təkyönlü
təkzibedilməz
OBASTAN VİKİ
Erməni soyqırımının təkzibi
Erməni soyqırımının təkzibi (erm. Հայոց ցեղասպանության ժխտում) — Birinci Dünya müharibəsi dövründə, Osmanlı hökuməti tərəfindən həyata keçirilmiş erməni soyqırımının inkarı. Türkiyə eyni dövrdə assuriyalılara və yunanlara qarşı törədilmiş soyqırımlarıda inkar edir. Denializmin bir forması kimi, Holokostun inkarı və Nankinq qırğınının təkzibi kimi oxşar tənəzzülçü tarixi revizyonizmlərlə müqayisə edilə bilər. Erməni soyqırımı yekdilliklə həm tarixçilər, həm də soyqırım alimləri tərəfindən tarixi həqiqət olaraq qəbul edilir. Eyni zamanda erməniləri sistematik olaraq aradan qaldırmaq üçün hazırlanan planın şəffaflığını və uğurunu təsvir etmək üçün Rafael Lemkin soyqırım sözünü icad etmişdir Bu həmçinin ilk müasir soyqırım olaraqda qəbul edilir. Erməni soyqırımının inkar edilməsi Fransada, İsveçrədə, Yunanıstanda, Kiprdə və Slovakiyada rəsmi olaraq qadağan edilmişdir. Hal-hazırda Türkiyə və Azərbaycan hökuməti erməni soyqırımını inkar edir, Pakistan isə Ermənistanı ölkə kimi tanımır. Bir çox başqa ölkə, mübahisəli olaraq ABŞ, Türkiyə ilə münasibətləri pozmamaq üçün rəsmi olaraq soyqırımı tanımaqdan qəsdən imtina etdi.

Значение слова в других словарях