tək-vahid

tək-vahid
tək-tük
tək-yalnız 2021
OBASTAN VİKİ
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Evdə tək
Evdə tək (ing. Home Alone) — 1990-cı ildə çəkilmiş ABŞ istehsalı Milad filmi. Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peski, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir. Filmdə hadisələr ailəsi tərəfindən unudulub tək qalan və evini Harri və Marv (Peşi və Ştern) adlı 2 soyğunçudan müdafiə etməli olan 8 yaşlı Kevinin (Kalkin) ətrafında cərəyan edir. Film 1990-cı ilin fevral-may aylarında İllinoys ştatının müxtəlif yerlərində çəkilmişdir. İlk öncə filmi Warner Bros. şirkəti istehsal etməli olsa da, prodüser Hyuz şirkət tərəfindən ayrılan 10 milyon dollarlıq limiti keçdiyinə görə filmin istehsalını 20th Century Fox həyata keçirir. Film 10 noyabr 1990-cı ildə Çikaqoda, 16 noyabr 1990-cı ildə isə bütün ABŞ ərazisində nümayişə çıxmışdır. 476.7 milyon ümumi gəlir ilə film 2011-ci ilədək Dünyasa ən çox gəlir gətirən komediya filmi statusunu daşımışdır. Bundan əlavə müxtəlif nominasiyalarda 2 Qızıl Qlobus və 2 Oskar mükafatı əldə edən film daha sonra Evdə tək 2: Nyu-York sərgüzəştləri filmi ilə davam edən uzunmüddətli və uğurlu franşizanın əsasını qoymuşdur.
Tək (film)
Tək (The One) – 2001-ci ildə istehsal edilən baş rolda Cet Li və Karla Qucinoun oynadığı döyüş filmi.Filmin rejisoru və ssenaristləri Ceyms Vong və Glen Morqandır. Film kassalarda 72 milyon dollara qədər gəlir gətirmişdir. Linin ilk dəfə bu film də Ceyson Stethemlə birlikdə rol almışdır və daha sonra 2007-ci il də çəkilmiş Müharibə filmində birlikdə rol aldılar. Qautanın tunelləri adı verilən bir texnologiya sayəsində insanlar paralel kainatlar gedə bilərlər. Günahları böyük olan məhbusları başqa kainata aparan MVA, yəni, Multi-Verse Authorities adlı yerdə polislər bir kainatdan digərinə gedə bilir və onlar kainatlarda həbsxanalar yaradır, ora məhbusları aparırlar. Yu Lav(Cet Li) adlı qatil ardıcıl qətillər törətməyə başlayır. Onun məqsədi digər Yu Lav adlı insanları öldürmək və dünyada yeganə Yu Lav adında insan olaraq qeyri adi bir gücə sahib olmaqdır. Güclü döyüşcü olduğundan polislər onu çətinliklə tutmuşdular. Artıq yeganə Yu Lav o idi. Onun məhkəməsinin olduğu vaxt bir qadın bomba partladır və bu vaxt Yu qaçır.
Tək dəqiqlikli
Tək dəqiqliklikli(single-precision,с одинарной точностью,tek duyarlıklı)-sürüşkən nöqtəli ədədin, adətən, proqramlaşdırma dili tərəfindən təklif olunan iki, yaxud daha çox variant içərisində ən kiçik dəqiqliyi olan tipi. Həqiqi dəqiqlik proqramlaşdırma dilindən və həmin dilin kompilyatorundan asılı olaraq dəyişir və sürüşkən nöqtəli ədədlərin emal olunub-olunmamasından asılı olur. Tək dəqiqlik FORTRAN dilində REAL kimi, C, C++, C#, Java və Haskell dillərində float kimi, Delphi (Pascal), Visual Basic, və MATLAB dillərində single kimi tanınır. Ancaq Python, Ruby, PHP və OCaml dillərində float, Octave dilinin 3.2-dən aşağı versiyalarında isə single ikiqat dəqiqlikli ədədləri göstərir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 781 s.
Tək ipəksarıyan
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.
Tək oyunçulu
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur. Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir.
Tək vena
Tək vena (lat. v. azygos) — onurğanın döş hissəsinin sağ tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Bu vena onurğanın sağ tərəfilə döş fəqərələrinin ön-bayır səthilə qida borusunun arxası ilə yuxarıya doğru gedərək bördüncü və beşinci döş fəqərəsinin bərabərliyində bir az sağa və önə doğru qayıdır və saş bronxu arxadan dolanaraq ürək kisəsinin xaricində yuxarı boş venaya açılır. Döş qəfəsi boşluğunda döş aortası ilə ümumi limfa axacağından saş tərəfdə yerləşir və qabırğa plevrası ilə örtülü olur. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Tək ədəd
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Tək ədədlər
Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər. Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir.
Şəbəkədə tək
Şəbəkədə Tək (pol. «S@motność w Sieci») — məşhur polyak yazıçısı Yanuş Leon Vişnevskinin 2001-ci ildə nəşr edilmiş ilk romanıdır. Roman adsız və "@" işarəsi ilə qeyd edilmiş on fəsil və epiloqdan ibarətdir. Romanda hadisələr XX əsrin 90-cı illərinin ortalarında baş verir. Romanın əsas qəhrəmanları qlobal internet şəbəkəsi, elektron poçt və ICQ vasitəsiylə tanış olurlar. Onlar söhbət edirlər, bir-birinə vurulurlar və narahatlıq yaşayırlar. Müəllif həm də onların hər ikisinin "şəbəkədən kənar" həyatını dost, ailə, iş, musiqi zövqlərini təsvir edir. Uzun müddət davam edən virtual münasibətdən sonra qəhrəmanlar Parisdə görüşürlər, bu görüşdən sonra isə onların münasibətlərində və hər birinin həyatında mühüm rol oynayan sınaqlar başlayır. Romanın əsas hissəsi qəhrəmanların internetdə yazışmalarından ibarətdir. Müəllif yalnız əsas qəhrəmanlardan birinə — oğlana Yakub adını vermişdir.
Vədat Tək
Mehmed Vədat Tək (türk. Vedat Tek; 1873[…], Konstantinopol – 1942[…], İstanbul) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Memar Kəmaləddin bəylə Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri. O, Türkiyənin ilk rəsmi ali təhsilli türk memarı kimi tanınır. Ankarada Sirkəci Böyük Poçt binasından ikinci Türkiyə Böyük Millət Məclisi binası və Ankara sarayına qədər; Osmanlı imperiyasının son dövrü və Cümhuriyyətin ilk illərinə aid Kastamonu Hökumət Evindən Heydərpaşa Bərə Limanına qədər bir çox əhəmiyyətli tikililərin müəllifidir. Sanay-i Nəfisə Məktəbinin ilk türk müəllimlərindən biri olub. O, şair və bəstəkar Leyla Saz xanımın oğlu, keçmiş nazir İsmayıl Haqqı Ararın əmisidir. Vədat Tək “Sırrı Paşazadə Mehmed Vədat” adı ilə 1873-cü ildə İstanbulda dünyaya gəlib. Anası şair və bəstəkar Leyla Saz xanım, atası Trabzon, Diyarbəkir, Adana və Bağdad valisi olmuş məşhur vəzir Kritli Sırrı Paşadır. Qardaşı Yusif Razi (Bel) Parisdə inşaat mühəndisliyi təhsili almış və İstanbul şəhəri, “Poçt və Teleqraf naziri” və “İctimai İşlər naziri” vəzifələrində çalışmışdır. Bacısı Nəzihə (Bələr) pianist, bəstəkar, üçüncü qardaşı isə elektrik mühəndisi idi.
Tək Üzük
Tək Üzük, həmçinin Hakim Üzük və ya İsildurun Zəhəri — Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının hadisələrin mərkəzində olan obyekt. Tək Üzük ilk dəfə 1937-ci ildə nəşr olunan "Hobbit"də xatırlanır. Hekayədə Tək Üzük sahibinə görünməzliyi təmin edən sehrli üzük kimi təsvir edilir. 1954–1955-ci illərdə nəşr olunan "Üzüklərin hökmdarı" seriyasında Tək Üzüyün səlahiyyətlərinin, sahibinə görünməzlik verməkdən daha böyük xüsusiyyətlərə malik daha qaranlıq bir obyekt olduğu ortaya çıxır. Tək Üzük Qaranlıq hğkmdar Sauron tərəfindən Orta Dünyanı ələ keçirmək planının bir hissəsi olaraq yaradılmışdır. "Üzüklərin hökmdarı" Sauronun bu məqsədə çatmasının qarşısını almaq üçün Üzüyü məhv etmək missiyası ilə uzun bir səyahətdən bəhs edir.
Abdurrahman Vahid
Əbdürrəhman Vahid (ing. Abdurrahman Wahid; 7 sentyabr 1940 – 30 dekabr 2009[…], Dr. Cipto Mangunkusumo Milli Ümumi Xəstəxanası[d]) — İndoneziyanın 4-cü prezidenti.
Vahid (ad)
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vahid Abbasov
Vahid Alıyev
Vahid Aslan
Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu; 29 sentyabr 1972, Parakənd, Gədəbəy rayonu) — Azərbaycan jurnalisti, yazıçı, riyaziyyat və informatika müəllimi Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Aslan 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Ailəlidir. İki qızı, bir oğlu var. 1979–1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb. 1989–1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb. 1994–1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995–1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib. Fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993–1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
Vahid Axundov
Vahid Axundov (azərb. Axundov Vahid Cümşüd oğlu‎; 9 fevral 1942, Bakı) — Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri. Vahid Axundov 9 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini mühəndis-iqtisadçı olaraq bitirib. Vahid Axundov 1970-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1987-ci ildə professor elmi rütbəsini almışdır. O, 150 elmi əsərin müəllifidir. Vahid Axundov 1959–1960-cı illərdə Bakı Dəri Qalantereya fabrikində çilingər, 1964-cü ildə isə Avtomobil Ehtiyatları Zavodunda mühasib vəzifəsində çalışmışdır. 1965–1966-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, baş iqtisadçı olaraq işləmişdir. Vahid Axundov 1970–1987-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor vəzifəsini icra etmişdir. 1987–1991-ci illərdə Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Elmi işlər üzrə prorektor, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri, 1991–1993-cü illərdə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirinin baş iqtisadi müşaviri, 1993–2005-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır.
Əl-Vahid
Əl-Vahid (ər. الواحد) — Allahın adlarından biri. Həqiqətən, sizin Allahınız birdir! Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir. "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır). Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu.
Əlağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943). Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?] Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.
Əliağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943). Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?] Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.
Vahid Rəhbani
Vahid Rəhbani (fars. وحید رهبانی‎; 18 aprel 1979, Tehran) — iranlı aktyor, rejissor, dramaturq və tərcüməçidir. O, daha çox Gando (2019–2021) serialında oynadığı Məhəmməd rolu ilə tanınır . O, Məqsəd (2021) və My Name Is Love (2023) filmlərində göstərirdiyi performansa görə iki dəfə Kristal Simurq mükafatını qazanıb.
Vahid Kayrıcı
Vahid Kayrıcı (1956, Çorum ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21 və 28-ci çağırışlarının deputatı. Vahid Kayrıcı 1956-cı ildə Çorum ilinin Sungurlu ilçəsində anadan olub. AİTİA Maliyyə Elmləri və Mühasibatlıq Liseyindən məzun olub. Yol, Su və Enerji Baş İdarəsində işçi olaraq çalışıb. Daha sonra özəl bizneslə məşğul olub. 90-cı illərdən MHP üzvüvür. 1999 və 2023-cü illərdə MHP namizədi olaraq Çorum ilindən Türkiyə Böyük Millət Məclisinin 21 və 28-ci çağırışlarının deputatı seçilib. Evli və 3 uşaq atasıdır.
Əbdürrəhman Vahid
Əbdürrəhman Vahid (ing. Abdurrahman Wahid; 7 sentyabr 1940 – 30 dekabr 2009[…], Dr. Cipto Mangunkusumo Milli Ümumi Xəstəxanası[d]) — İndoneziyanın 4-cü prezidenti.
Vahid Qasımzadə