Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Milli azlıqlar fraksiyası

Milli Azlıqlar fraksiyasıAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Milli azlıqlar fraksiyası
Lideri Lorens Kun
Quruluş tarixi 7 dekabr 1918
Dağılma tarixi 27 aprel 1920
Müttəfiqlər Alman Milli Şurası
Bakı polyakları
Bakı Ukraynalıları Radası
Yəhudi Milli Şurası
Parlamentdə
5 / 120
(27 aprel 1920)
Hökumətdə
0 / 15
(24 dekabr 1920)

Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) müvafiq olaraq, Azərbaycanda sayca azlıq təşkil edən gürcü, yəhudi, alman və polyakların hərəsindən Azərbaycan Parlamentinə bir nəfər nümayəndə göndərilməsi qərara alındı. Həmin qanuna əsasən, Parlamentdə təmsil olunan bu millətlərin nümayəndələri parlament nizamnaməsinin fraksiyalar yaratmaq barədə tələblərinə uyğun olaraq, birləşib Milli azlıqlar fraksiyasını təşkil etdilər.

1919-cu ilin axırlarına yaxın fraksiyaya alman - Lorens Kun, yəhudi — Moisey Quxman, polyak — Stanislav Vonsoviç, həmçinin ukraynalı — Vasil Kujim daxil idi. Gürcü Vladimir Bakradze sosial-demokrat kimi sosialistlər fraksiyasına daxil olmuşdu. Fraksiyanın parlament iclaslarında daha çox fəallıq göstərən üzvlərdən olan Stanislav Vonsoviç Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində həmişə yaxından iştirakı ilə seçilirdi.[1]

Fraksiyanın 7 üzvü olmuşdur:

  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafık hesabatlar), c.1–2, B., 1998; Адрес-календарь :. Азербаиджанскаой Республики (1918–1920).
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 197. ISBN 9952-417-44-4.