Qara Qartallar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qara Qartallar
Növü Aerobatika komandası
Yaranma tarixi

1 oktyabr 1953 (1953-10-01) - 1978 (1978)
1994 (1994) - 2007 (2007)

2009 (2009) - Günümüz
Ölkə Cənubi Koreya
Tabedir Koreya Hərbi Hava Qüvvələri
Rəngləri Qırmızı, ağ, qara, sarı
                
Təchizatı 8 T-50 Golden Eagle
blackeagle.airforce.mil.kr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qara Qartallar (kor. ブラックイーグルス) — Koreya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 12 dekabr 1994-cü ildə yenidən yaradılmışdır. Uçuşlar üçün Cessna A-37 Dragonfly təyyarələri istifadə olunurdu. 2007-ci ildə komanda müvəqqəti ləğv olunmuş, 2010-cu ildə isə T-50 Golden Eagle təyyarələri ilə yenidə qurulmuşdur.[1]

Tarixi

İlk komanda 1 oktyabr 1953-cü ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd North American P-51 Mustang təyyarəsi istifadə olunurdu. 1959-cu ildə bu təyyarələr Lockheed T-33 ilə əvəz olundu. 1 oktyabr 1959-cu ildə North American F-86 Sabre təyyarələr ilə uçan komanda yaradıldı və Mavi Qılınclar adlandırıldı.

1978-ci ildə komanda ləğv olundu.

Yekun komanda 1994-cü ildə yaradıldı. Bu komanda Cessna A-37 Dragonfly təyyarələri istifadə edirdi. 2007-ci ildə bu qrup da fəaliyyətini dayandırdı.

2009-cu ildə komanda KAI T-50 Golden Eagle təyyarələri əldə etdi. Komandanın yenidən qurulması 2010-cu ilə planlaşdırılsa da 22 sentyabr 2009-cu il tarixində Yaponiya Hərbi Hava Qüvvələrinin yaradılmasının 60 illik yubileyində yenidən uçuşlar keçirilməyə başladı.[2]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  2. "Arxivlənmiş surət". 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.