Bulqakov məscidi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bulqakov məscidi
krımtat. Bulqakov Cami
Xəritə
44°33′11″ şm. e. 33°57′36″ ş. u.
Ölkə Ukrayna Ukrayna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bulqakov məscidi və ya Qarşı məhəllə məscidiKrımın Bağçasaray bölgəsinin Kökköz kəndində yerləşən XIX əsrə aid məscid.[1] Sovet işğalından sonra məsciddən anbar kimi istifadə edilib.

Tarixi

Məscidin tikintisini mülkədar Əli bəy Bulqakov maaliyələşdirmişdir.[2] 25 may 1967-ci ildə II Aleksandra qarşı baş tutmuş sui qəsdən imperatorun sağ çıxmasının şərəfinə tikilmişdir. Məscidin tikintisi 1883-cü ildə bitib.[1]

Sovet işğalından sonra 1930-cu ildən etibarən məscid ərazidə yerləşən sovxozların birinə məxsus olmuş və anbar kimi istifadə edilmişdir. 1990-cı illərə qədər burada məhsul yığımına cəlb edilmiş mövsümi işçilər yaşayıblar.

Krım vilayəti İcraiyyə Komitəsinin qərarı ilə 22 may 1979-cu ildə məscid tarixi abidə kimi qəbul edilib. Krım Nazirlər Şurasının 25 fevral 1997-ci ildə qəbul etdiyi 44 nömrəli qərara əsasən məscid "Karşı maalle" müsəlman icmasına geri qaytarılıb. Bulqakov məscidi Kökköz kəndində yerləşən 3 məsciddən biridir.[3]

Memarlığı

Düzbucaqlı formaya malik olan məscid 2 küçənin kəsişməsində yerləşir. Ölçüləri 8.58x10.82 metrdir. Binanın şimal divarına minarə tikilib. Binanın divarları mərmərə bənzər əhəngdaşından hörülüb. Damı isə kirəmitlə üzlənib. Məscidin girişində qapının üzərində üzüm salxımı təsvir edilib.[1]

Sovet işğalından sonra minarə dağıdılıb və indi onun yalnız alt qisimləri günümüzə gəlib çatıb. Məsciddən 60 metr məsafədə Əli bəy Bulqakov bulağı yerləşir.[1]

Şəkilləri

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 Крымский мир: культурное наследие (PDF). Simferopol: «Антиква». 2019. səh. 237-238. Archived from the original on 2021-07-28. İstifadə tarixi: 2021-10-29.
  2. "Мечеть князя Али-бей Булгакова" (rus). jalita.com. 13.08.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.10.2021.
  3. Шевкет Эмруллаев. "Секреты древнего города. Мечеть Али Бея Булгакова" (rus). handvorec.ru. 26.10.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.10.2021.

Xarici keçidlər