Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səqərcuq
Səqərcuq — kəndi İranın Mərkəzi ostanında Aştiyan şəhristanının, Qərəkan qəsəbəsində yerləşib. Kəndin əhalisi xələclərdən ibarətdir və xələc dilində danışırlar.
Səqərçin (Xudabəndə)
Səqərçin (fars. سقرچين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 736 nəfər yaşayır (172 ailə).
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Talmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Səfər (Uçalı)
Səfər (başq. Сәфәр, rus. Сафарово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Səfər kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 24 km, 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Səfər Alışarlı
Alışarlı Səfər Xəlil oğlu Səfər Alışarlı 12 avqust 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Alışar kəndində doğulub. 1980–1985-ci illərdə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1985-ci ildən etibarən Bakıda əmək fəaliyyətilə aşağıdakı müəssisələrdə məşğul olub: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında kiçik redaktor, "Gənclik"-"Molodost" jurnalında şöbə müdiri, "Səs" qəzetində baş redaktor müavini və s. İlk hekayələri 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunub. O vaxtdan mütəmadi olaraq bu və digər ədəbi-bədii jurnal və qəzetlərdə öz hekayələrini çap etdirib. "Zəng" adlı ilk nəsr toplusundakı (1987) hekayələrində Azərbaycan kəndinin realistik mənzərələrini yaratmış, müasirlərinin mənəvi problemlərini qabartmağa nail olmuşdur. Topludakı hekayələrin üslubu klassik Azərbaycan nəsrinin realizm ənənələrinə söykənir. Burada təsvir olunan həyat hadisələrinin adiliyi və tipikliyi diqqətəlayiqdir. Topludakı "Zəng", "Qasım", "İnşallah, yaxşı olar", "Kasıb" və sair hekayələri yalançı mənəvi donor pafosundan uzaq, adi həyat hadisələridir. Lakin yazıçının ustalığı da məhz həmin adilikdən oxucu üçün vacib və zəruri olan nəticənin çıxarılmasında, insan mənəviyyatında təmizliyin, paklığın və halallığın əsas aparıcı amillər kimi təqdim olunmasındadır.
Səfər Boluslu
Səfər Boluslu (Həsənov Səfər Nəsir oğlu) - el şairi Səfər Boluslu 1923-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy) Cinli-Boluslu kəndində anadan olmuşdur. 1956-cı ildə Moksvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Səfər Boluslu 1984-cü ildə Cinli-Boluslu kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[mənbə göstərin] Səfər Boluslu gənc yaşlarından şer yazmış və bir müddətdən sonra sinədəftər el şairi kimi məşhurlaşmışdır. O şerlərini bədahətən dediyindən onun şerləri maqnitofon yazıları kimi və başqaları tərəfindən qeydə alınaraq yayılmışdır. Səfər Boluslunun şerləri Borçalıdan tutmuş Gəncəbasarda, Qarabağda, Muğanda dillərdə əzbər olmuş, toy məclislərində, şənliklərdə söylənmişdir. Sovet dövründə S. Boluslunun şerlərinin çap olunmamasının əsas səbəbi onun öz vicdanı əleyhinə getməməsi, həmişə duyduğunu və istədiyini yazması, yeri gəldikcə də mövcud rejimi tənqid etməsi olub. Səfər Boluslu. "Gəl sənə şerimlə xəritə verim"... Şerlər toplusu. "Azərbaycan" nəşriyyatı, Bakı 1997.
Səfər Bünyadzadə
Bünyadzadə Səfər Xoca oğlu (?—?) — müəllim, publisist. "Tuti" (1914-1917) jurnalının redaktoru (1916-cı ildən həm də naşiri) olmuşdur. Bünyadzadə "Səda", "Sədayi-Vətən" və b. mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə ücün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915). Bünyadzadə Azərbaycan teatrında opera və musiqili komediyaların əleyhdarlarından olmuş, Hacıbəyovun operalarını "falsız yumurta" adlandırmış, bəstəkarın özünü isə layiqsiz ifadələrlə təhqir etmişdi. Hacıbəyov isə Bünyadzadənin tərtib etdiyi "Kəşkül" məcmuəsi haqqında "Tənqid əvəzinə" adlı kəskin rəy yazmışdır. Bu məqalədə məcmuədəki nəğmələrin notsuz çap edilməsi, havaları məlum olmayan hər nəğməni notsuz təlim etmək məsləhətləri və s. ciddi tənqid olunurdu.
Səfər Hümbətov
Səfər Mahmud oğlu Hümbətov (20 noyabr (3 dekabr) 1903, Qaçağan, Borçalı qəzası – 1960, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" ordeni laureatı. Səfər Hümbətov 1903-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Qaçağan kəndində dünayaya gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndidnə keçib. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan "Kommunizm", sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüfatında işləmişdir. 1960-cı ildə Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir.
Səfər Həsənov
Səfər Kəlbixanlı
Səfər Kəlbixanlı — yazıçı-publisist, filologiya elmləri namizədi. Səfər Əhməd oğlu Məmmədov 1962-ci ilin iyul ayının 7-də Yardımlı rayonunun Astanlı kəndində anadan olmuşdur. 1969–1979-cu illər ərzində həmin kənddə orta təhsilini almışdır. 1980–1982-ci illərdə Murmansk vilayətində hərbi xidmətini keçmişdir. 1984-cü ildə M. F. Axundov adına APRDƏİ-yə (indiki Bakı Slavyan Universitetinə) daxil olmuş və 1989-cu ildə buranı fərqlənmə diplomi ilə bitirmişdir. Təsilini başa vurduqdan sonra Cəlilabad rayonunun Alar kəndində təyinatla işləməyə göndərilmişdir. 1 yanvar 1992-ci ildə M. F. Axundov adına APRDƏİ-nin əyani aspiranturasına daxil olmuşdur. 1994-cü ildə "Müasir rus və Azərbaycan nəsrində mənəviyyat problemləri"(Y. Bondarev və İ. Şıxlının müharibə mövzulu əsərləri və onların tərcümələri əsasında) namizədlik dissertasiyasını müdafə etmişdir. 1994-cü ildən filologiya elmləri namizədi, müəllim, baş müəllim, 2003-cü ildən dosentdir. Hazırda Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Müasir rus ədəbiyyatı kafedrasının dosenti və Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanıdır.
Səfər Mehdiyev
Səfər Məmməd oğlu Mehdiyev (17 mart 1973, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2018–2022), gömrük xidməti general-polkovniki (2020), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. Səfər Mehdiyev 17 mart 1973-cü ildə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır. 1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır. 2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Səfər Qurbanov
Səfər Qurban oğlu Qurbanov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Səfər Qurban oğlu Qurbanov Salyan rayonunda anadan olub. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının mayoru kimi 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edən o, müharibə ərzində göstərdiyi şücaətə görə polkovnik-leytenant rütbəsinə qədər yüksəldilmiş və müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Səfər Sadiqi
Sadiqi Səfər — Danimarka "Vətən" Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü. Sadiqi Səfər Məmi oğlu 1957-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Yasamal rayonu 21 nömrəli məktəbə gedib. 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunda "Hesablama maşınlarının proqramlaşması" fakultəsinə daxil olub. 1976-cı ildə təhsilini başa vurub. Sovet ordusunda SSRİ-nin 3-cü Hava Hücumundan Müdafiə xəttində baş qərargahda radist olaraq xidmət edir. 1978-ci ildə hərbi xidmətini başa vurub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Statistika idarəsində mühəndis, proqramist, böyük mühəndis vəzifələrində çalışıb. 10 ildən çox Statistika Həmkarlar İttifaqında fəaliyyət göstərmişdir.
Səfər Verdiyev
Sə­fər Xəlil oğ­lu Ver­di­yev (1923, Yanşaq, Kəlbəcər rayonu – 27 avqust 2003) — Yardımlı və Kəlbəcər Rayon Partiya Komitəsinin I katibi; Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı. Səfər Verdiyev 1923-cü il­də Kəlbəcər rayonunun Yanşaq kən­din­də ana­dan ol­muş­dur. Kəlbəcər Rayon Komsomol Komitəsinin I katibi işləmişdir. Kəlbəcər Rayon Partiya Komitəsinin III katibi və I katibi vəzifələrində çalışıb. Laçın rayonunda Ərazi Partiya Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin I katibi də olmuşdur. Şamaxı rayon XDS İK-nın sədri, Azərbaycan KP MK-nın plenumun üzvü, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Böyük Vətən Müharibəsi veteranı idi. 2 dəfə "Qırmızı Əmək Bayrağı", 2 dəfə "Şərəf Nişanı" ordenləri ilə təltif olunub.
Səfər Əbiyev
Səfər Axundbala oğlu Əbiyev (27 yanvar 1950, Bakı) — Azərbaycan Respublikasının sabiq müdafiə naziri (1995–2013), general-polkovnik. Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub (bəzi iddialara görə ləzgi əsilli ailəsi əslən Qubadandır). 1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1971–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləmişdir. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. Ailəlidir, 2 övladı var. 04.04.1995 — "Azərbaycan Bayrağı" ordeni 24.06.2003 — "Azərbaycan Bayrağı" ordeni 26.01.2010 — "Şöhrət" ordeni "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycanda Kim Kimdir?" Ensiklopedik məlumat toplusu.
Səfər Əsədov
Səfər Alməmməd oğlu Əsədov (1929, Yaycı) — 1965-1967-ci illərdə Culfa Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1968-1970-cı illərdə Araz Su Qovşağı Tikinti İdarəsi Partiya Komitəsinin katibi, 1971-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri. 1929-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1945-ci ildə Culfa Dəmiryolu Məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. Səfər Əsədov 1956-cı ildə Bakı Ali Partiya Məktəbində daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini tamamlamışdır. 1945-ci ildən qəsəbə soveti sədrinin katibi, Culfa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində şöbə müdiri, Culfan Rayon Plan Komissiyasının sədri olmuşdur. 1948-ci ildən Culfa Rayon Partiya Komitəsinin təlimatçısı, Culfa Rayon Komsomol Komitəsinin II katibi, sonra isə I katibi, Culfa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin katibi, Culfa Rayon Partiya Komitəsnin MTS üzrə katibi, daha sonra isə şöbə müdiri olaraq çalışmışdır. Səfər Əsədov 1960-cı ildən Naçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Culfa Rayon Partiya Komitəsində isə ikinci katib olaraq işləmişdir. Culfa rayonu və Ordubad rayonu birləşdikdən sonra vahid Culfa rayonunun Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, daha sonra isə Partiya Dövlət Nəzarəti Komissiyasının sədri olmuşdur. 1965-1967-ci illərdə Culfa Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1968-1970-cı illərdə Araz Su Qovşağı Tikinti İdarəsi Partiya Komitəsinin katibi, 1971-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri olaraq çalışmışdır. 1975-ci ildən Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, Naxçıvan MSSR maarif naziri, Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin birinci müavini, Naxçıvan MSSR Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının sədri olmuşdur.
Səhər (dəqiqləşdirmə)
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər (qəzet) — Azərbaycanda nəşr olunmuş qəzet. Səhər (şairə) — Səhər (film, 1960) — Azərbaycan filmi.
Səhər (qəzet)
"Səhər" — Gündəlik ictimai-siyasi qəzet. Qəzetin birinci nömrəsi 1989-cu il avqustun 4-də nəşr olunmuşdur. "Səhər" 1991-ci ildə Azərbaycanda yüksək tirajla nəşr edilən yeganə gündəlik qəzet olmuşdur. Fəaliyyəti dövründə ictimai fikrə təsir edən, xarici kütləvi informasiya vasitələrinin istinad etdiyi ən etibarlı xəbər mənbəyi rolunu oynamışdır.
Səhər (şairə)
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Səhər Biniaz
Səhər Biniaz (fars. سحر بینیاز‎; 17 noyabr 1986, Tehran) — İran aktrisası və model.
Səfər (dəqiqləşdirmə)
Səfər — Hicri təqviminin 2-ci ayı.
Çayxanada səhər
Çayxanada səhər və ya çay evində səhər — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 2000-ci ildə çəkdiyi rəsm əsəri. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəklin ön mərkəz qismində, ağ masa örtüsü örtülmüş stolun üzərində samovar, çaydan və meyvə dolu boşqab, arxa fonda qızılgül və çiçək mühitində əlində meyvəli nimçə tutan gənc qız, az buludlu səma, uçan quşlar və pişikləri gəzir. Şəkildə bəzi obyektlər qabaqda, bəzi əşyalar isə arxada yerləşdirilib və perspektiv prinsipi nəzərə alınıb. Əsərdə əksərən şaquli xətlərdən istifadə olunsa da, üfüqi və diaqonal xətlər də diqqəti cəlb edir. Rəsmin fakturasına uyğun olaraq üzvi yumşaq fırça vuruşlarından istifadə edilmişdir. Rəsmdəki rənglər sənətin plastik xassələrinə uyğun və rəng harmoniyasına diqqət yetirilməklə düzülüb. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. Bir-biri ilə qovuşan rənglər gözəl harmoniyada vurğulanır. Ümumi mənzərədə açıq tonlar üstünlük təşkil edir.
Səhər buxovlanması
Səhər buxovlanması (ing. morning stiffness) – oynaqda səhərlər yaranan hərəkət məhdudluğu, sərtliyi və ya çətinliyi. Güman edilir ki, istirahət anında limfa dovranının durması ilə iltihab mediatorlarının oynaqda toplanması ilə yaranır. İltihab nəticəsində yaranan buxovlanma səhər oyandıqda yaranır və ya güclənir və ya uzun müddətli istirahətdən sonra yaranır. Lokal və ümumi olur, davam müddətinə əhəmiyyət verirlər.
Səfər (ad)
Səfər — ad.
Səfər forması
Səfər forması — komanda idmanlarında iki komandanın rənglərini ayırd etmək üçün istifadə edilən forma növü. Onun meydan sahiblərinin forması ilə heç bir oxşarlığı yoxdur. Bu formalar oyunçular, menecerlər və tamaşaçılar arasında çaşqınlığın qarşısını almaq üçün istifadə olunur. Bəzi idman liqalarında qonaq komandanın ev sahibi komandadan fərqli forma geyinməsi, digərlərində isə iki komandanın rənglərinin uyğun gəlməməsi tələb olunur. Reqbi ittifaqı kimi idman növlərində ənənəvi olaraq ev sahibi komanda qonaq komandanın forması ilə fərqli forma seçir.
Ləgər
Aşağı Ləgər
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Yeger
Yeger (alm. Jäger‎ – hərf. ovçu, atıcı) — XVIII–XIX əsrlərdə Avropanın bəzi dövlətlərində yüngül piyada növü. Yeddiillik müharibədə (1756–63) Fransa, Prussiya və Avstriya ordularında geniş yayılmışdı. Rus ordusunda 1761-ci ildən təşkil edilmişdi; 1856-cı ildə yeger alayları piyada alaylarına çevrildi. Yeger karabinerləri isə qrenadyorlar adlandırıldı. XVIII–XIX əsrlərdə Avropanın bəzi ordularında süvari yegerləri də olmuşdur.
Şexer
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Əsgər Məmmədov (əsgər, 1972)
Elisabet Şerer
Elisabet Şerer (30 İyul 1914 – 18 Aprel 2013) — Almaniyalı film aktrisası. O, 1942-ci il ilə 2009-cu il arasında 30-dan çox film və televiziya şousunda rol oynamışdır.
Ellər (şəhər)
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Firuzə (şəhər)
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Füzuli (şəhər)
Füzuli — Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli şəhər inzibati ərazi dairəsində şəhər, Füzuli rayonunun inzibati mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. == Tarixi == Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Gifu (şəhər)
Gifu (岐阜市, Gifu-shi) — Gifu prefekturasının inzibati mərkəzidir. Bir şəhər olmaqdan əvvəl, o, keçmiş Atsumi mahalının bir hissəsi idi. Lakin başlanğıcda regionda əsas şəhər sayılırdı. == Tarixi == Şəhərin bütün tarixi Yaponiya mərkəzində yerləşmə yerinin nəticəsidir. Edo dövründə Gifu və qonşu şəhərlər Naqoya limanının yaxınlığında yerləşdiyi üçün çiçəklənməyə başlayırlar. Son zamanlarda, şəhər iqtisadiyyatının ixtisaslaşmada moda sənayesinə dəstək idi, amma indi şəhər sənayesinin inkişafı üçün yollar axtarır. === II Dünya müharibəsi === Müharibə zamanı yaxınlığında yerləşən aviasiya mərkəzi və iri sənaye mərkəzi şəhər ilə birlikdə Kakamigahara bombalanmışdır. Şəhərin əhəmiyyətli hissəsi Kano, qonşu şəhərləri ilə birləşməsi vasitəsilə əldə edilmişdir. Gifunun bu coğrafiya səbəbiylə, şəhər mərkəzində göydələnlər zonası ilə birgə, ətraflarda xurma bağları və Çiyələk sahələri çoxalmışdır. == İqtisadiyyat == Tarixən Gifu'da tekstil inkişaf etmişdir, lakin son illərdə şəhər iqtisadiyyatına sektorun əhəmiyyəti azalmışdır.
Givi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Gorus (şəhər)
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Heroonpol (şəhər)
Pifom (q.misir pr-jtm; ivr. ‏פיתום‏‎; q.yun. Ἡρώων πόλις, Heroonpol) — Qədim Misirdə şəhər. Qədim yunan və Roma mənbələrində, həmçinin Yəhudi Bibliyasında bu şəhərə çoxlu istinadlar edilmişdir, lakin onun dəqiq yeri bir qədər qeyri-müəyyən olaraq qalmışdır. Bir sıra alimlər onu Təll Məsxutə arxeoloji ərazisi kimi müəyyən etmişdilər, digərləri onun Təll Rətabə arxeoloji ərazisi olduğunu irəli sürmüşdür. Şəhər Heroonpol nomunun inzibati mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Пифом // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Hüseyniyyə (şəhər)
Hüseyniyə— İranın Xuzistan ostanının Əndimeşk şəhristanının Əlvar Gərmsiri bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,863 nəfər və 405 ailədən ibarət idi.
Çeqem (şəhər)
Çeqem (rus. Чеге́м; kab.-çərk. Шэджэм) — Rusiya Federasiyasının Kabarda-Balkariya Respublikasının Çeqem rayonunun inzibati mərkəzi və şəhəri. Nalçik şəhərindən 10 km şimalda, 470 metr yüksəklikdə yerləşir. 2010-cu ilə əsasən əhalisi 18.019 nəfərdir. Əvvəlki adı Çeqem Pervıy olmuşdur. 1972-ci ildə kənd tipli yaşayış məntəqəsi statusu almışdır. 2000-ci ildə isə şəhər statusu almış və adı Çeqem olaraq dəyişdirilmişdir.