UDMAQ

f.
1. Oyunda, yarışda üstün gəlmək, aparmaq. Nərddə udmaq. Komanda 3:1 hesabı ilə rəqibini uddu.
[Rəsul] gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. Aşıq Qərib”.
[Mərcan bəy:] Mən qumar oynamamışam ki, udam ya uduzam… Ü.Hacıbəyov.

2. Lotereya, loto, istiqraz oynanışında uduş əldə etmək, bəxtinə çıxmaq. Üçfaizli istiqraz bileti üzrə yüz manat udmaq. Pul-şey lotereyasında xalça udmaq.
– İkinci tirajda da Ağaverdi bir şey uda bilmir. S.Hüseyn.

3. məc. Bir şeydə üstünlük qazanmaq, fayda, xeyir götürmək, xeyrinə həll olmaq. Hər halda bu məsələdə o uddu.
Mübahisəni kim uddu? – Siyasət hər zaman bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun.

Синонимы

  • UDMAQ aparmaq — qazanmaq
  • UDMAQ I UDMAQ Qoca hülqumunda düyünlənən iri bir tikəni udan kimi oldu (M.Hüseyn); HƏZM-RABEDƏN KEÇİRMƏK .
UDMA₂
UDMAQ

Значение слова в других словарях