Tabezruft

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tabezruft səhra
ərəb. تنزروفت
Ümumi məlumatlar
Mütləq hündürlüyü 310 ± 1 m
Yerləşməsi
22°15′04″ şm. e. 2°14′46″ ş. u.
Ölkələr
Tabezruft səhra xəritədə
Tabezruft səhra
Tabezruft səhra
Tabezruft səhra (Afrika)
Tabezruft
səhra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tabezruft (Bərbər dili: Taneẓṛuft (Qorxu və susuzluq torpağı[1]. ərəb. تنزروفت‎) — qumlu-daşlı səhra, Saxaranın bir hissəsini təşkil edir. Əlcəzairin cənubunda, Malinin isə şimalında yerləşir. Maksimal hündürlüyü 362 m-dir

Susuz və güclü buxarlanma şəraitinin höküm sürdüyü region[2]

Yaşayış məntəqələri — Таodenni və Тaqaza şəhərləri duz hasılatının həyata keçirilməsi və tuareqlərin karvan yolları üzərində istirahət etmələrinin təminatı rolunu oynayır.

Səhra ərazisindən Transsaxara şossesi keçir (Beşar (Əlcəzair) — Qao (Mali)).

Əhalisi olduqca azdır. Əsasən Tuareqlərdir.

Tabezruftun mərkəzində, İn-Ezzanda mağarada qaya üstü təsvirlər aşkarlanmışdır.

13 fevral 1960 ildə Reqqan vahəsində fransızlar ilk Atom bombasının (Fransa tarixində) sınağını həyata keçirmişdir (20 kiloton).

İstinadlar

  1. "Bərbərlər". 2014-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-18.
  2. "Saxara səhrası". 2015-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-18.

Xarici keçidlər