TƏRSİNƏ

I. z. inside out; the wrong side out; back to front; the wrong / the other way; on the contrary; və ~ and vice versa; və yaxud ~ or vice versa; ~ dönmək / gəlmək to be* the wrong way about; ~ olmaq to happen contrary to one’s wishes; ~ yazmaq to write* the reverse way; ~ çevirmək to turn inside out (d.); ~ geymək to put* smth. on the wrong side; işləri ~ etmək to do* things topsy-turvy; to put* the cart before the horse idiom.

II. ara s. on the contrary, quite the reverse, vice versa

TƏRSİMİ
TƏRSLƏŞDİRMƏK
OBASTAN VİKİ
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilmiş fayl
Tərsinə çevrilmiş fayl ( ing. inverted file ~ ru. инвертированный файл ~ tr. ters çevrilmiş dosya) – verilənlər bazasının idarəolunması sistemlərində: yazının açarından və ona göstəricidən ibarət olan fayl. Hər bir açar bənzərsiz şəklidə yazını tanıdır (identifikasiya edir), göstərici isə yazının verilənlər bazasında fiziki olaraq harada yerləşməsini proqrama göstərir. Faylın tərsinə çevrilməsi o anlamı verir ki, açarlar ardıcıl çeşidlənib, verilənlər bazasının bu faylla göstəricilər vasitəsilə bağlı olan yazıları isə ixtiyari qaydada (məsələn, yaradılma ardıcıllıqları ilə) yerləşə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilmiş siyahı
Tərsinə çevrilmiş siyahı ( ing. inverted list ~ ru. инвертированный список ~ tr. ters çevrilmiş liste) – verilənlər yığını üçün alternativ göstəricilərin yaradılması üçün metod. Məsələn, avtomobillər haqqında məlumatların toplandığı faylda 3, 7, 19, 24 və 32 yazılarının RƏNG sahəsində “Qırmızı” qiyməti ola bilər. Tərsinə çevrilmiş siyahının (indeksin) RƏNG sahəsində 3, 7, 19, 24 və 32 nömrəli göstəricilərlə müşahidə olunan “Qırmızı” yazısı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərsinə çevrilən dünya
"Tərsinə çevrilən dünya" — rejissor Ənvər Əblucun 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Sədrafilm" kinostudiyasında Azərbaycan və İranın birgə istehsalı ilə lentə aldığı tammetrajlı bədii film. == Məzmun == Filmdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində cinayətkar dəstənin fəaliyyətinə son qoyulmasından, eləcə də Azərbaycan və İran strukturlarının narkobizneslə birgə mübarizəsindən bəhs edilir. Ekran əsəri həmçinin gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. == Film haqqında == Film Azərbaycan və İranın ilk müştərək kino layihəsidir. Filmin premyera günündə daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.
Tərsinə çevrilən dünya (film, 2011)

Значение слова в других словарях