Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Milli azlıqlar fraksiyası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Milli Azlıqlar fraksiyasıAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri.

Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) müvafiq olaraq, Azərbaycanda sayca azlıq təşkil edən gürcü, yəhudi, alman və polyakların hərəsindən Azərbaycan Parlamentinə bir nəfər nümayəndə göndərilməsi qərara alındı. Həmin qanuna əsasən, Parlamentdə təmsil olunan bu millətlərin nümayəndələri parlament nizamnaməsinin fraksiyalar yaratmaq barədə tələblərinə uyğun olaraq, birləşib Milli azlıqlar fraksiyasını təşkil etdilər.

1919-cu ilin axırlarına yaxın fraksiyaya alman -L.Y.Kun, yəhudi — M.A.Quxman, polyak — S.A.Vənsoviç, həmçinin ukraynalı — V.Kujim daxil idi. Gürcü V.A.Bakaradze sosial-demokrat kimi sosialistlər fraksiyasına daxil olmuşdu. Fraksiyanın parlament iclaslarında daha çox fəallıq göstərən üzvlərdən olan S.A.Vonsoviç Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində həmişə yaxından iştirakı ilə seçilirdi.[1]

Fraksiyanın 7 üzvü olmuşdur:

  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafık hesabatlar), c.1–2, B., 1998; Адрес-календарь :. Азербаиджанскаой Республики (1918–1920).
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 197. ISBN 9952-417-44-4.