VURULMAQ

I VURULMAQ (birinə, bir şeyə məhəbbət bağlamaq) [Bənövşə:] Təəccüb edirəm, bunun nəyinə vurulmusan? (M.İbrahimov); ALUDƏ OLMAQ (kl.əd.) Nəriman uzaqdan-uzağa bu qıza aludə oldu ki, pəncərə günlərdə örtülmədi (MirCəlal); AŞİQ OLMAQ Nazlı: Aşiq olsan da, ay dilbilməz, vurulasan bir qəlbdən min qəlbə (Anar); AYAĞI YANMAQ (fr.v.) Şəhrəbanı xanım: ..Şahbazbəy Qarabağda oturduğu yerdə Paris qızlarına ayağı yanıb.. (M.F.Axundzadə); BAĞLANMAQ (məc.) Bütün bunlara görə Çiçək özü hiss etmədən Elsevərə bağlanmışdı (Ə.Qasımov); BƏND OLMAQ Qaplan: Görürəm, Qumrala yamanca bənd olmusan (A.Şaiq); EŞQ YETİRMƏK Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi (Ə.Haqverdiyev); MAİL OLMAQ Bir ala gözlüyə mail olmuşam: Yarın qapısında sail olmuşam (Aşıq Rəcəb); MƏFTUN OLMAQ O, Sona Əşrəfə tamamilə məftun olmuşdu (A.Şaiq); MƏHƏBBƏT BAĞLAMAQ Piri baba: Amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm (S.S.Axundov); UYMAQ Uyubsan zalım xoryada; Dostdan kənara gəzən gözəl (Aşıq Ələsgər); VALEH OLMAQ Bədircahan: Ağa, o qədər səndən dedim ki... az qaldılar valeh olalar (N.Vəzirov); SEVMƏK (bax).

II vurulmaq bax döyülmək

VURMAQ
VURUŞ

Значение слова в других словарях

гри́фельный не беда́ перела́дец прииска́тельница та́чка бонапарти́ст була́ный министе́рски на фига́ подла́тывать притя́гиваться се́йнерный кухня asthma gumma Medford mediaevalist peart perspective pubic run-on V-shaped мазать понудить термообработка