Təmsil
Təmsil — epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir.
Tarixi
Epik növün ibtidai formalarından biri olan təmsil hələ qədim yunan ədəbiyyatında mövcud idi. XVII-XVIII əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmışdır. Qədim Romada Fadr (I əsr), Qədim Yunanıstanda Ezop (e.ə.VI-V əsrlər) nəsrlə yazdığı təmsilləri ilə məşhur idi. Hindistanda III əsrə aid təmsillər toplusu "Pançatantra" məlumdur. Yeni dövrün ən məşhur təmsil yazanlarından biri fransız şairi Jan Lafonten (XVII əsr) olmuşdur.
Rusiyada təmsilin inkişafı XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aiddir. Həmin dövrün ən məşhur təmsilçiləri A.P.Sumarokov, İ.İ.Xemnitser, A.E.İzmaylov, İ.İ.Dmitriyevdir. Rusiya ədəbiyyatında təmsil janrının kulminasiyası İ.A.Krılovun yaradıcılığı hesab olunur. Onun əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə olunmuşdur.Onun "Eşşək və bülbül" təmsili buna misal ola bilər.Bu təmsili A.A.Bakıxanov tərcümə edib.
Azərbaycan ədəbiyyatında təmsilin ilk nümunələrinə N.Gəncəvinin "Sirlər xəzinəsi" poemasında rast gəlirik. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərimizin təmsilləri məşhurdur.
Ən məşhur təmsil yazıçıları
- Ezop
- Jan de Lafonten
- İvan Krılov
- Demyan Bednı
- Olesiya Yemelyanova
- Fadr
- Avian
- Barbiy
- Sergey Mixalkov
- Lüdviq Xolberq
- Lev Tolstoy
- M.Ə.Sabir
- A.Bakıxanov
- S.Ə.Şirvani
- A.Səhhət
- A.Şaiq
- Q.Zakir
- H.Ziya