1. Ulama səsi çıxarmaq. İt ulayır. Bayquş ulayır.
– Dərələrdə ulardı çaqqallar; Zənn edərdin ki, bir çocuq ağlar.
// Ulama səsinə bənzər səs çıxarmaq; vıyıldamaq, uvuldamaq.
Ancaq quduz xəzri dəqiqə-dəqiqə ara verib, damlar başında ulayırdı.
Kəsməyib xəzri hələ, ac canavartək ulayır.
2. dan. Səslə ağlamaq, zarıldamaq. Nə ulayırsan, bəsdir! Bu uşaq nə üçün səhərdən belə ulayır?