Mavas monastırı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mavas monastırı
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Gavahın kəndi
Aidiyyatı Alban Həvari Kilsəsi
İstinad nöm.239
KateqoriyaMonastır
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Mavas monastırı (Azərbaycan)
Mavas monastırı

Mavas monastırıXocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir.

Tarixi

Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir.[1]

Memarlıq xüsusiyyətləri

Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir.[2] Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır.[2]

Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır.[2]

Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür. Düzbucaqlı ibadət zalı 4,8x8,1 metr ölçüyə malikdir.[2] Qalıqlarına əsasən müəyyən edilmişdir ki, narteks kvadratvari formaya malik idi.[2]

İstinadlar

  1. Mkrtçyan, 1989. səh. 123
  2. 1 2 3 4 5 Mkrtçyan, 1989. səh. 124

Ədəbiyyat

  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989

Həmçinin bax