Yoldaş (qəzet, Azərbaycan)

Yoldaş (qəzet) — ictimai-siyasi qəzet. "Hümmət" sosial-demokrat (bolşevik) qrupunun orqanı.

Yoldaş
Növ İctimai, siyasi
Baş redaktor Əsədulla Axundov
Redaktor Məhəmməd Əmin Rəsulzadə
Yaranma tarixi avqust 1907-ci ildə
Nəşrini dayandırıb 1907-ci ildə
Şəhər Bakı

Yoldaş qəzeti 1907 ilin avqust ayından etibarən nəşr olunmağa başlamışdır.

Naşiri Ə.Axundov, redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. S.M.Əfəndiyev, M.F.Axundov, M. Ə. Rəsulzadə, M.Hadi, Ə.Əzimzadə və başqaları qəzetdə əməkdaşlıq etmişlər. "Molla Nəsrəddin" jurnalı Bakıda nəşrə başlayan "Yoldaş" qəzetinin Qafqazda milli toqquşmalara son qoymaq, milli sülh və əmin-amanlığı təmin etmək çağırışını bəyənmişdir. Jurnalın 17 sentyabr tarixli 35-ci sayında (1907) Cəlil Məmmədquluzadənin "Yoldaş" sərlövhəli iri bir xülasə məqaləsi dərc olunmuşdur. Yazı belə başlayır: "Cəmi oxucularımızdan təvəqqe edirik Bakıda təzə çıxan "Yoldaş" adlı qəzetənin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahiblərinə. Və görsünlər qəzetənin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır". "Yoldaş"-ın 3-cü sayında dərc olunmuş "Quba şeyxi: Qubada bir nəfər peyğəmbərlik iddiasındadır!" sərlövhəli satirik yazının süjeti "Ölülər" (1909) pyesindəki hadisələrlə səsləşir. 1907-ci il sentyabr ayında hökumət bu qəzeti "zərərli məsləkinə görə" bağlamışdır.[1]

  1. "Cəlil Məmmədquluzadə ENSİKLOPEDİYASI". 2018-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 295-296.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]