Ülviyyə Fətəliyeva

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ülviyyə Fətəliyeva
Ölkə  Azərbaycan
Doğum tarixi (27 yaş)
Doğum yeri Gəncə, Azərbaycan
Titulu beynəlxalq usta (2022)
Son reytinqi
  • 2.377 (may 2024)[1]
Maksimal reytinqi 2.428 (noyabr 2022)
FİDE nömrəsi 13403052
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ülviyyə Hasil qızı Fətəliyeva[2] (3 avqust 1996[3], Gəncə) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (2022).

Həyatı

Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə Gəncə şəhərində, Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor olan[4] Hasil Fətəliyevin ailəsində anadan olub.[5] Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir.[5] Gəncə şahmat məktəbinin yetirməsidir.[6] Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistr təhsilini isə İtaliyada almışdır.[7]

Karyerası

2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.[8][9]

2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.[10]

2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.[11]

2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb.[12] Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.[13]

2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla brünc medala sahib olmuşdur.[14] 2024-cü ildə Yunanıstanda baş tutmuş Avropa çempionatında 8,5 xalla qalib olmuşdur. Beləliklə, Avropa çempionatında qızıl medal qazanmış ilk Azərbaycan qadın şahmatçısı olmuşdur.[15]

Milli komanda

Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017, 2021) və Avropa çempionatlarının (2015, 2017, 2019, 2021, 2023) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.[16]

2022-ci ilin 28 iyul-9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində beşinci lövhədə mübarizə aparmış və şəxsi göstəricidə gümüş medal qazanmışdır.[17]

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 31 may 2024. 2024.
  2. Gəncə şəhər İxtisaslaşdırılmış Şahmat-Dama Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi Arxivləşdirilib 2014-04-24 at the Wayback Machine (az.)
  3. chessgames.com. 2001.
  4. "TANINMIŞ ÜZÜMÇÜLƏR: Fətəliyev Hasil". 2017-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  5. 1 2 "Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanı Zərdab rayonu ilə nə bağlayır? – VİDEO". Zerdab.com. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  6. Ülviyyə Fətəliyeva "Odlar Yurdu" kollektivinin heyətində çıxış edir // ganjanews.az. 11 oktyabr 2017.
  7. ATV. "Avropada hamıdan güclü olan qadın şahmatçımız" (az.). Youtube.com. 02.05.2024. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  8. "3 азербайджанских шахматиста завоевали титул Чемпиона Европы". AZE.az. 2010-09-29. İstifadə tarixi: 2017-10-17.
  9. "European Youth Chess Championship Batumi 2010 — Girls Under 14". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  10. "Chess-Results Server Chess-results.com - AZE Ch U20 Girls 2011". chess-results.com. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09. (#first_missing_last)
  11. "Chess-Results Server Chess-results.com - 24th EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2014". chess-results.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09. (#first_missing_last)
  12. "Chess-Results Server Chess-results.com - Azerbaijan Women's Championship". chess-results.com. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09. (#first_missing_last)
  13. "Azərbaycanın "Odlar yurdu" şahmat komandaları gümüş və bürünc medallar qazanıblar". Azertag.az. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Aprel 2018.
  14. European Women Chess Championship 2022 Arxivləşdirilib 2022-09-26 at the Wayback Machine. Chess-results.com
  15. "Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü". Qafqaz.info. 29 aprel 2024. 2024-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2024.
  16. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09.
  17. 44th Chess Olympiad 2022 Women Arxivləşdirilib 2022-08-04 at the Wayback Machine. chess-results.com

Xarici keçidlər