Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gabud
Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi mənbələrdə == Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. == Etimologiyası == Nabur oykoniminin adı zülqədər tayfa]]sının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. == Din == Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Nabu
Nabu (akk. Na-bi-um) — Babil, Akkad və Assuriya mifologiyasında yazı tanrı.
Nabul (vilayət)
Nabul vilayəti (ərəb. نابل‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Nabul vilayətinin ərazisi 2 840 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Nabul vilayətinin əhalisi 787 920 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Nabul vilayəti
Nabul vilayəti (ərəb. نابل‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Nabul vilayətinin ərazisi 2 840 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Nabul vilayətinin əhalisi 787 920 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Nabur bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nabur müqaviləsi
Nabur müqaviləsi — Rusiya ilə Osmanlı imperiyası arasında sərhədləri dəqiq formada müəyyən etmək üçün bağlanmış müqavilə. == Arxa plan == Rusiya imperiyası yeni əldə etdiyi torpaqlardan istədiyi və planladığı gəliri götürə bilmədi. I Pyotrun sağlığında bunu dilə gətirməyə çəkinən rus məmurları onun ölümündən sonra bu fikri dilə gətirməyə başladılar. Lakin Rusiya imperiyası Xəzər sahili vilayətlərdən birbaşa olaraq da çıxa bilmirdi. Çünki onların çıxacağı halda bu yerlər Osmanlı imperiyası tərəfindən ələ keçiriləcəkdi. Bu isə Rusiyaya heç sərf etmirdi. Bu torpaqların mərkəzi Səfəvi hakimiyyətinə geri qaytarılması fikri də inandırıcı görünmürdü. Çünki paytaxtı ələ keçirən əfqan üsyançıları faktiki olaraq Səfəvi hakimiyyətinə son qoymuşdular. Məhz buna görə də Rusiya hökuməti Xəzərboyu əyalətlərdən hələlik əl çəkmirdi.Osmanlının gələcəkdə həmin yerləri zəbt etməməsi üçün Rusiya hökuməti İstanbul müqaviləsinin Ģərtlərini yerinə yetirmək qərarına gəldi və Osmanlı hökumətini sərhəd məsələlərinin həlli məqsədilə danışığa dəvət etdi. == Şərtləri == 1727-ci ildə Şamaxı şəhəri yaxınlığında, Nabur kəndinə Rusiya ilə Osmanlı dövlətlərinin nümayəndələri görüşərək öz aralarındakı sərhədi müəyyən etməyi qərara aldılar.
Nabur xalçaları
Nabur xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == "Nabur" xalçalarının adı Qobustan rayonunda Şamaxıdan 25km şərq istiqamətində yerləşən kəndin adından götürülmüşdür. "Nabur" xalçaları XX əsrin əvvəlindən başlayaraq Şamaxının cənubunda - Bicovda, Qaşadda, Çaylıda, Qubada, Qonaqkənddə, həmçinin Dağıstanın Tabasaran rayonunda yerləşən məşhur xalçaçılıq məntəqələrində böyük miqdarda istehsal olunmağa başladı. Ona görə də bəzi sənətşünaslar bu xalçanı "Quba" və ya "Tabasaran" xalçası hesab edirdilər. == Bədii xüsusiyyətləri == "Nubar" xalçasının ara sahəsinin kompozisiyası əsas etibarilə şaquli oxda yerləşmiş və öz aralarında birləşmiş bir neçə böyük göldən ibarətdir. Kənarları dilikli olan bu rombşəkilli göllər Şirvan kilimlərinin göllərini xatırladır. Əksər hallarda xalçanın ara sahəsində üç göl yerləşir. Xalçanın uzunluğundan asılı olaraq göllərin sayı beş və daha çox ola bilər. Bir cüt gölü olan "Nabur" xalçasına nadir hallarda rast gəlmək olar. "Nabur" xalçalarının köbə zolağı "kaşı" adlnan orta haşiyədən, iki zəncirədən və ara sahəni haşiyələndirən iki çəpərdən ibarətdir.
Anabad
Anabad (Ordubad)
Anabəd
Anabad — İranın Rəzəvi Xorasan ostanının Bərdəskən şəhristanının Anabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,968 nəfər və 1,480 ailədən ibarət idi.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } == Sözün mənası == "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. == Kodlarda == Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Nalus
Nalus (fars. نالوس‎)— İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanının Nalus bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,488nəfər və 533 ailədən ibarət idi.
Namur
Namur Şərqi Belçikada Valonya bölgəsində yerləşərək onun paytaxtıdır. Şəhər həmçinin Valonya vilayətinin paytaxtıdır. Şəhər Smabrə və Meuse çaylarının birləşərək şəhəri 3 hissəyə bölünür. Şəhərdə fransız dilində danışılır. == Tarixi == Burada ilk yaşayanlar keltlər olmuşdur. Ərazi Ardenlərə qədər uzanır şərqdən-qərbə və şimaldan-cənuba doğru uzanır və əsas ticari mərkəzdir. Bölgə sonra romalıların əlinə keçir. I dünya müharibəsindən sonra şəhər Belçikanın əlinə keçir və əsas ticari bölgə olur. == İqtisadiyyatı == Namur vacib ticari və sənaye mərkəzidir. Əsas xüsusiyyəti Valonyada yer almış və ən vacib və strateji mərkəzə çevrilmişdir.
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Nebuq
Nebuq (адыг. Нэбгъу) — Krasnodar diyarının Tuapsinski rayonunda kənd. Nebuq kənd məskunlaşma ərazisinin inzibati mərkəzi. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, Nəbuq çayının vadisində yerləşir. Tuapse rayon mərkəzindən 9 km şimal-qərbdə və Krasnodar şəhərindən 94 km cənubda yerləşir. A-147 avtomobil yolu Rusiyanın Qara dəniz sahillərini Adlerdən Cubqaya gedən yol kənddən keçir. Nebuq şimal-qərbdən Mayski və Tümenski, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Aqoy yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir: Kənd Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Nebuq üç tərəfdən şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunub. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 81 metr yüksəklikdədir. Kəndin sahilyanı hissəsi dəniz səviyyəsindədir.
Nobuo
Nobuo — Yaponiyada ad. Nobuo Fucişima — keçmiş Yaponiya futbolçusu. Nobuo Kavakami — keçmiş Yaponiya futbolçusu. Nobuo Matsunaqa — keçmiş Yaponiya futbolçusu. Nobuyo Fucişiro — keçmiş Yaponiya futbolçusu.
Noxud
Noxud (Cicer arietinum L. ) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Noyabud
Noyabud — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == No «yeni», «təzə», «ya» birləşdirici komponent və abud (vud) «yer» sözlərinin qovuşmasındandır.
Accipiter nanus
Accipiter nanus (lat. Accipiter nanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. == Alınması == Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. == Sözün mənşəyi == Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. == Kimyəvi tərkibi == Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.