UMU

Ümid. (“Kitabi-Dədə Qorqud” leksikası)

UMIZ
UMUD
OBASTAN VİKİ
Anar Umudov
Elmir Umudlu
Firdovsi Umudov
Firdovsi Umudov (azərb. Firdovsi Qəminalı oğlu Umudov‎; 5 yanvar 1977, Qazax rayonu) — Sərhədçi İdman Mərkəzinin rəis müavini (hal-hazırda), İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı. == Həyatı == Firdovsi Umudov Qazax rayon 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbi əla qiymətlərlə oxumaqla yanaşı, aktiv şəkildə idmanın sərbəst güləş növü ilə də məşğul olmağa başlayıb. Hələ orta məktəbdə oxuyarkən bu idman növündə çoxsaylı qələbələrə imza atıb. Naxçıvan Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə başa vurub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. F. Umudov 1993–2004-cü illərdə sərbəst güləş üzrə Milli Yığma Komandanın üzvü olub. Yeniyetmə, gənclər və böyüklər arasında dəfələrlə ölkə çempionu olub. Beynəlxalq turnirlərin qalibidir.
Mirzə Mənsur Umudov
Umudov Mirzə Mansur Mirzə Hakim oğlu (18.3.1898, Daşkənd - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Daşkənd realnı məktəbini bitirmişdir 1917). Kiyev Politexnik İnstitutunun mexanika Şöbəsinə qəbul olunmuş, lakin Rusiyada Oktyabr çevrilişindən (1917) sonra və maddi çətinlik üzündən geri qayıtmağa məcbur olmur. 1919-cu ilin 10 dekabrında Azərbaycanın xalq maarif nazirinə göndərdiyi ərizədə Türküstanın, türk mədəniyyətinin inkişafı naminə ona təhsilini davam etdirmək üçün yalnız yol xərci ödənilməklə Fransaya göndərilməsini xahiş etmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, Fransaya təhsil almağa göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Məmmədağa Umudov
Məmmədağa Məmmədəli oğlu Umudov (27 may 1949, Əmircan) — bəstəkar, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). Umudov Məmmədağa Məmmədəli oğlu 1949-cu il may ayının 27-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 84 və 97 nömrəli məktəblərdə almışdır. Əmircandakı musiqi məktəbinin tar sinfini bitirmişdir. 1968-ci ildə Asəf Zeynallı adına musiqi texnukumunu bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsinin tar ixtisası (1973) və bəstəkarlıq (1977) fakültəsini bitirmişdir. Bəstəkar Cövdət Hacıyevin tələbəsi olmuşdur. Tələbəlik illərinin ilk yaradıcılıq axtarışları nəticəsində kamera instrumental və simfonik janrda bir sıra əsərlər, o cümlədən "12 prelüd", "Fortepiano triosu" (1973–75), fortepiano üçün prelüdlər və sonatına (1974–75), variasiyalar, simli kvartet və s. yazır. Həmin illərin məhsulu olan "Simli kvartet" ilk dəfə 1978-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti Dekadasında böyük müvəffəqiyyətlə səslənmişdir.
Nərgiz Umudova
Nərgiz Məmmədağa qızı Umudova (doğ. 20 iyun 1989, Bakı, Əmircan, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). Nərgiz 1989-cu il iyunun 20-də Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə almışdır. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil almışdır. Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.
Umuahia
Umuahia — Nigeriyanın Abia ştatının paytaxtı. Şəhərin adı İqbo dilindəki bazar yeri və ya bazar mərkəzi mənasını daşıyan OmaAhia sözündən gəlir.
Umuahia şəhər stadionu
Umuahia şəhər stadionu — Nigeriya Premyer Liqası təmsilçilərindən olan "Abia Uorriors" klubunun ev oyunlarını keçirdiyi stadion. Abia Komets klubu da öz ev oyunlarını bu arenada keçirir. Stadion 5000 nəfərlik tamaşaçı tutumuna malikdir. Meydanın yaşıl örtüyü lazımı səviyyədə olmadığı üçün stadion tənqidlərə məruz qalır.
Umud Mirzəyev
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Umud Rəhimoğlu
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü. Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub. Ailəlidir, üç övladı var. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Umudallar
Umudallar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Umudalılar
Umudallar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Umudalılar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Umudlu
Umudlu — Soyad və təxəllüs. Şəxslər Vidadi Umudlu – tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. Yaşayış məntəqələri Umudlu (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Umudlu (Ağdam)
Umudlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Umudlu (Ağdərə)
Umudlu — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Umudlu kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Umudlu kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Akif Əzizov Əhəd Kərimov Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...
Umudlu (Tərtər)
Umudlu — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarov kənd inzibati ərazi dairəsində kənd.
Umudlu (Xocalı)
Umudlu — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı soyqırımı Ramiz Abbaslı. Umudlu qətliamı. Papravənd müharibəsi.
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.
Ülkər Umudova
Ülkər Umudova (3 noyabr 1985, Bakı) — azərbaycanlı şahmat üzrə beynəlxalq dərəcəli hakim (2009), məşqçi və keçmiş şahmatçı. O, FİDE-nin qadın komissiyasının üzvüdür. Ülkər Umudova 3 noyabr 1985-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub. 2003-cü ildə 226 saylı orta məktəbi bitirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Məktəb illərindən şahmatla məşğul olub. Azərbaycanda və xarici ölkələrdə yerli və beynəlxalq turnirlərin qalibi olub. 2003-cü ildən məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir. 2009-cu ildə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş və bununla da bu adı almış ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.
İlham Umudov
Fəqan Umudov
Fəqan Umudov (1 aprel 1979) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Fəqan Umudov 1979-cu il aprelin 1-də anadan olub. == Karyerası == Fəqan Umudov 1998-ci ildə Eyndhoven şəhərində, 2002-ci ildə isə Samsun şəhərində baş tutan Avropa Çempionatlarının final görüşündə məğlub oldu və gümüş medallara sahib oldu.
Halil Umut Meler hücumu
11 dekabr 2023-cü il tarixində keçirilən MKE Ankaragücü — Çaykur Rizespor matçında MKE Ankaragücü prezidenti Faruk Koca sahəyə enərək matçın baş hakimi Halil Umut Melərə fiziki hücum etdi. Hadisədən sonra 'dki bütün liqalar TFF tərəfindən qeyri-müəyyən müddətə təxirə salındı. 11 dekabr 2023-cü ildə keçirilmiş qarşılaşma 1–1 hesabı ilə başa çatıb. Qarşılaşmanın baş hakimi Halil Umut Melərin final fitini çalmasından sonra meydanda qarışıqlıq yaranıb və MKE Ankaragücü prezidenti Faruk Koca meydana enərək hakim Melere yumruq zərbəsi endirib. Yumruqdan sonra yerə yıxılan Meler Faruk Koca və adı açıqlanmayan iki şübhəli tərəfindən üzünə təpiklə zərbələr endirib. Üzünə aldığı zərbələr nəticəsində Halil Umut Melerin gözünün altında şişlik yaranıb və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Hadisələrdən sonra TFF fövqəladə yığıncaq keçirilməsinə qərar verib və Ankara Qərb Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb və Faruk Koca haqqında həbs qərarı çıxarıb. Nəzarətə alındıqdan sonra Faruk Koca və digər iki şübhəli həbs olunaraq Ankara Sincan Həbsxanasına göndərildi.O, 27 dekabr 2023-cü ildə məhkəməyə qədər azadlığa buraxılıb.
Umud Ağdoğan
Umud Ağdoğan (1986, Ankara) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Umud Ağdoğan 1986-cı ildə Ankarada anadan olub. Atılım Universiteti Hüquq bölməsindən məzun olub. Bir çox universitetlərdə "Hüquq Peşəsində Karyera Planlaması", "Uğurlu Hüquq Bürosunun İdarə Edilməsi", "Bir Hüquqşünasın Mental Dəftəri" adlı layihələri icra edib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü, Baş Katib, Hüquq məsələlərindən məsul sədr müavini vəzifələrində təmsil olunub. 2012 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda Konstitusiya Komissiyasının üzvü olub. Evli və 2 uşaq atasıdır.