Grimgar of Fantasy and Ash

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (→‎Anime) tərəfindən edilmiş 11:04, 2 avqust 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Grimgar of Fantasy and Ash
Birinci cildin üzlüyü. Personajlar (soldan sağa): Şihoru, Yume, Manato, Maquzo, RantaHaruhiro.
灰と幻想のグリムガル
(Hai to Gensō no Gurimugaru)
azərb. Fentezi və Kül Qrimqarı
Janr dram, fentezi, döyüş
Manqa
ManqakaAo Cuumonci
RəssamEyri Şiray
NəşriyyatOverlap Bunko
Demoqrafiyakişilər
Nəşr tarixi25 iyun 2013 – hazırda
Cildlər9 (cild siyahısı)
Manqa
YazıçıMutsumi Okubaşi
NəşriyyatSquare Enix
Tərcüməçi nəşriyyat
JurnalGangan Joker
Demoqrafiyaşonen
Nəşr tarixi22 aprel 2015 – 22 iyun 2016
Cildlər3 (cild siyahısı)
Anime
RejissorRyosuke Nakamura
ProdüsserMasaya Sayto
Naoki Harada
Şiqetoşi Sato
SsenaristRyosuke Nakamura
BəstəkarR.O.N ([K]NoW_NAME)
StudiyaA-1 Pictures
Digər lisenziyalar
KanalAT-X, Tokyo MX, BS11, ABC
Digər kanallar
Animax Asia
Buraxılış tarixi11 yanvar 2016 – 28 mart 2016
Vaxt24 dəq.
Seriyalar12 + 1 OVA (seriya siyahısı)
  Anime və manqa portalı

Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru?, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir.

Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 9 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir.

Ranobe J-Novel ClubSeven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır.

Personajlar

Əsas

Haruhiro (ハルヒロ, Haruhiro?)
Səsləndirən: Yoşimasa Hosoya[1]
Hekayəni nəql edən personaj və komandanın oğrusudur. Haruhiro seriyanın ən dolğun personajlarından biridir. Təvazökardır. Yardımsevərdir və komanda yoldaşlarına kömək etməyə çalışır. Manatonun ölümündən sonra komandanın lideri olur. Komanda yoldaşları ilə münasibətlərinə böyük diqqət yetirir.
Yume (ユメ, Yume?)
Səsləndirən: Mikako Komatsu[1]
Komandanın ovçusudur. Cəsur və enerjilidir. Utancaq və çəkingən şəxsiyyətinə görə Şihorunu qorumağa çalışır. Haruhiro ilə yaxın dostdur və onla yaxşı yola gedir.
Şihoru (シホル, Shihoru?)
Səsləndirən: Haruka Terui[1]
Komandanın sehrbazıdır. Çox utancaqdır. Sadəcə Yume ilə yaxşı əlaqə saxlayır. Yume Şihorunun digər komanda yoldaşları ilə əlaqə saxlamasına kömək etməyə çalışır.
Ranta (ランタ, Ranta?)
Səsləndirən: Hiroyuki Yoşino[1]
Komandanın qara cəngavəridir. Kobud, düşüncəsiz və bir az tərbiyəsizdir. Buna görə də tez-tez Haruhiro ilə mübahisə edir. Ranta tez-tez komandanın başına problemlər yaradır.
Manato (マナト, Manato?)
Səsləndirən: Nobunaqa Şimazaki[1]
Komandanın rahibi və lideridir. Qoblinlərlə döyüşlərin birində kürəyindən aldığı ox yarasından ölür. Onun ölümü komandaya pis edir, lakin tezliklə Haruhiro yeni lider kimi etimad qazanır. Onun yerinə rahib kimi Meri gəlir.
Moquzo (モグゾー, Moguzō?)
Səsləndirən: Fukuçi Oçiay[1]
Komandanın döyüşçüdür. Hündür boyu və iriliyi ilə seçilir. Komanda üçün tank rolunu oynayır. İri görünüşünə baxmayaraq Moquzo çox sakit təbiətlidir, az danışır. Əla aşbazdır, komanda yoldaşları üçün yemək bişirməyi çox sevir. Boş vaxtlarında taxta oyma sənəti ilə məşğul olur, taxtadan müxtəlif fiqurlar düzəldir.
Meri (メリイ, Merii?)
Səsləndirən: Çika Anzay[1]
Manatonun ölümündən sonra onun yerinə komandaya rahib kimi gəlmiş qızdır. İlk başlarda komandaya adaptasiya olmaqda çətinlik çəkir. O, Manato kimi deyil, çünki əvvəlki komanda yoldaşlarının gözlərinin önündə ölməsindən sonra soyuq və qapalı olmuşdur. Lakin Haruhiro Manatonun ölümündən bəhs etməsindən sonra yavaş-yavaş komandaya açılır.
Kuzaku (クザク, Kuzaku?)
Moquzonun ölümündən sonra komandaya qoşulan paladindir.

Renci komandası

Renci (レンジ, Renji?)
Səsləndirən: Tomokazu Seki[2]
Ron (ロン, Ron?)
Səsləndirən: Tomokazu Suqita
Sassa (サッサ, Sassa?)
Səsləndirən: Nozomi Furuki
Adaçi (アダチ, Adachi?)
Səsləndirən: Kenci Nocima
Çibi (チビ, Chibi?)

Orion komandası

Şinohara (シノハラ, Shinohara?)
Səsləndirən: Hiroki Takahaşi
Hayaşi (ハヤシ, Hayashi?)
Səsləndirən: Hidenobu Kiuçi
Kimura (キムラ, Kimura?)

Miçiki komandası

Miçiki (ミチキ, Michiki?)
Səsləndirən: Şunsuke Takeuçi
Oq (オグ, Ogu?)
Səsləndirən: Toşiki Masuda
Mutsumi (ムツミ, Mutsumi?)
Səsləndirən: Haruka Tomatsu

Digərləri

Kikkava (キッカワ, Kikkawa?)
Səsləndirən: Daysuke Namikava[2]
Tokimune komandasının üzvüdür. Haruhironu Meri ilə tanış edən şəxsdir.
Britni (ブリトニー, Buritonī?)
Səsləndirən: Hiroki Yasumoto[2]
Barbara (バルバラ, Barubara?)
Səsləndirən: Mamiko Noto[2]
Haruhironun oğru ustası.
Honen (ホーネン, Hōnen?)
Səsləndirən: Coci Nakata

Media

Ranobe

Ranobe seriyası Eyri Şirayın rəssamlığı ilə Ao Cumonci tərəfindən yazılır. İlk tankobon cildi Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildə buraxılmışdır.[3] İndiyə qədər 9 cildi nəşr olunmuşdur. Onlayn ingilis ranobe nəşriyyatçısı J-Novel Club 28 oktyabr 2016-cı ildə ranobeni yayımlayacağını bildirmişdir.[4] Ranobe Şimali Amerikada Seven Seas Entertainment tərəfindən lisenziyalaşdırılmış və iki cildi buraxılmışdır.[5]

Cild siyahısı

Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 25 iyun 2013[6]ISBN 978-4-906866-22-96 iyun 2017[7]ISBN 978-1-626926-58-5
2 25 noyabr 2013[8]ISBN 978-4-906866-47-28 avqust 2017[9]ISBN 978-1-626926-60-8
3 25 mart 2014[10]ISBN 978-4-906866-69-410 oktyabr 2017[11]ISBN 978-1-626926-62-2
4 25 iyul 2014[12]ISBN 978-4-906866-91-512 dekabr 2017[13]ISBN 978-1-626926-66-0
5 25 fevral 2015[14]ISBN 978-4-86554-026-020 fevral 2018[15]ISBN 978-1-626926-83-7
6 25 oktyabr 2015[16]ISBN 978-4-86554-072-7
7 25 dekabr 2015[17]ISBN 978-4-86554-086-4
8 25 mart 2016[18]ISBN 978-4-86554-114-4
9 25 avqust 2016[19]ISBN 978-4-86554-149-6

Manqa

Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası Square Enix nəşriyyatının Gangan Joker jurnalında 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi nəşr olunmuşdur.[3][20] 23 noyabr 2016-cı ildə Yen Press manqanı Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır.[21]

Cildlər

Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 22 dekabr 2015[22]ISBN 978-4-757548-40-420 iyun 2017[23]ISBN 978-0-316558-56-3
2 22 mart 2016[24]ISBN 978-4-757549-18-031 oktyabr 2017[25]ISBN 978-0-316441-81-0
323 yanvar 2018[26]ISBN 978-0-316441-82-7

Anime

12 seriyalıq anime serialı adaptasiyası Ryosuke Nakamuranın rejissorluğu və ssenaristliyi ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuşdur.[3] Mieko Hosoy personaj dizayneri olmuşdur. Həm açılış mahnısı "Knew day", həm də bağlanış mahnışı "Harvest" (K)NoW_NAME tərəfindən ifa olunmuşdur. Serial 11 yanvar 2016-cı ildən 28 mart 2016-cı ilə kimi AT-X, Tokyo MX, BS11, ABC kanallarında nümayiş etdirilmişdir.[27] Funimation animeni ingilis dilinə dublaj etdirmişdir.[28] Anime hərəsində 2 seriya olmaqla 6 BD/DVD cildi şəklində buraxılmışdır.[29]

Seriya siyahısı

OVA

İstinadlar

  1. 1 2 3 4 5 6 7 Komatsu, Mikikazu. "Main Voice Cast for "Hai to Gensou no Grimgal" TV Anime Announced". Crunchyroll. 4 November 2015. İstifadə tarixi: 1 avqust 2017.
  2. 1 2 3 4 "Grimgar of Fantasy and Ash Anime Reveals Additional Cast". Anime News Network. 25 November 2015. İstifadə tarixi: 1 avqust 2017.
  3. 1 2 3 "Grimgar of Fantasy and Ash Light Novels Get TV Anime in January". Anime News Network. 16 October 2015. İstifadə tarixi: 16 October 2015.
  4. "J-Novel Club Licenses Grimgar of Fantasy and Ash, I Saved Too Many Girls and Caused the Apocalypse Light Novels". Anime News Network. October 28, 2016. İstifadə tarixi: 1 avqust 2017.
  5. "Series: Grimgar of Fantasy and Ash". Seven Seas Entertainment (ingilis). İstifadə tarixi: 1 avqust 2017.
  6. "灰と幻想のグリムガル level.1 ささやき、詠唱、祈り、目覚めよ". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  7. "Grimgar of Fantasy and Ash Vol. 1". Seven Seas Entertainment (ingilis). İstifadə tarixi: 1 avqust 2017.
  8. "灰と幻想のグリムガル level.2 大切じゃないものなんか、ない。". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  9. "Grimgar of Fantasy and Ash Vol. 2". Seven Seas Entertainment (ingilis). İstifadə tarixi: 1 avqust 2017.
  10. "灰と幻想のグリムガル level.3 思い通りに行かないのが世の中だと割り切るしかなくても". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  11. "Grimgar of Fantasy and Ash Vol. 3". Seven Seas Entertainment (ingilis). İstifadə tarixi: 1 avqust 2017.
  12. "灰と幻想のグリムガル level.4 導き導かれし者たち". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  13. "Grimgar of Fantasy and Ash Vol. 4". Seven Seas Entertainment (ingilis). İstifadə tarixi: 1 avqust 2017.
  14. "灰と幻想のグリムガル level.5 笑わないで聞いておくれよ". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  15. "Grimgar of Fantasy and Ash Vol. 5". Seven Seas Entertainment (ingilis). İstifadə tarixi: 1 avqust 2017.
  16. "灰と幻想のグリムガル level.6 とるにたらない栄光に向かって". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  17. "灰と幻想のグリムガル level.7 彼方の虹". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  18. "灰と幻想のグリムガル level.8 そして僕らは明日を待つ". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  19. "ここにいる今、遥か遠くへ level.9 ここにいる今、遥か遠くへ". Overlap Bunko (Japanese). İstifadə tarixi: 1 avqust 2017.
  20. "灰と幻想のグリムガル" [Grimgar of Fantasy and Ash]. Square Enix (Japanese). İstifadə tarixi: 2 avqust 2017.
  21. "Yen Press Licenses Sound! Euphonium, Magical Girl Raising Project Novels, Grimgar of Fantasy and Ash Manga". Anime News Network. 23 November 2016. İstifadə tarixi: 2 avqust 2017.
  22. "灰と幻想のグリムガル 1巻" [Grimgar of Fantasy and Ash Volume 1]. Square Enix (Japanese). İstifadə tarixi: 2 avqust 2017.
  23. "Grimgar of Fantasy and Ash Vol. 1". Yen Press (ingilis). İstifadə tarixi: 2 avqust 2017.
  24. "灰と幻想のグリムガル 2巻" [Grimgar of Fantasy and Ash Volume 2]. Square Enix (Japanese). İstifadə tarixi: 2 avqust 2017.
  25. "Grimgar of Fantasy and Ash Vol. 2". Yen Press (ingilis). İstifadə tarixi: 2 avqust 2017.
  26. "Grimgar of Fantasy and Ash Vol. 3". Yen Press (ingilis). İstifadə tarixi: 2 avqust 2017.
  27. Chapman, Paul. "VIDEO: "Grimgar of Fantasy and Ash" 2nd PV". Crunchyroll. 2 December 2015. İstifadə tarixi: 2 avqust 2017.
  28. "Funimation to Stream Dimension W, Grimgar, Pandora, Divine Gate, Prince of Stride, Dagashikashi With Dub". Funimation. 22 December 2015. İstifadə tarixi: 2 avqust 2017.
  29. "Blu-ray&DVD Vol.6" (Japanese). İstifadə tarixi: 2 avqust 2017.

Xarici keçidlər