Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur.
Siyasi fəaliyyəti
2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Qeyd 1: Şəki rayonu 8 avqust 1930-cu ildə Nuxa rayonu adı ilə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə Nuxa rayonu ləğv edilərək Vartaşen rayonuna birləşdirilmişdir. Həmçinin eyni tarixdə Nuxa şəhəri respublika tabeli şəhərə çevrilmişdir. 6 yanvar 1965-ci ildə mərkəzi Nuxa şəhəri olmaqla yenidən müstəqil Nuxa rayonu təşkil edilmişdir. Qeyd 2: 9 mart 1966-ci ildə Nuxa Şəhər Soveti və Nuxa Rayon Soveti vahid Nuxa Şəhər Soveti adı altında birləşdirilmişdir. Bu tarixdən Nuxa rayonu və Nuxa şəhərinə Nuxa Şəhər Soveti xidmət göstərmişdir. 1991-ci ildən etibarən isə Şəki Şəhər İcra Hakimiyyəti həm Şəki rayonuna, həm də Şəki şəhərinə xidmət göstərir. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. 29 noyabr 1991-ci ildə Şəki rayon və Şəki şəhər xalq deputatları sovetləri vahid Şəki Şəhər Xalq Deputatları Soveti adı altında birləşdirilmişdir.
Qeyd 1: Ağstafa rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. 4 dekabr 1959 tarixində Qazax rayonuna birləşdirilmişdir. 1990-cı ilin aprel ayında isə yenidən yaradılmışdır. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.