TƏHDİD

is. [ ər. ] Qorxutma, hədələmə; hədə, qorxu, hədə-qorxu.
Aslan bəy təhqir və təhdidin bu qədərinə dayana bilmədi. A.Şaiq.
…Mürtəcelər fitnəkarlıq və təhdidə əl atırdılar. M.İbrahimov.

□ Təhdid etmək – hədələmək, hədə-qorxu gəlmək, qorxutmaq.
[Sara Bəhrama:] Hərgah səni bu evdən qovmaqla təhdid edərlərsə, eybi yoxdur. C.Cabbarlı.
Qətibə Toğrulun danışdıqlarına çox böyük əhəmiyyət verdi, çünki bu sözlərlə Toğrulun onu təhdid etdiyini anlayırdı. M.S.Ordubadi.

Синонимы

  • TƏHDİD təhdid bax 1. hədə; 2. qorxu

Этимология

  • TƏHDİD Ərəbcədir, hədə sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏHARƏT
TƏHDİDEDİCİ
OBASTAN VİKİ
Biz kimik? Amerikanın milli kimliyinə təhdidlər
Biz kimik? Amerikanın milli kimliyinə təhdidlər (ing. Who Are We? The Challenges to America's National Identity) — politoloq və tarixçi Samuel Hantinqton (1927-2008) tərəfindən yazılmış traktat. Kitab Amerikan kimliyinin mahiyyətini və gələcəkdə qarşılaşacağı problemləri aşkar etməyə çalışır. == Amerikalı kimliyinin təsviri == Amerikalı kimliyini izah edərkən Hantinqton ilk növbədə "mühacir millət" anlayışının yanlış olduğunu bildirərək buna etiraz edir. O, kitabında yazır ki, britaniyalı sakinlər mühacirlərdən fərqli olaraq, Şimali Amerikaya, mövcud cəmiyyətdən başqa birisinə köçmək üçün deyil, məhz yeni cəmiyyət yaratmaq məqsədilə gəldiklərinə görə Amerikanın qurucuları mühacirlər deyil, məskunlaşan (ing. settlers) şəxslərdir. Bu şəxslər tərəfindən artıq yaradılmış olan orijinal Britaniya koloniyalarında mövcud mədəniyyətə sonralar qoşulan şəxslər isə əsl mühacirlərdir. Bir çox insanlar Amerika kimliyinin özəyi kimi "Amerikan İnancı"na (ing.

Значение слова в других словарях