan kökən olaraq türkmandırlar. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır. Qəzanın türkman əhalisi əsasən qədim Bayat boyundan törəmişdir.
Yengicə (Tuzxurmatu)
Yengicə və ya Böyük Yengicə — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd. Yengicə kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Tuzxurmatu-Tikrit avtomobil şossesinin üstündə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 196 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Yengicə kəndi arasındakı məsafə 3 km-dir. OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Yengicə kəndində təxminən 14 min nəfər əhali yaşayırdı.
Şahsevən (Tuzxurmatu)
Şahsevən — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Tuzla adası münaqişəsi
Tuzla adası münaqişə — 2003-cü ilin sonunda Rusiya-Ukrayna münasibətlərində Tuzla adasının mülkiyyəti ilə bağlı mübahisələrin və Rusiyanın Kerç boğazında Tuzla adasına bənd tikməsinin səbəb olduğu böhran. Bəzi analitiklərin fikrincə, bəndin tikintisi Kerç boğazı və Azov dənizinin statusunu həll etmək üçün Ukraynaya təzyiq göstərmək məqsədi daşıyırdı. 7 yanvar 1941-ci ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ada Krım MSSR-in tərkibinə daxil edilir və artıq Krım vilayəti adı ilə 19 fevral 1954-cü ildə Ukrayna SSR-ə verilir. Bundan sonra sovet dövründə nəşr olunan xəritələrdə ada Ukrayna SSR ərazisi kimi göstərilirdi. Krım yarımadasından naviqasiya kanalı ilə, Taman yarmadasaından isə balıqçı qayıqlarının keçməsi üçün qurulmuş dayaz bir kanalla ayrılır. Dilə sahiblik problemi ondan qaynaqlanırdı ki, Ukrayna Kerç boğazının qərbinə, Rusiya isə şərq sahillərinə sahib olsa da, Ukraynanın Tuzla dilinə sahib olması onun yeganə hissəsində ona gətirib çıxardı. Tuzla ilə Krım yarımadası arasında Kerç boğazının dibi boyunca çəkilmiş dəniz gəmi kanalı, bu kanalın hər iki sahili Ukraynanın mülkiyyəti idi və bu Ukraynaya birtərəfli qaydada gəmiçilik kanalından, o cümlədən Rusiya gəmilərindən keçid haqqı almağa imkan verirdi. Adanın Krasnodar diyarına aid olub-olmaması məsələsi hələ 1997-ci ildə Aleksandr Travnikov tərəfindən “Tuzla dili: Siyahıya alınmış ərazi” kitabında qaldırılmışdı. 29 sentyabr 2003-cü ildə Krasnodar diyarının səlahiyyətliləri (qubernator Aleksandr Tkaçev) Taman yarımadasının sahil zolağının eroziyasının və dillərin qarşısını almaq məqsədi ilə Taman yarımadasından Kerçə doğru sərhəd Tuzla adasına bənd tikməyə başlayır. 23 oktyabr 2003-cü ildə dövlət sərhəd xəttinin 102 metrliyində (Ukrayna tərəfindən birtərəfli elan edilib[5]) bəndin tikintisi dayandırıldı.
Birovçulu (Tuzxurmatu)
Birovçulu (türk. Biravcılı, ərəb. براوجلي‎) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. == Tarix == Birovçulu kəndi 1638-ci ildə salınmışdır. Kəndin adı Bayat boyunun Birovçulu oymağının adı ilə bağlıdır. Birovçulu 2014-ci ildə İŞİDin yürüşünə məruz qalmışdı ki onun nəticəsində bir ailənin beş üzvü həlak olmuşdur. == Coğrafiya == Birovçulu kəndi Tuzxurmatu şəhərindən 10 km cənubda, Əmirli şəhərindən isə 7 km şimalda yerləşir. Şimaldan Çardaqlı və Bastamlı kəndləri, qərbdən Qaranaz kəndi, şərqdən Köküz kəndi, cənubdan isə Böyük Albuhəsən, Kiçik Albuhəsən, Böyük Dombalandərə və Kiçik Dombalandərə kəndləri ilə əhatə edilmişdir. == Əhalisi == Hazırda kənddə 2,000 nəfərə qədər əhali yaşayır. Kənd əhalisi şiə müsəlman Türkmanlardan ibarət olub Azərbaycan dilinə çox yaxın bir Türk dilində danışırlar.
Murad Tuzcu
Murad Tuzcu (1952, İstanbul) — türkiyəli kardioloq, jurnalist və yazıçı. 1952-ci ildə Türkiyənin İstanbul şəhərində dünyaya gəlmişdir. 1971-ci ildə Kadiköy Maarif Kollecini bitirmiş, 1977-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsində ali təhsilini tamamlamışdır. Uzmanlıq dərəcəsini yenə eyni fakültədə daxili xəstəliklər barədə almışdır. Təhsilini bitirdikdən sonra Elazığ vilayətində 3 il daxili xəstəliklər üzrə həkim kimi çalışmışdır. 1985–1989-cu illərdə Klivlend Klinikasında da kardiologiya sahəsində təhsil almış. bundan sonra 1989–1990-cı illərdə Bostonda yerləşən Massaçusets Ümumi Xəstəxanasında özəl ixtisas almışdır. 1990–1991-ci illərdə Harvard Universitetinin Tibb fakültəsində müəllim kimi çalışdıqdan sonra 1992-ci ildən Klivlend Klinikasında həm işləməkdə, həm də müəllimlik etməkdədir. O, eyni zamanda klinikanın kardiologiya bölməsinin müdir müavinidir. Kardiologiya sahəsində etdiyi araşdırmalar və yeni müalicə üsullarına görə tibb sahəsində tanınmaqdadır.
Tuzla Limanı Milli Parkı
"Tuzla limanı" (ukr. «Тузловські лимани») — Ukraynanın cənubunda milli park. Milli park Odessa vilayətinin Belqorod-Dnestr rayonu ərazisində yerləşir. 2010-cu ilin 1 yanvarında yaradılıb. Sahəsi — 27 865 hektardır. Milli parkın ərazisinə Tuzla limanının gölləri, Qara dəniz sahilində mövcud olan kosa (dil), hansı ki, bu kosa Qara dənizi Tuzla limanından ayırır, Solyonoe gölünə tökülən Alkaliya və Xadjider gölünə tökülən Xadjider çaylarının aşağı axarları, eləcə də Lebedivka meşəsi daxildir. Liman ərazisində suyun səviyyəsi və kimyəvi tərkibi bir çox faktorlardan asılı olaraq dəyişir: illik axım, atmosfer yağıntıları, buxarlanma, dəniz suyunun daxil olması, yeraltı sular və s. Milli parkın yerləşdiyi ərazinin iqlimi mülayim kontinentaldır, yayı isti, qışı isə yumşaq və az qarlı keçir. Orta illik temperatur +8,1 və +11,8 °C arasında dəyişir. Tuzla milli parkında, limanda və sahil akvatoriyasında 21 ailəyə daxil olan 58 balıq növünə rast gəlinir.

Значение слова в других словарях