1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı.
– Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir.
// Ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə.
Ölçüsüz ucalıqda; Qorxunc bir külək qopar; Kəsərdi yollarını qanadlarımın.
2. məc. Yüksək ictimai mövqe, vəziyyət.
Əzalar isə süst olub indi qocalıqdan; Bir dadrəsim yox, görməzmisən əhvalımı, düşdüm ucalıqdan.
[Səkinə:] Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən.
3. məc. Mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf.
İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq.
[Tahir] yenə də bu xüsusda düşünür, Lətifənin mənəvi ucalığı ilə fəxr eləyirdi.