VÜCUD

is. [ ər. ]
1. Olma, varlıq, mövcud olma, var olma.
Bəs bunların vücudu nəyə lazımdır! M.F.Axundzadə.
Kəndlilər onun [Xəlilin] vücudunu özləri üçün bir nemət bilirdilər. S.Hüseyn.

□ Vücuda gəlmək – əmələ gəlmək, meydana gəlmək, ortaya çıxmaq, törəmək.
Hüsnün kitabətindən gəldi vücudə aləm. Nəsimi.
[Əhməd] bu uzun müddət içində Bakıda nə kimi bir dəyişiklik vücuda gəldiyini görmək, bilmək istəyirdi. A.Şaiq.

Vücuda gətirmək – yaratmaq, törətmək, meydana gətirmək.
2. Cisim, bədən, orqanizm.
[Fəxrəddin:] Yox, o deyil, mənim sevgilimin boyu bundan daha ucadır, vücudu daha böyük tənasübə malikdir. M.S.Ordubadi.
[Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq … mövcuddur. S.Hüseyn.
Vücudun möhkəm olması döyüşçü üçün mühüm şərtdir. Mir Cəlal.

3. Adam, şəxs.
Amma mən elə başa düşmədim ki, bu yavuqlarda vəfat edən bir vücudun barəsində o qədər çığır-bağır saldılar. C.Məmmədquluzadə.
Məşədi Səttar dedi: – Bu da bir tühaf vücuddur. Ə.Haqverdiyev.
Gözümün qarşısında mələk qədər məsum bir vücud od içində yanır. S.Hüseyn.
[Səfər bəy:] A kişi, Mirzə Turab, sənə kişi kimi söz deyirəm, siz iki qardaşsınız, ikiniz də alim vücudsunuz. B.Talıblı.

Синонимы

  • VÜCUD vücud bax 1. varlıq; 2. insan; 3. bədən
  • VÜCUD cisim — bədən — orqanizm
  • VÜCUD adam — şəxs
  • VÜCUD olma — varlıq — mövcudiyyət

Этимология

  • VÜCUD Ərəbcədir, bizdə onun yerinə çəlim işlədilib (indi də işlədilir), mövcud sözü ilə qohumdur. (Bəşir Əhmədov
VURUŞMAQ
VÜCUDLU
OBASTAN VİKİ
Vəhdətül-vücud
Vəhdətül-vücud — sufi təlimi. == Haqqında == Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır. "Vəhdəti-vücud" təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.
Vücudnamə
Vücudnamə — aşıq şeri şəkli. Vücudnamələrdə insanın ayrı-ayrı yaş mərhələlərinin səcıyyəsi verilir . Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti, ana bətninə düşməsi, anadan olması, uşaqlıq illəri, təhsil alması, ədəb-ərkanı həyatının müxtəlif yaş dövrləri, oturub-durması, ailə məişəti, məhəbbəti, elobası, həyat yollarında olan çətinlikləri, gənclik, ahıllıq dövrü və s. haqqında avtobioqrafik məlumatlar verir.Azərbaycan aşıq və şairlərinin bəziləri gəraylı, qoşma, divani və s. şeir janrlarında vücudnamələr yazmışlar. Bu cür vücudnamələrin sayı çox azdır. Çünki, bu növ şeir yazmağın öz çətinlikləri var. Burada müəllifdən geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur. Koroğlunun "Bənzərsən" rədifli vücudnaməsi Azərbaycan poeziyasında bu şeir şəklinin ən tanınan nümunələrindəndir.

Значение слова в других словарях

антирома́н безыску́сственность маложи́рный мя́тый надзира́ние нетерпе́ние перуа́нец посмея́ние ро́зно завечере́ть нанима́тель с большого ума́ холе́рный электрометаллурги́ческий пудромантель airmark bovey coal counter-deed gap closure handpress mineralogist pigtailed word-monger yellow-snow соразмерно