M2 — Azərbaycanın paytaxtı Bakı ilə ölkənin şimal-qərb hissəsini birləşdirən avtomobil yolu. E-119 Avropa marşrutunun tərkib hissəsidir. Uzunluğu təxminən 503 kilometrdir. Yol Bakıda Avtovağzal Kompleksindən başlayır, Ələtdə M3 magistralı ilə ayrılır və sonra şimal-qərb istiqamətində Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Gəncə, Şəmkir, Ağstafa və Qazax ilə davam edərək, Gürcüstan Respublikası ilə dövlət sərhədində bitir. Örtüyü asfalt-betondur. Eni hər tərəfdən 2-3 zolaqdan ibarətdir.
Avtomobil yolu | |
M2 | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhərlər | |
Yol nömrəsi | M-2 |
Uzunluğu | ~503 km |
Başlayır | Bakı |
Bitir | Gürcüstan Respublikası ilə dövlət sərhədi |
Örtüyü | asfalt-beton |
Sahibi | dövlət |