VƏLİXAN

bax: Vəli və Xan.
VƏLİHƏD
VƏLİKRAM
OBASTAN VİKİ
Sona Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Vəlixan Qarayev
Vəlixan Qarayev (tam adı: Qarayev Vəlixan Novruz oğlu; 8 iyun 1960) — tibb elmləri doktoru. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır. Vəlixan Qarayev 8 iyun 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. 1985–1986-cı illərdə Saratov Tibb İnstitutunun "Cərrahiyyə" kafedrasında internaturanı həkim cərrah ixtisası üzrə bitirmişdir. 1987-ci ildən 1996-cı ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında cərrah vəzifəsində çalışmışdır. 1996-cı ildən 2000-ci ilədək RF FSX-nın Nijni Novqorod şəhəri Hərbi Tibbi İnstitutunun "Cərrahi xəstəliklər" kafedrasında müəllim işləmişdir. 2000-ci ildən 2011-ci ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında həkim-cərrah kimi çalışıb və şöbə müdiri vəzifəsini əvəz edib. Mütəmadi olaraq Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrası ilə elmi-praktik əməkdaşlıq edib. 2011-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sona xanım Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Aqşin Vəlixanov
Aqşin Məmmədəli oğlu Vəlixanov (28 may 1936, Bakı – 21 iyul 1998, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Aqşin Məmmədəli oğlu Vəlixanovun soyadı əksər proqramlarda "Vəlixanlı" kimi yazılıb. 1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub. 21 mart 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti adı ilə təltif edilib.
Firuzə Vəlixanlı
Firuzə Orxan qızı Vəlixanlı (26 oktyabr 1970) — Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (1994). Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir. == Həyatı == 1970-ci ildə anadan olub. 1990-cı ildə qadınlar arasında beynəlxalq şahmat ustası adını qazandı, 1994-cü ildən qrosmeyster adını aldı. 1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür.. 1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı. 1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir. Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir. == Mükafatları == 31 yanvar 1991 — Azərbaycan SSR-in Fəxri fərmanı 5 mart 1995 — "Tərəqqi" medalı == Filmoqrafiya == İlk zirvələr (film, 1988) == İstinadlar == == Xarici keçidlər == FIDE Chess Profile Firuza Velikhanli.
Fuad Vəlixanov
Vəlixanov Fuad Zülfüqar oğlu (1 may 1941, Bakı – 16 may 2022) — Azərbaycanın Əməkdar İncəsənət Xadimi (2006), televiziya verilişlərinin redaktoru, prodüser. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü. == Həyatı == Vəlixanov Fuad Zülfüqar oğlu 01 may 1941-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İki qız övladı, dörd nəvəsi və bir nəticəsi var. 16 may 2022-ci ildə, 81 yaşında vəfat edib. == Yaradıcılığı == 1965-1969-cu illərdə "Molodyoj Azerbaydjana", "Vişka" qəzetlərində və "Kommunist" nəşriyyatında əməkdaşlıq edib. 1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib. 1992-1993-cü illərdə ilk müstəqil "BM-Tİ" teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub. 2000-ci ildən Lider televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb.
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı: Fəridə Ağaəli qızı Vəlixanova; 21 oktyabr 1935, Bakı – 5 sentyabr 2023) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), Əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Məmmədəli Vəlixanlı
Məmmədəli Vəlixanlı (15 mart 1899, Fatmayı, Bakı qəzası – 12 aprel 1969, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti (1949). Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı Teatr sənətinə marağı uşaq vaxtlarında gördüyü dini şəbih tamaşalarından, "Qaravəlli", "Kosa-kosa" məzhəkəli xalq oyunlarından oyanan Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 15 mart 1899-cu ildə Bakıda doğulub. Baqqallıqla məşğul olan atası onu "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbə qoyub. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov "Səfa"nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının tamaşasında Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırıb. Bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb. 1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. Həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. İşə başladığı ilk illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927–1930).
Nadir Vəlixanov
Nadir Vəlixanov - ədəbiyyatşünas, publisist, filologiya elmləri doktoru Nadir İbrahim oğlu Vəlixanov 21 noyabr 1926-cı il Şuşa şəhərində anadan olmuşdur. Süleyman Sani Axundovun nəslindəndir. Orta təhsilini 91 saylı Bakı şəhər məktəbində almışdır. 1943-cü ildə Birillik müəllimlər kursunu bitirmişdir. 1944-1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etmişdir. 1950-ci ildə əmək fəaliyyətinə Sumqayıtdakı 25 saylı uşaq evində tərbiyəçi, tədris hissə müdiri kimi başlamışdır. 1951-1953-cü illərdə Bakıda 74 saylı fəhlə-gənclər məktəbində Azərbaycan dili müəllimi olmuşdur. 1953-1960-cı illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi vəzifəsində işləmişdir. Nadir Vəlixanov 1961-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdır. Burada kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışaraq, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçi olmuşdur.
Nailə Vəlixanlı
Nailə Məmmədəli qızı Vəlixanlı (25 dekabr 1940, Bakı) — tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2001); AMEA-nın həqiqi üzvü (2007); Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), akademik. 1940-cı il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur. 1948–1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxumuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuşdur. 1963-cü ildə Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1964–1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. 1970–2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda , Xəzər, Ziya, Azərbaycan Universitetlərində "Ərəb ölkələri tarixi", "İslam tarixi", "Ümumi tarix", "Azərbaycan tarixi", "Asiya və Afrika ölkələri tarixi", "Dünya dinləri", "Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı" və digər fənləri, eləcə də ixtisas üzrə kurs və seminarı tədris etmişdir. 1998-ci ilin iyul ayından AMEA Azərbaycan Tarixi Muzeyinin direktoru təyin olub. 2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Heraldika şurasının üzvü seçilmişdir. 2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti seçilmişdir.
Rövşən Vəlixanov
Vüqar Vəlixanov
Vüqar Vəlixanov (25 avqust 1982, Sumqayıt) — Aktyor. Vüqar Vəlixanov 25 avqust, 1982-ci ildə Sumqayıtda dünyaya gəlmişdir. 2000-2004-cü illər arasında Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakültəsində, aktyor Əliabbas Qədirovun kursunda təhsil almışdır. Bir müddət Sumqayıt teatrında fəaliyyət göstərdikdən sonra taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır.
Vəlixanlı
Vəlixanlı — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Nailə Vəlixanlı — AMEA-nın həqiqi üzvü; Azərbaycan Tarix Muzeyinin direktoru Firuzə Vəlixanlı — Azərbaycan şahmatçısı. Məmmədəli Vəlixanlı — Kəndlər Vəlixanlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Vəlixanlı (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd.
Vəlixanlı (Yardımlı)
Vəlixanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Vəlixanlı (Zərdab)
Vəlixanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Çokan Vəlixanov
Çokan Çingiz oğlu Vəlixanov (qaz. Шоқан Шыңғысұлы Уәлихан, əsl adı Məhəmməd Hənəfiyə; 1835 – 10 aprel 1865) — qazax alimi, tarixçisi, etnoqrafı, folklorçusu, səyyahı, maarifçisi, Rusiya Ordusu Baş Qərargahının zabiti, kəşfiyyatçı. Qazaxlar Şokan Şınğızsulı Vəlixanov kimi yazdıqları ad və soyad rus dilinin təsirilə bir çox sənədlərdə Şokan və Çokan Valixanov kimi yazılır. Qazaxların tayfa ittifaqı Üç Cuza, Böyük Cuza, Orta Cuza və Kiçik Cuza bölünür. Orta Cuzda doğulan uşağın qulağına əzan oxuyan Ablay xanın şəxsi həkimi, qazaxlar arasında Maral baba kimi tanınan Kalkay İşan ona Mühammad Hanafi adını qoyduğunu söyləyir. Vətəninin ağır günlərə düşdüyünü, xalqının güzəranının getdikcə pisləşdiyini görən Kalkay İşan istəyridi ki, VII yüzildə Ərəb çöllərində Məhəmməd peyğəmbərin xalqı üçün etdiklərinə bənzər bir işi də Ablay xanın nəvəsi etsin. Bu şirin və xoş bir arzuydu. Zaman isə başqa bir zamandı. Şokana atası Çingiz Sultan oğluna xan övladlarına layiq bir təhsil verməyə çalışırdı. Onun üçün şəxsi müəllimlər və məşqçilər təyin etmişdi.