M2 nömrəli avtomobil yolu (Azərbaycan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avtomobil yolu
M2
Ölkə  Azərbaycan
Şəhərlər
Yol nömrəsi M-2
Uzunluğu ~503 km
Başlayır Bakı
Bitir Gürcüstan Respublikası ilə dövlət sərhədi
Örtüyü asfalt-beton
Sahibi dövlət

M2Azərbaycanın paytaxtı Bakı ilə ölkənin şimal-qərb hissəsini birləşdirən avtomobil yolu. E-119 Avropa marşrutunun tərkib hissəsidir. Uzunluğu təxminən 503 kilometrdir. Yol Bakıda Avtovağzal Kompleksindən başlayır, Ələtdə M3 magistralı ilə ayrılır və sonra şimal-qərb istiqamətində Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Gəncə, Şəmkir, AğstafaQazax ilə davam edərək, Gürcüstan Respublikası ilə dövlət sərhədində bitir. Örtüyü asfalt-betondur. Eni hər tərəfdən 2-3 zolaqdan ibarətdir.