Rəşad Babayev (şahmatçı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rəşad Babayev İlyas oğlu
Ölkə
Doğum tarixi 3 sentyabr 1981(1981-09-03) (42 yaş)
Doğum yeri
Titulu Beynəlxalq qrosmeyster
Son reytinqi
  • 2.525 (mart 2021)[2]
Maksimal reytinqi 2535 (aprel 2009)
FİDE nömrəsi 13400681
rashadbabaev.com

Rəşad Babayev (3 sentyabr 1981, Bakı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan yığmasının məşqçisidi.

Həyatı

Rəşad Babayev 1981-ci il sentyabrın 3-də Bakıda anadan olub. 7 yaşından "Həmkarlar İttifaqı" adlı Bakı şahmat məktəbində məşğul olmağa başlayıb. Şahmat oynamağı atasından öyrənmişdi.

Reytinqi

2009-cu ilin aprel ayında Babayev 2535 reytinqinə malik idi və FİDE aktiv şahmatçıların reytinq cədvəlində 491-ci yeri tuturdu. Avropanın aktiv şahmatçıların reytinq cədvəlində 400-cü yer, milli reytinqində 11-ci yerdə qərarlaşmışdır.

Nailiyyətləri

  • Dəfələrlə Avropa çempionatlarının iştirakçısı olmuşdur
  • Dubay şəhərində beynəlxalq turnirdə — 2-ci yer, 1999-cu il.
  • İranda keçirilən "Gilan Scheveningen" beynəlxalq turnirdə — 2-ci yer, 2006-cı il
  • Rusiyanın Tula şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 2–3-cü yerlər, 2007-ci il.
  • Rusiyanın Kireyevsk şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 1–2-ci yerlər, 2007-ci il.
  • İspaniyada keçirilən "XXXIII Open Internacional" beynəlxalq turnirdə — 3-cü yer, 2007-ci il.
  • İspaniyada keçirilən "XXIV Open Collado Villalb" beynəlxalq turnirdə 1–3-cü yerlər, 2007-ci il.
  • Fransanın Tuluza şəhərində keçirilən "3e Open de Ouest Toulousain" beynəlxalq turnirdə 3-cü yer.

İstinadlar

Xarici keçidlər