UĞULTU

is.
1. Qulağa gələn sürəkli, gurultulu, boğuq səs.
Damda, bacada həzin gurultu; Səhraları inlədir uğultu. A.Şaiq.
Susmuş izdiham içərisindən yenidən bir uğultu qopdu. Ə.Məmmədxanlı.

2. Arıların çıxardığı səs; vızıltı.

Синонимы

  • UĞULTU küyültü — vızıltı — cingilti

Этимология

  • UĞULTU Təqlidi sözdür, çıxarılan səslə bağlıdır. uğ kökdür, -ultu şəkilçi. Sızıltı, zırıltı sözlərinin qəlibi üzrə əmələ gəlib
UĞULDAMAQ
UĞUNMA

Значение слова в других словарях