Çəmbərəkənd parkı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çəmbərəkənd parkı
Parkın yuxarıdan görünüşü.
Parkın yuxarıdan görünüşü.
Məlumatlar
Parkın tipi park
Yerləşməsi Səbail rayonu, Bakı, Azərbaycan Azərbaycan
Sahəsi 4 ha
Yaradılıb 8 iyun 2022
Statusu açılıb
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çəmbərəkənd parkıAzərbaycanın Bakı şəhərinin Səbail rayonunda yerləşən park. 8 iyun 2022-ci ildə açılıb.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmişdir.[1]

Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış parkda yaşıllaşdırma işləri aparılmış, 1200 metr uzunluğunda piyada yolları salınmış, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılmışdır.[1] Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınmış, şəhər mənzərəli iki terras düzəldilmiş, müasir üslubda fəvvarə inşa edilmiş, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilmişdir.[1] Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilmişdir.[1] Həmçinin ərazidə idman və uşaq əyləncə qurğuları quraşdırılmışdır.[1] Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənmiş, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilmişdir.[1]

Qalereya

İstinadlar

  1. 1 2 3 4 5 6 7 "İlham Əliyev Bakıda yeni salınmış "Çəmbərəkənd" parkında yaradılan şəraitlə tanış olub". President.az (az.). 8 iyun 2022. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2022.