Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Rəşad Babayev.
Rəşad Babayev (3 sentyabr 1981, Bakı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan yığmasının məşqçisidi.
Rəşad Babayev 1981-ci il sentyabrın 3-də Bakıda anadan olub. 7 yaşından "Həmkarlar İttifaqı" adlı Bakı şahmat məktəbində məşğul olmağa başlayıb. Şahmat oynamağı atasından öyrənmişdi.
2009-cu ilin aprel ayında Babayev 2535 reytinqinə malik idi və FİDE aktiv şahmatçıların reytinq cədvəlində 491-ci yeri tuturdu. Avropanın aktiv şahmatçıların reytinq cədvəlində 400-cü yer, milli reytinqində 11-ci yerdə qərarlaşmışdır.
- Dəfələrlə Avropa çempionatlarının iştirakçısı olmuşdur
- Dubay şəhərində beynəlxalq turnirdə — 2-ci yer, 1999-cu il.
- İranda keçirilən "Gilan Scheveningen" beynəlxalq turnirdə — 2-ci yer, 2006-cı il
- Rusiyanın Tula şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 2–3-cü yerlər, 2007-ci il.
- Rusiyanın Kireyevsk şəhərində keçirilən qrosmeysterlərin beynəlxalq turnirdə 1–2-ci yerlər, 2007-ci il.
- İspaniyada keçirilən "XXXIII Open Internacional" beynəlxalq turnirdə — 3-cü yer, 2007-ci il.
- İspaniyada keçirilən "XXIV Open Collado Villalb" beynəlxalq turnirdə 1–3-cü yerlər, 2007-ci il.
- Fransanın Tuluza şəhərində keçirilən "3e Open de Ouest Toulousain" beynəlxalq turnirdə 3-cü yer.
Azərbaycan qrosmeysterləri |
---|
Yaşayan şahmatçılar | |
---|
Əvvəlki təmsilçilər | |
---|
Mərhum şahmatçılar | |
---|
|
---|
Qrosmeysterlər (GM) | |
---|
Qadın qrosmeysterlər (WGM) | |
---|
Beynəlxalq Ustalar (IM) | |
---|
Qadın Beynəlxalq Ustalar (WIM) | |
---|
FIDE Ustaları (FM) | |
---|
Qadın FIDE Ustaları (WFM) | |
---|
Ustalığa namizədlər (CM) | |
---|
Qadın Ustalığa namizədlər (WCM) | |
---|