Futbol

Vikipediya, azad ensiklopediya
Fuad Sultan (müzakirə | töhfələr) (→‎Futbol stadionu) tərəfindən edilmiş 17:46, 6 noyabr 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Futbol ayaq ilə oynanan komanda idman oyunudur. Müasir futbol 26 oktyabr 1863-cü ildə İngiltərədə yaranıb.[1]

Tarixi

Tarixi, ədəbi mənbələr hələ IV-V əslərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat veriblər. Arxivlərdən belə məlumatlar da tapılmışdır ki, daha qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oynamışlar: məsələn Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransadaİtaliyada. Lakin o oyunlar indiki futbola çox az oxşamışdır. 1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib-hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi. Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.[1]

Futbol stadionu

Braziliyada yerləşən Marakana stadionu

Futbol meydanı uzunluğu 90-110 metr, eni 60-75 metr olan düzbucaqlı şəkildədir. Qısa tərəflərin ortasında bir-biri ilə üzbəüz iki qapı olur, dəri topu da bu qapılara vurmaq lazımdır. Futbol qapısının sahəsi 18 m-dir (eni 7.32 m, hündürlüyü 2.46 m). Dünyada ən böyük stadion Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionudur. "Marakana" stadionu 200 min tamaşaçı tutumuna malikdir.[1]

Futbol üzrə dünya çempionatı

border=none Əsas məqalə: FIFA Dünya Kuboku

Futbol üzrə dünya çempionatı dörd ildən bir təşkil edilir. 1930-cu ildə keçirilən ilk çempionatın qalibi "Uruqvay" olmuşdur. Sonuncu çempionat 2010-cu ildə 11 iyun-11 iyul tarixləri arasında CAR-da keçirilmiş və çempion adına finalda "Hollandiya"nı 1-0 hesabı ilə məğlub edən "İspaniya" millisi layiq görülmüşdür. Futbol üzrə dünya çempionu adına ən çox "Braziliya" millisi layiq görülmüşdür (5 dəfə).

Qaydaları

Rəqibə təpik vurmaq, badalaq gəlmək, təhlükəli hücum etmək, onun üstünə atılmaq, onu əl ilə tutmaq və itələmək futbolçuya qadağan edilir. Qapıçıdan başqa heç kim əllə oynamamalıdır. Oyunun bu qaydaları pozulduqda hakim cərimə zərbəsi təyin edir. Əgər oyunçu oyunun qaydalarını pozmaqda davam edərsə, hakim ona xəbərdarlıq edir. Futbolçu bundan sonra da oyun qaydalarını pozursa onu meydandan çıxarırlar.[1]

Offside

Yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alıb

Futbolda "oyundankənar vəziyyət" deyilən çox mühüm bir anlayış var. Belə bir vəziyyət yarandıqda oynamaq olmaz. Əgər futbolçu topu öz komanda yoldaşına ötürərkən yoldaşı ilə rəqib qapıçı arasında təkcə rəqib qapıçı qalıbsa, onda "oyundankənar vəziyyət yaranır" yaranır. Başqa sözlə, ön hücum xəttində mövqe seçərkən qarşında qapıçı da daxil olmaqla azı 1 oyunçu olmalıdır.[1]

Əsrin matçı

23 Oktyabr 1963-cü ildə Londonda qeyri-adi bir futbol matçı keçirildi. Dünyanın yığma komandası oynayırdı. "Əsrin matçı" adını almış bu oyunu televiziya bütün dünyaya göstərirdi. Futbolun yüzillik yubileyi bu cür qeyd edilirdi. Oyunun Londonda keçirilməsinin və komandalardan birinin İngiltərənin yığma komandası olmasının izahı sadədir: futbolun vətəni İngiltərə sayılır. Oyunun qalibi İngiltərə oldu (2:1).[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 5 6 Ümumdünya futbol günü

Şablon:Link GA Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link GA Şablon:Link FM