Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paroza evkalipti
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Uğruca (Duzluca)
Uğruca — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı 1928-ci il qeydlərində Oğruca kimi qeyd olunur.
Roza
Roza — ad. Roza Zərgərli — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı. Roza Cəlilova — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007). Roza Tağıyeva — Azərbaycan televiziya diktoru, Azərbaycan Respublikasının xalq artisti (1991). Roza Camali — şair, tərcüməçi və dramaturq. Roza Şanina — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi. Roza Eynula — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Roza Papova — Bolqar teatr aktrisası, rejissor və teatr xadimi. Roza Eyvazova — Azərbaycan filoloq alimi, filologiya elmləri doktoru, professor. Roza Otunbayeva — Roza Baqlanova — Roza Talxiqova — Çeçenistan şairəsi Roza Camanova — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959).
Monte-Roza
Monte-Roza (it. massiccio del Monte Rosa, alm. Monte Rosa-Massiv‎, fr. massif du Mont Rose) — Pennin Alp dağlarında, İtaliya və İsveçrə sərhədində dağ massivi. Qranit və qneyslərdən təşkil olunmuşdur. Maksimum hündürlüyü 4634 metrdir (Düfur dağı; hündürlüyünə görə Alp dağlarının ikinci zirvəsi). Buzlaqlar (ən böyüyü Qorner; uzunluğu təqribən 14 kilometrdir), alp və subalp çəmənlik və kolluqları, iynəyarpaqlı meşələr var. Video and photos of a climb up to Capanna Margherita Gressoney Monterosa - www.gressoneyonline.it Rifugi Monterosa - Mountain Huts on Monte Rosa Tour Monte Rosa - Matterhorn Photos of Monte Rosa, Italian side Monte Rosa, some Photos, incl.
Roza Arazova
Roza Baqlanova
Roza Tajibay qızı Baqlanova (qaz. Роза Тәжібайқызы Бағланова; 1 yanvar 1922, Kazalinsk, Qırğızıstan MSSR – 8 fevral 2011, Almatı) — Sovet, Qazaxıstan operası və pop müğənnisi (soprano). SSRİ xalq artisti olub (1967). Qazaxıstan Xalq Qəhrəmanı ordeni ilə təltif olunub. 1 yanvar 1922-ci ildə Kazalinskdə (indi - Qazaxıstanın Qızılorda vilayəti) anadan olub. Kiçik juzun Jıtırı qəbiləsinin jaqalbəyli soyundandır. Məktəbi bitirdikdən sonra Roza Baqlanova 1939-1941-ci illərdə Qızılorda Pedaqoji Unioversitetində təhsil alır. Atasının ölümündən sonra, ailənin dolanışığı üçün, Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutuna daxil olur, çünki orada bir yataqxanada mənzil, pulsuz yemək verirdilər və toxucu olaraq əlavə pul qazanmaq mümkün mümkün idi. Daşkənddə onun oxuması təsadüfən Daşkənd Opera Evinin solisti və eyni zamanda Filarmoniya Cəmiyyətinin direktoru Muhitdin Qara-Yaqubov tərəfindən eşidilir. Roza Baqlanova 1941-ci ildən Səmərqənddə, Özbəkistan SSR Dövlət Qadın Mahnı və Rəqs Ansamblında, Özbəkistan Filarmoniyasında işləyir.
Roza Camali
Roza Camali (fars. رزا جمالی‎‎) - Əslən İran azərbaycanlılarından olan şair, tərcüməçi və dramaturq. Roza Camali 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Roza Camali Tehran İncəsənət Universitetində dramaturgiya üzrə təhsil almışdır. Onun ilk şerlər külliyatı "Bu ölmüş oğlan alma deyil, o ya xiyar, ya da armuddur" adlanır. Bu əsər 1997-ci ildə İran poeziyasında yeni bir üslubun əsasını qoyan əsər kimi çap edilmişdir. Bu əsər İran poeziyasında yeni yaradıcı imkanlar yaratmışdır. Həmin ildə onun ikinci şerlər kitabı nəşr edilmişdir. "Üz düzəltmək" adlanan bu şerlər kitabı tənqidçilər tərəfindən müsbət rəy almışdır. Onun üçüncü şerlər kitabı "Cinayət hekayəsi üçün kofe düzəltmək" adlanır.
Roza Camanova
Roza Ümbetqızı Camanova (16 aprel 1928, Aqtöbe, Qazaxıstan MSSR – 27 dekabr 2013, Almatı) — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959). Roza Camanova 1928-ci ildə Aqtöbe şəhərində anadan olub. 1954-cü ildə Almatı konservatoriyasını bitirmişdir. 1953-cü ildən Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1962–1980-cı illərdə Qazaxıstan Teatr Cəmiyyətinin sədri, 1968-ci ildə isə Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti olmuşdur. 1977-ci ildən Qazaxıstan Milli Konservatoriyasında dərs demişdir. Roza Camanova 27 dekabr 2013-cü ildə Almatıda vəfat etmişdir. Sara – "Birjan və Sara", M.Tölebayev Nazıqum – "Nazıqum", K.Kojamiyarov Tatyana – "Yevgeni Onegin", Pyotr Çaykovski Çio-Çio san – "Çio Çio san", J.Puççini Marqarita – "Faust", Ş.Quno Aysulu – "Aysulu", S.Məhəmmədcanov Ajar – "Abay", Ə. Jubanov və L.Həmidi Qazaxıstan SSR Əməkdar artisti (1957) SSRİ xalq artisti (1959) "Qırmızı əmək bayrağı" ordeni (1971) Qazaxıstan SSR Dövlət mükafatı (1972) "Xalqlar Dostluğu" ordeni (1978) "Lenin" ordeni (1986) Əri – Baxıtbəy Koşmuhambetov — təqaüdçü, Qazaxıstan SSR Əməkdar artisti (1957) 2005 – CD "Qazaxıstan incəsənətinin dahi vokal ustası" Azərbaycan Milli Ensiklopediyası. 5-ci cild. Bakı 2014.
Roza Cəfərxanova
Roza Heydər qızı Cəfərxanova (23 fevral 1927, Ordubad, Naxçıvan MSSR – 18 may 2010, Naxçıvan) — Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta məktəbi bitirdikdən sonra o vaxt Ordubadda yenicə açılmış Dövlət Dram Teatrına (1949-cu ilin əvvəllərində bağlanıb) aktrisa götürülüb. Bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Asya), "O olmasın, bu olsun" (Gülnaz), "Ər və arvad" (Minnət xanım) operettalarında, Səməd Vurğunun "Vaqif" (Gülnar), Abdulla Şaiqin "Vətən" (Gözəl), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Qəmər) dramlarının tamaşalarında oynayıb. 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyib. 15 noyabr 1984-cü ildə Azərbaycan SSR əməkdar artisti və 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 2002-ci ildə isə Prezident təqaüdçüsü olub. Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb.
Roza Cəlilova
Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007). Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olmuşdur. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib. Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlamışdır. Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur.
Roza Eldarova
Roza Əbdülbəşirovna Eldarova (rus. Роза Абдулбасировна Эльдарова; 21 dekabr 1923, Buynaksk rayonu, Dağıstan MSSR – 4 iyul 2021, Mahaçqala) — qumuq əsilli sovet və rus jurnalisti, yazıçısı və siyasətçisi. Roza Eldarova 1923-cü ilin 21 dekabrında Dağıstanda anadan olmuşdur. Roza Eldarova Dağıstanda rəsmi yüksək vəzifədə çalışan ilk qadındır. O, 1962-ci ilin martında Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin Prezidiumunun katibi seçilmişdir. Bununla eyni zamanda, o, DMSSR-nın deputatı kimi RSFSR-in Ali Sovetinə də üzv seçildi. O, 1962-ci ilin aprel ayında RSFSR-in Ali Sovetinin Prezidiumunun üzvü seçildi. Eldarova 1989-cu ildə aktiv siyasətdən ayrılsa da, yazıçı fəaliyətini davam etdirmişdir. O, 2008-ci ildə xatirələrini nəşr etdirmişdir. "Dağlar ölkəsinin qadınları" (1960) "Dağların ev sahibəsi" (1961).
Roza Eynula
Roza Kamal qızı Eynula və ya Eynullayeva (doğ. 10 sentyabr 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Qadınlar arasında FİDE ustası. Roza Eynula 10 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 14 yaşlı qızlar arasında Azərbaycan çempionudur. 1998-2000-ci illər aralığında qızlardan ibarət Azərbaycan yığmasının üzvü olub. Sonralar ABŞ-yə köçüb və bu ölkəni təmsil etməyə başlayıb. 16 yaşında olarkən 21 yaşlı qızlar arasında ABŞ çempionu olub. Hazırda Cənubi Koreyada yaşayır və bu ölkəni təmsil edir. 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Cənubi Koreya yığmasının heyətində ikinci lövhədə çıxış edib.
Roza Eyvazova
Roza Hüseyn qızı Eyvazova (16 aprel 1937, Bakı – 15 fevral 2020, Bakı) — Azərbaycan filoloq alimi, filologiya elmləri doktoru, professor. Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakıda "Burevestnik" idman mərkəzində gimnastika ilə məşğul olan Roza Hüseynova (Eyvazova) 10 yaşında olarkən 1947-ci ildə Moskvada keçirilən Ümumittifaq Spartakiadasının fəal iştirakçısı olmuşdur. 1954-cü ildə Bakı şəhəri Səbail rayonundakı 7 №-li məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1959-cu ildə oranı Azərbaycan dili və İran filologiyası ixtisası üzrə bitirmişdir. 1966-cı ilə qədər Bakının 1 №-li internat məktəbində fars dili fənnini tədris etmişdir. 1967-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1996-cı ildən filologiya elmləri doktorudur. 1998-ci ildən 2014-cü ilə qədər həmin institutda Dil əlaqələri şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hazırda Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisidir. R.H. Eyvazova «Dəricə-azərbaycanca lüğət», «Varlıq» dərgisində dilçilik məsələləri», «Azərbaycan və fars dillərində ismin kateqoriyaları», «Mənbələr əsasında qədim şərq dillərinin öyrənilməsi», «Azərbaycan dili İrandakı türk etnoslarının dili kontekstində», «Azərbaycan və fars dillərində felin quruluşca və mənaca növlərinin müqayisəli tədqiqi» və s.
Roza Lüksemburq
Roza Lüksemburq (alm. Rosa Luxemburg‎; 5 mart 1871[…], Zamosç[d], Zamostye qəzası[d], Lyublin quberniyası[d], Polşa çarlığı, Rusiya imperiyası – 15 yanvar 1919[…], Berlin[…]) — XX əsrin əvvəllərində Almaniyada yəhudi əsilli inqilabçı qadın. Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri. Silahdaşları arasında "Sosialist Bacı" kimi tanıdan Roza Lüksemburq 1870 və ya 1871-ci ildə Rusiyanın işğalı altında olan Polşanın Zamovça şəhərində yəhudi ailəsində anadan olmuşdu. O, tacirlik edən atası Eliaszın beşinci övladı idi. 1873-cü ildə Lüksemburqlar ailəsi Varşavaya köçdü. Beş yaşında ikən ayaqları tutuldu və 1 il yataqda qaldı. Amma yataqda ikən oxumağı və yazmağı öyrənmişdi. Lakin keçirdiyi xəstəliyinin izi ayaqlarında qalmışdı və o, yeriyəndə axsayırdı. 13 yaşında ikən Varşavada qız məktəbinə daxil oldu.
Roza Otunbayeva
Roza İsaq qızı Otunbayeva (qırğ. Роза Исак кызы Отунбаева; 23 avqust 1950, Bişkek) — Qırğızıstan Respublikasında baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan sonra yaradılan müvəqqəti hökumətin rəhbəri idi. Qırğızıstan Respublikasının 3-cü Prezidenti (03 iyul 2010 – 01 dekabr 2011) idi. Roza Otunbayeva 1950-ci ildə Qırğızıstan Respublikasında anadan olub. 1972-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri namizədidir. Qırğızıstan Dövlət Universitetinin (indiki Qırğız Milli Universiteti) kafedra müdiri olub. 1981-ci ildə partiya işinə keçib. Frunze (indiki Bişkek) Şəhər Partiya Komitəsinin ikinci katibi işləyib. 1986–1989-cu illərdə Qırğızıstan Respublikasının Nazirlər Soveti Sədrinin Müavini, Qırğızıstan Respublikasının Xarici İşlər Naziri postunu tutub.
Roza Papova
Roza Papova (bolq. Руска Михайлова Мануилова 1879, Sofiya, Bolqarıstan knyazlığı – 11 aprel 1949) — Bolqar teatr aktrisası, rejissor və teatr xadimi. 1879-cu ildə Sofiyada anadan olub. 15 yaşında gələcək əri ilə görüşür və 16 yaşında onlar gizli şəkildə evlənirlər. Orta məktəbdə Roza "Zora" mobil teatr truppasına daxil olur. Teatr sənətini aktyor və rejissor Konstantin Sapunovdan öyrənir. 1897-ci ildə Veliko Tırnovo şəhərində "Səmimi dostluq" pyesində Sofiya rolu ilə səhnəyə çıxır. Daha sonra ərinin rəhbərlik etdiyi teatr truppası ilə səyahət edir. 1900-cü ildən 1902-ci ilə qədər "Gözyaşları və Gülüş" truppasında, həmçinin M. Stojkoviçin xorvat teatr truppası tərkibində çıxış etmişdir. 1900-cü ildən Vratsadan olan bir fanat, 25 yaşlı müəllim və şair Todor Boqdanov tərəfindən gizli bir şəkildə təqib edilmişdir.
Roza Parks
Roza Luiza Parks (ing. Rosa Louise Parks, doğum soyadı Makkoli, ing. McCauley; 4 fevral 1913[…], Taskiqi[d], Alabama – 24 oktyabr 2005[…], Detroyt, Miçiqan) — amerikalı ictimai xadim, siyasi aktivist və qaradərililərin hüquqları uğrunda hərəkatın banilərindən biri. Rosa Parks ABŞ-nin Alabama əyalətində anadan olub. 1943-cü ildə Amerika Vətəndaş Haqları hərəkatına qatıldı. 1955-ci ildə Alabama əyalətində, qaradərililərə qarşı tətbiq edilən ayrıseçkiliyə qarşı durmuş və sonradan hərəkatın başlanğıcına səbəb olmuş hərəkətlərə bais olmuşdu. O illərdə, ABŞ-nin cənub əyalətlərində qaradərililər və ağdərililər ayrı-ayrı qapılardan avtobuslara minir və onlar üçün ayrılmış müxtəlif yerlərdə otururdular. Rosa Parks bir gün Montgomerydə avtobusa mindi. O avtobusda olan bir ağ, ağlar üçün ayrılmış yerdə bir yer tapa bilmədikdə, qaradərililər üçün ayrılmış hissədə oturan Rosa Parksdan yerindən qalxıb ona yer verməsini istədi. Sürücü də ona qalxması üçün xəbərdarlıq etdi, amma Parks qalxmadı.
Roza Salazar
Roza Salazar (ing. Rosa Salazar, 16 iyul 1985[…], Vaşinqton) — amerikalı aktrisa.
Roza Talxiqova
Roza Şəhidovna Talxiqova (3 iyul 1965, Qroznı — Çeçenistan şairəsi, Rusiya Jurnalistlər İttifaqının (2003), Çeçenistan Yazıçılar İttifaqının (1996) və Rusiya Yazıçılar İttifaqının (2002) üzvü. Roza Talxiqova Qroznıda anadan olub və boya başa çatıb. İlk şeirini 10 yaşında yazıb. Səid Çaxkiyevin rəhbərliyi altında gənc "Prometey İskrası" ədəbi yaradıcılıq dərnəyinə qatılmağa başlayanda yaradıcılığa başlamışdır. Ardıcıl mükafatlar qazandığı respublika ədəbi yarışmalarında iştirak etmişdir. 1983-cü ildə Çeçen ədəbiyyatının banisi Səid Baduyevə həsr olunmuş müsabiqəsində ikinci yeri tutub. Şeirləri müntəzəm olaraq yerli qəzet və jurnallarda dərc olunurdu. Tez-tez radio və televiziyaya dəvət alırdı. 1982-ci ildə şeirləri "Komsomol nəsli" respublika qəzetində dərc olunur. Talxiqovanın "Səhərin əks-sədası" (1982), "Köklərə yüksəlmə" (1985) şeir kitabları dərc edilmişdir.
Roza Tağıyeva
Roza Murtuza qızı Tağıyeva — Azərbaycan televiziya diktoru, Azərbaycan Respublikasının xalq artisti (1991). Roza Murtuza qızı Tağıyeva 1942-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Atası Tağıyev Murtuza Allahverdi oğlu əslən Ağcabədinin Mehrablı kəndindəndir. Prokurorluq orqanlarında çalışdığından həmin illərdə Ağcabədidə, sonra isə Tərtər rayon Prokurorluğunda müstəntiq işləmişdir. Roza Tağıyeva 1949-cu ildə Tərtər rayonunda orta məktəbin birinci sinfinə getmiş, orta təhsilini 1959-cu ildə tamamlamışdır. Elə həmin il Azərbaycan Dövlət Xarici Dillər Universitetinin (keçmiş Azərbaycan Dillər İnstitutunun) Rus dili fakültəsinə daxil olmuşdur. Ancaq orta məktəb illərindən həmişə tədbirlərdə bədii qiraətlə çıxış etməsi, natiqlik qabiiliyyəti gənc Rozanın həyat fəaliyyətini başqa səmtə yönəldir. 1962-ci ildə Azərbaycan Dövlət Teleradio Şirkəti tərəfindən keçiirilən diktor müsabiqəsində Roza Tağıyeva uğur qazanır. Ona görə də üçüncü kursdan diktor kimi Dövlət Televiziya və Radio Komitəsində işə qəbul olunur. Həmin vaxtdan bu vaxta kimi Roza Tağıyeva yenə də Azərbaycan Dövlət Teleradio Şirkəti ilə əməkdaşlıq edir.
Roza Zərgərli
Roza Zərgərli (27 mart 1979, RSFSR) — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı. Roza Zərgər qızı Allahverdiyeva 1979-cu ildə Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində anadan olmuşdur. Orta ixtisas musiqi məktəbində və Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsilini uğurla başa çatdırandan sonra, 2001-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu ixtisasında təhsil alıb, 2015-ci ildə isə magistr səviyyəsinin “Rejissor sənətinin tarixi və nəzəriyyəsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildən indiyə qədər 20 il ərzində Roza Zərgər qızı Allahverdiyeva öz ixtisası üzrə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib (2014-2015), “İki yetimin taleyi”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” “Aydın”, “Solğun çiçəklər”, “Haray”, “Ölülər” və s. kimi tamaşaların baş quruluşçu rejissoru olmuşdur, həmin tamaşaların bir çoxunda aktrisa kimi müxtəlif obrazlarda çıxış etmişdir. Bununla yanaşı, gözəl səsə, ifaçılıq məharətinə malik olduğundan o, estrada müğənnisi kimi fəaliyyət göstərmiş, bir çox beynəlxalq musiqi festivallarında münsif kimi Azərbaycanı təmsil etmiş, bu günə qədər Azərbaycandan namizədliyi irəli sürülən iştirakçılarının bir qismi laureat olmuşdur. (“Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya”, özü isə “Sarı Arka” jaz festivalının laureatı olub). Roza Zərgər qızı Allahverdiyeva rejissor kimi yaradıcılığını daima təkmilləşdirərək bir sıra sənədli filmlərə quruluş vermişdir. 2002-ci ildə çəkdiyi “Qarabağnamə” filmi YUNESKO-nun dəstəyi ilə Fransada keçirilən festivalda I yerə layiq görülmüşdür. 2005-ci ildə o, “Zülmətlər övladı”, “Talelər”, “Leyli və Məcnun”, “Atəş”, “İstanbul qızı”, “Eşqimin köləsi” və s.
Roza İbadova
Roza İbadova (Roza İbadova Kocamaz; 14 may 1990, Bakı) — Azərbaycanlı teatr və kino aktrisa. İbadova Roza 1990-cı il mayın 14-ü Bakıda anadan olub. 2008-ci ilə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetininin musiqili komediya aktyoru fakültəsinə daxil olub. İlk sənət müəllimi Faiq Zöhrabov, daha sonra isə Telman Əliyev olub. 2010-cu ildə rejissor Cənnət Səlimovanın dəvəti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına gəlir. İlk rolu Vaqif Əsədovun quruluşunda olan Çarlz Dikkensin "Oliver Tvistin macəraları" tamaşasında Oliver rolu olub və daha sonra bir çox tamaşalarda rol ifa edib. R. İbadova Space tv-də yayımlanan "Mən böyümüşəm" uşaq verlişin aparıcı və İctimai TV-də "Hoqqabaz" uşaq verlişinin aparıcısı olub. Roza İbadova çalışdığı illər ərzində Qarabağla bağlı bir çox dövlət tədbirlərində səhnəciklərdə iştirak edib. Bir neçə film və serialda rol alıb. Hal-hazırda Türkiyənin İzmir şəhərində yaşayır.
Roza Şanina
Roza Şanina (rus. Роза Егоровна Шанина; 3 aprel 1924 – 28 yanvar 1945) — İkinci dünya müharibəsi dövründə 3-cü Belorusiya Cəbhəsinin qadın snayperlərdən ibarət ayrıca taqımının snayperi, "Şöhrət" ordeni laureatı, bu mükafatı alan ilk qadın snayperlərdən biri. 59 düşmən əsgər və zabitinin öldürüldüyü təsdiqlənib. Roza Şanina 3 aprel 1924-cü ildə Voloqda quberniyasının Velski rayonunun Edma kəndində çoxuşaqlı ailədə anadan olub.
Roza Əsgərova
Roza Qasım qızı Əsgərova (15 avqust 1929, Qahab, Naxçıvan MSSR – 2009, Bakı) — Botanik, biologiya elmləri doktoru Əsgərova Roza Qasım qızı 15 avqust 1929-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olub. 21 fevral 2009-cu ildə Bakı şəhərində vəfat edib. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Roza Əsgərova əsasən toxumlu bitkilərin təsnifatı üzrə ixtisaslaşmışdır. 1949-cu ildə Azərbaycan SSR EA-nın Botanika İnstitunda elmi katib, 1956-cı ildən elmi işçi işləmişdir. İnstitutda ali bitkilərin sistematikası şöbəsinin müdiri olub. 1979-cu ildə biologiya elmlər doktoru olub. Tədqiqatları ilk dəfə palinologiya üzrə respublikada müasir bitkilərin tozcuqlarının morfologiyasına (palinomorfologiya) və onun sistematikada tətbiqinə (palinosistematika), kasnıkimilər yarımfəsiləsinin palinologiyasının öyrənilməsinə həsr edilmişdir. Kadrların hazırlanmasında xidməti var. Bir monoqrafiyanın müəllifi, 80-ə qədər elmi məqalənin müəllifidir.
Roza Domascyna
Roza Domascyna (y.sorb Róža Domašcyna) — sorb və alman dillərində yazan şair, dramaturq, redaktor və tərcüməçidir. Almaniyanın PEN Mərkəzinin və Sakson İncəsənət Akademiyasının üzvüdür. 11 avqust 1951-ci ildə Sernyany sorb kəndində anadan olmuşdur. 1968-1972-ci illər arasında uşaq və gənclər üçün Sorbian "Płomjo" jurnalının və gündəlik "Nowa doba" qəzetinin redaksiya heyətində çalışmışdır. 1970-ci ildən o, şeirlərini Sorbiya mətbuatında dərc etdirir. 1979-cu ildən dağ-mədən mühəndisliyinin iqtisadiyyatını öyrənmiş və 1984-cü ilə qədər Saksen əyalətində yerləşən Knappenrode şəhərində makinaçı və materiallar üzrə iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Leypsiq şəhəri "Yohannes R. Beher" Ədəbiyyat İnstitutunda təhsil almışdır. 1990-cı ildən müstəqil yazıçıdır. Şeirləri bir neçə slavyan və Qərbi Avropa dillərinə tərcümə edilmişdir. Mətnlərində o, sorb ilə alman dili arasındakı əlaqələri qeyd edir.