"Bakinski proletari" (az.-əski. باکینسکی پرولئتاری, rus. Бакински пролетари; mənası – Bakı proletarları) — Çar Rusiyası dövründə Azərbaycanda gizli fəaliyyət göstərmiş bolşevik qəzeti, RSDFP Bakı təşkilatının orqanı.
Bakinski proletari | |
---|---|
Yaranma tarixi | 1907 |
Dil | rus dili |
Nəşrini dayandırıb | 1909 |
Baş ofis | |
Ölkə |
Qəzetin ilk nəmrəsi 20 iyun 1907 ildə Bakıda çıxmışdır. Birinci nömrəsi RSDFP Bakı təşkilatı Balaxanı rayonunun, ikinci nömrəsi Balaxanı və Qara Şəhər rayonlarının orqanı kimi çıxmışdır. Qəzet marksizm–leninizm nəzəriyyəsini təbliğ etmiş, proletariatın sinfi mübarizəsində partiyanın avanqard rolunu təmin etmək uğrunda ardıcıl, menşeviklərə qarşı fəal mübarizə aparmış, Vladimir Leninlə, "Proletari" və "Sosial-demokrat" qəzetlərinin redaksiyaları ilə əlaqə saxlamışdır. Yerli partiya orqanlarının möhkəmləndirilməsi sahəsində aparılan işlərə xüsusi diqqət yetirilirdi. Nəşri sonuncu – 7-ci nəşrindən sonra, 29 avqust 1909-cu ildə mətbəənin dağıdılması təhlükəsi ilə əlaqədar dayandırılmışdır.[1]
Partiyalar və təşkilatlar | |
---|---|
Siyasi şəxsiyyətlər |
|
Hadisələr | |
Siyasi nəşriyyat |