Heydər xan Əmioğlu

Heydər xan Əmoğlu (20 dekabr 1880, Urmiya15 oktyabr 1921, Gilan ostanı) — İrandaŞimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri.[1]

Heydər xan Əmioğlu
fars. حیدرخان عمواوغلی
Şəxsi məlumatlar
Doğum tarixi 20 dekabr 1880(1880-12-20)
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 1921(1921-10-15) (40 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüş
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının erkən dönəmi

[redaktə | mənbəni redaktə et]

Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində[2][3] anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir.[4] İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvanTiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.[1]

Məşhəddəki yaşamı

[redaktə | mənbəni redaktə et]

Heydər xan işləmək üçün İrana dəvət edilərkən nə oranın cəmiyyəti, nə də dili barədə heç nə bilmirdi. Eyni zamanda o, oraya getdiyi zaman təcrübəsiz gənc idi. Xorasanda çıxan mübahisə zamanı məmur olan Sahamülmülk Mütəvəlibaşını alçaltmış və bu hadisəni pz xatirələrində belə dəyərləndirmişdir:

Mənim yalnız bir məqsədim var idi, o da təhsili və anlayışı az olan və ya heç olmayan Xorasan (İran) əhalisinə [məmurun] da adi bir insan olduğunu göstərmək idi.

Xorasanda 15 ay yaşadıqdan sonra Heydər xan Tehrana yollandı və burada Hacı Əmin əl-Zərb elektrik zavodunda işləməyə başladı.[1]

Tehrandakı yaşamı

[redaktə | mənbəni redaktə et]

Heydər xan Tehrana gəldiyi zaman 1903-cü il idi və Məşrutə hərəkatının başlamasına az bir vaxt qalmışdı. O, Britaniya səfirliyinin zəminində sığınacaq üçün ilk qrup adamı özü göndərmiş olduğunu iddia edərkən Məşrutə hərəkatındakı rolunu şişirtmiş ola bilər. Hər bir halda, Müzəffərəddin şahın ölümündən və Məhəmmədəli şahın taxta çıxmasından sonra Heydər xan artıq daha təcrübəli və bilikli biri idi. Elə bunlarla da o, hərəkatın daha radikal bir istiqamətə yönəlməsində rol oynadı.[1]

İranı Rusiyaİngiltərə imperiyaları arasında iki nüfuz dairəsinə bölünməsinin rəsmiləşməsi olan Anqlo-Rus razılaşması Peterburq şəhərində 1907-ci ildə imzalandı. Bu müqavilənin imzalanmasından qısa müddət sonra baş nazir Mirzə Ələsgər xan Əminüssultan qətlə yetirildi. Heydər Xan sui-qəsdi onun təşkil etdiyini etiraf etdi və bunu Həsən Təqizadə də təsdiqlədi, lakin o, Heydər Xanın bu əməli onun göstərişi ilə törətdiyi Terror Komitəsinin mövcudluğunu inkar edir. Mirzə Ələsgər xan Əminüssultan şahı özünün kifayət qədər dəstəkçisi olan parlamentlə əməkdaşlıq etməyə vadar edirdi. Onun ölümü nəticəsində, onun dizayn etdiyi parlamentar koalisiya qısa müddət ərzində yoxa çıxdı. Üstəlik, Şah Parlamentdən daha çox şübhələndi və siyasiləşmiş kütlə baş nazirin vəzifəsindən kənarlaşdırılmasının inqilabi potensialını gördükcə, Parlament Şahı razı salmağa daha az həvəsli oldu. Xətlər kəskin şəkildə çəkildi və şiddətli qarşıdurma ehtimalını artırdı.[1]

Şah ilə parlament arasında yaranmış boşluğu və ziddiyyəti ortadan qaldırmağa çalışan başqa siyasətçilər də Heydər xanın siyasi terrorunun hədəfinə çevrildi. Belə siyasətçilərin sırasına Əhməd xan Əlaəldövlə və Xidmət Cəmiyyəti də daxil idi. Cəmiyyətin sıralarına konstitusionalistlərə rəğbət bəsləyən köhnə rejimin üzvləri də daxil idi. Məşrutə hərəkatının gedişatında Heydər xan Tehranda. İctimai Amiyyun təşkilatının yerli bölməsini yaratdı. 1907-ci ildə Heydər xanın ətrafı ilə digər sosialist çevrələr İran Sosial Demokrat partiyasına qatıldılar. Heydər konstitusiya uğrunda hər bir mübarizəni, hətta terroru da dəstəkləyirdi və buna görə də, "bombist" olaraq adlandırılmışdı. Heydər xanın ən radikal addımı 28 fevral 1908-ci ildə baş verdi. Bu tarixdə onun təşkilatçılığı ilə şahın maşınına bomba atıldı. Heydər xan bu sui-qəsd cəhdində günahkar bilindi və həbs edildi. Lakin parlamentdəki sosial-demokrat dostlarının etirazları nəticəsində həbsdən buraxıldı. Şahın həyatına qəsddən sonra o, parlamentin buraxıldığını elan etdi və silahlı olan hər iki tərəf açıq bir şəkildə qarşı-qarşıya gəldi. Nəticədə, 1909-cu ildə Orta Şərqdə ilk olaraq monarx xalqın adına taxtdan endirildi.[1] Məşrutə hərəkatının ikinci mərhələsində Heydər xan Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan Demokratik Partiyasının təşkil etdilər.

Bu hadisələr zamanı Heydər xan ilk dəfə Qafqaza qaçdı və buradan inqilabçılara silah, döyüşçü təmin edilməsi üçün çalışdı. Ən sonda isə özü də geri dönüb onlarla birlikdə döyüşdü. Şah taxtdan endirildikdən sonra. Heydər xan radikal Demokrat Partiyasına qatıldı və 1910-cu ildə Ayətullah Mirzə Seyid Behbahaninin sui-qəsdini təşkil etdi. Behbahani konstitusiyaçıların mühafizəkar qanadına rəhbərlik edirdi. Daha sonra Heydər xan xalq arasında məşhur olan Mirzə Həsən Xan Mostavfi-al-Mamalek hökuməti dövründə demokratlara və hökumət qüvvələrinə dəstək olaraq, müharibə dövründə silahlı mübarizə veteranları olan Səttar Xan, Baqir Xan və Mücahid qruplarına qarşı hücumlarda iştirak etdi. Onlar Məşrutə hərəkatının silahlı toqquşma sahəsinin veteranları olsalar da, indi mühafizəkarla dəstək verirdilər. Heydər xan və demokratlar Yeprem xanı dəstəkləyirdilər və onları silahsızlandırmaqda uğurlu oldular. Səttar xan toqquşma zamanı aldığı yaralara görə qısa müddət sonra vəfat etdi.[1]

1911-ci ilin martında Heydər xan İranı tərk etməyə məcbur oldu. Mühafizəkarlar yenidən qruplaşmışdılar və Cənubi Azərbaycanı da ələ keçirən ruslar burada inqilabı hərəkatın geniş vüsət almasını istəmirdilər. Heydər xan Rusiyada yaşayan və taxtından endirilən Məhəmmədəli şahdan guya onu taxtına geri gətirəcək vədi ilə pul alaraq, Avropaya getdi.[1] Digər qaynaqlarda isə onun Rusiyadan İstanbula getdiyi yazılmaqdadır. İstanbulda Gənc Türklər ilə fəal əməkdaşlıq edən Heydər xan Birinci Dünya müharibəsinin başlamasından sonra zabit olmuş və tükrpərəst Azərbaycan Mücahidləri bölməsində döyüşmüşdür. O, bu bölmə ilə birlikdə İrandakı rus və ingilis ekspedisiya ordularına qarşı hərbi əməliyyatlara qatılmışdır. O vaxt bolşevik sosial-demokratları ("Hökumətini müharibədə məğlub et" şüarına tam uyğun olaraq) "Turan yolu" ("Turan yolu") pantürkist siyasi layihəsi onlar tərəfindən üstüörtülü şəkildə dəstəkləndi. Bu layihəyə Osmanlı dövlət xadimləri Tələt paşa, Ənvər paşa və azərbaycanlı Əhməd bəy Ağaoğlu rəhbərlik edirdilər. Türkçülərin son məqsədi Qafqazın, İranın, krımın, Volqaboyunun və TÜrküstanın bütün türk əhalisini bir dövlətdə birləşdirməklə, onları həm Rusiyadan, həm də İrandan ayırmaq idi. Beləliklə, yeni müqagüc Turan qurulacaqdı.[5][6] Gənc Türklər kabinetinin və Azərbaycan mücahidlərinin bölücü anti-İran mövqelərinə baxmayaraq, Heydər xan Berlində İran Komitəsi ilə əməkdaşlıq etdi.

Gilan Sovet Respublikasındakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə Rusiyada bolşevik inqilabının olması Heydər xana Qafqaza geri dönmək və 1920-ci ildə təşkil edilmiş Bakı konqresinə qatılmaq imkanı verdi. Rusiyada fevral inqilabından sonra Heydər xan Petroqrada gəldi. Bolşeviklər hakimiyyətə gələnə qədər türk ordusunda xidmətini gizlətdi. 1919-cu ildə Heydər xan "Ədalət" kommunist təşkilatının sıralarında İrandan gələn mühacirlərlə işləmək üçün Orta Asiyaya yola düşdü. O, bu konresə İran nümayəndəsi kimi qatılmışdı. Bolşeviklər tərəfindən Heydər xan İrana geri göndərildi və ona Cəngəlilərlə İran Kommunist Partiyası arasındakı münaqişəyə son qoymaq tapşırıldı.[1]

Gilan Sovet Respublikasının yaradılması

[redaktə | mənbəni redaktə et]

1917-ci ilin sonlarında Cəngəli hərəkatı İslam Birliyi Komitəsini təşkil etdiklərini elan etdilər. Bu komitə İslam Birliyi hərəkatına bağlı idi və əsasən "burjua-millətçilərdən" formalaşmış, əsasən torpaq sahiblərindən, tacirlərdən ibarət olmuşdur.[7][8] Onlar təklif etdikləri konstitusiyada torpaq üzərində şəxsi mülkiyyəti qəbul edir, lakin ona müəyyən məhdudiyyətlər qoyulmasını istəyir, bərabərliyi, çoxluğun hakimiyyətini və azadlığı tələb edirdilər. Bu tələblərlə belə cəngəlilər torpaq sahibləri ilə kəndlilər arasındakı münasibətləri normallaşdıra bilmədilər, lakin onlar antimütləqiyyətçi, antiimperialist və millətçi mövqedən çıxış etməyə davam etdilər.[9][10] Ölkəni qarışıqlıq bürüdükcə cəngəlilər də güc qazanırdılar.[11]

1920-ci ildən etibarən, əsasən şiələrdən ibarət olan cəngəlilər üsyana başladılar və regional muxtariyyət, İrandakı bütün millətlərə bərabərlik, milli islahatlar tələb etməyə başladılar.[12][13] 1920-ci ilin yazının əvvəllərində cəngəlilər Qafqazdakı bolşevik komandanından məktub aldılar. Komandan Bakının bolşeviklər tərəfindən ələ keçirildiyini bildirirdi və bu məlumat Gilandakılar tərəfindən onların Ənzəliyə müdaxiləyə hazırlaşmaları kimi yozuldu. Ənzəli Sovet ordusunun daxil olmasına az bir müddət qalmış Mir Cəfər Pişəvəri və Heydər xan Əmioğlu bəyannamə yayımlayaraq İrandakı bütün kommunistləri və radikalları ayağa qalxmağa, bütün dövlət və hərbi orqanları, hakimiyyətin istablişmetini ələ keçirməyə çağırdılar. Qısa sözlə, Bakıda yaradılmış və əsasən İran Azərbaycanından gəlmiş şəxslərin qurduğu Ədalət partiyası Şimali Azərbaycanda olduğu kimi, İranda da bolşevik hakimiyyətinin möhkəmlənəcəyinə ümid edirdi. Və göründüyü qədər bu siyasətə rəhbərlik edənlərdən biri də müharibənin sonlarından etibarən Rusiyada olan Heydər xan Əmioğlu idi. 18 may 1920-ci ildə bolşevik ordusu Fedor Raskolnikovun komandanlığı altında Ənzəliyə daxil oldu. Bundan sonra Gilan Sovet Respublikası yaradıldı.[14] Respublikanın elanından sonra kommunistlərlə digər qüvvələr birgə cəbhə təşkil edərək bölgədə qalmış Britaniya və ya mərkəzi hökumət tərəfdarları ilə mübarizə apardılar. Lakin sonradan öz daxillərində münasibətlər kəskinləşdi. Sovet rəhbərliyi Mirzə Kiçik xanı mərkəzi hökumətə qarşı çox güzəştə gedən, hərəkatın yayılmasını istəməyən və onu Gilanla məhdudlaşdıran şəxs kimi baxırdılar.[15]

Heydər xan Əmioğlunun hərəkata qatılması

[redaktə | mənbəni redaktə et]

Hələ 1920-ci ilin iyununda İran Kommunist Partiyasının birinci qurultayı keçirilişsi. Qurultay hərəkata daha çox tərəfdar toplaya bilmək üçün bu qərarları qəbul etmişdi: imperializmin ortadan qaldırılması, bütün xarici malların müsadirəsi, ölkənin bütövlüyü prinsipi əsasında bütün xalqların öz müqəddəratını təyin etmə prinsipinin tanınması, böyük torpaq sahiblərinin torpaqlarının müsadirə edilməsi və kəndlilərə paylanması, Sovet Rusiya və ümumdünya proletariatı ilə əməkdaşlıq.[16] Heydər xan Əmioğlu belə bir konjekturada partiyanın başına gəlmişdi.

Gilan Sovet Sosialist Hərəkatının özünün süqut mərhələsinə qədəm qoyması Bakıda Şərq Xalqları Qurultayının keçirilməsi ilə üst-üstə düşdü. 1920-ci ilin oktyabrında İran Kommunist Partiyası özünün yeni mərkəzi komitəsini formalaşdırmış, köhnə və məşhur inqilabçı[a] Heydər xanı öz sıralarına çəkərək mərkəzi komitəni (MK) məşhurlaşdırmağa çalışmışdı. Həmçinin Heydər xan MK-ın baş katibi də seçilmişdi. Heydər xanın qatılması ilə partiya İranın sosial və iqtisadi şərtləri ilə bağlı yeni hərəkət proqramı qəbul etdi. Yeni proqram ölkənin olduğu vəziyyəti dəyərləndirərək qısa bir müddət ərzində kommunist tədbirlərin həyata keçirilməsini mümkünsüz hesab edirdi.[19] Rusiyadakı kommunist hərəkatın doktrinində baş verən dəyişikliklər digər siyasi qruplarla müvəqqəti ittifaqa icazə verirdi. Amerikalı sosioloq Con Foran bu əməkdaşlığı belə dəyərləndirir:

Heydər xan Əmioğlunun rəhbərlik etdiyi İran Kommunist Partiyası və Mirzə Kiçik xanın rəhbərlik etdiyi Cəngəlilər hərəkatı sovet sosialist respublikası qurmaq üçün ittifaq təşkil etmişdilər. Buna əlavə olaraq, onlar Leninə məktub göndərərək 'bizi və bütün istismar edilmişləri iranlı və britaniyalı istismarçıların zəncirlərindən xilas etmək üçün' yardım istəmişdilər. Həmçinin onlar Tehrana məktub göndərərək şahın hökumətini illegitim elan etmişdilər.[20]

Bu dəyişiklik Heydər xan Əmioğlu tərəfindən dərhal qəbul edildi, cəngəlilərin lideri ilə əlaqə yaradıldı və 8 may 1921-ci ildə ortaq razılığa gəlindi. Razılaşma Ehsanullah xanın Rəştdəki radikal inqilabçı komitəsi, Mirzə Kiçik xanın Cəngəli hərəkatı ilə Heydər xanın partiyası arasında imzalanmışdı. 1921-ci ilin martında Heydər xan imzaladığı qərar ilə bütün ölkədəki komunistləri partiyanın məhəlli hücrələrini qurmağa çağırırdı. Bununla da, ilk dəfə idi ki, partiya bütün İrana yayılmağa çalışırdı. Heydər xanın məşhurluğundan yararlanan partiya digər yerlərə kitabçalar göndərməyə başladı.[21] 1921-ci ilin iyulunda Cəngəli kəndli Şurası Heydər xanın rəhbərliyində təşkil edildi. Heydər xanın səyləri nəticəsində 1921-ci ilin avqustunda Gilan yenidən sovet respublikası elan edildi. Bu dövrdə Heydər xanın Gilandakı bütün hərəkatı özünə tabe etməyə çalışdığı iddiaları da vardır. Gilandakı rəhbərlər arasında münasibətlər gərginləşirkən mərkəzi hökumət də öz ordusunu bərpa etməyə başlamışdı. İddia edilir ki, Mirzə Kiçik xan mərkəzi hökumətlə gizli danışıqlara başlamış və ya onlar elçi göndərərək Gilanda Mirzə Kiçik xanla danışıqlar aparmışdır. Lakin bu danışıqlar Kiçiyin regional muxtariyyət istəyində qərarlı olmasına görə baş tutmasa da, Heydər xanın rəhbərlik etdiyi kommunistlərlə cəngəlilərin münasibətlərinin pozulmasına yetmişdir. Bundan sonra, kommunistlər Kiçiyi tələyə salmağa qərar vermişdirlər.[22]

Onun öldürülməsi hadisəsinin təfərrüatları fərqlənsə də, onun oraya getməsindən qısa müddət sonra Mirzə Kiçik xanın tərəfdarları tərəfindən öldürülməsi demək olar ki, qətidir. Bu hadisədən Mirzə Kiçik xanın xəbərinin olub-olmaması bəlli deyil.[1] Tarixçi Sepehr Zabih fars qaynaqlarına istinad edərək yazır ki, kommunistlər Mirzə Kiçik xanın mərkəzi hökumətlə danışıqlar aparmasını bildikdən sonra onu tələyə salıb öldürmək qərarına gəlmişdirlər. Bu tələ üçün onun yanına nümayəndələr göndərilmiş və münasibətləri normallaşdırmaq üçün görüş təşkil edilmişdir. Görüş üçün göndərilən heyətə Heydər xan, Ehsanullah, Xalu Qurban, Zərrə və Hesabi də vardır. Heyət Pesixanda müəyyən edilmiş görüş yerinə toplanaraq Kiçik xanı gözləyərkkən, tələdən xəbərdar olan Kiçik xan öz tərəfdarlarına evi yandırmağı tapşırmışdır. Nəticə də, Heydər xan vəfat etsə də, digərləri qurtulmuşdur.[23] Bunun ardınca onun cəsədi geniş şəkildə balzamlaşdırılaraq ölkədən Fransaya aparılıb.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Sheikholeslami, 2003
  2. Годс, 1994. səh. 51
  3. Шамида, 1973. səh. 13
  4. Swietochowski, 1999. səh. 17
  5. Гасанова, 1966
  6. Козубский, 1998
  7. Amirahmadi, 2012. səh. 228
  8. Katouzian, 2006. səh. 73
  9. Amirahmadi, 2012. səh. 119, 228
  10. Kashani-Sabet, 1999. səh. 154
  11. Amirahmadi, 2012. səh. 230, 231
  12. Asgharzadeh, 2007. səh. 18
  13. Zabih, 1966. səh. 17
  14. Zabih, 1966. səh. 17-19
  15. Zabih, 1966. səh. 21-23
  16. Zabih, 1966. səh. 27-28
  17. Ivanova, 1955. səh. 310
  18. Zabih, 1966. səh. 25
  19. Zabih, 1966. səh. 35-36
  20. Javadzadeh, 2011. səh. 93-94
  21. Zabih, 1966. səh. 35-38
  22. Zabih, 1966. səh. 38-39
  23. Zabih, 1966. səh. 39
  • Alireza Sheikholeslami. ḤAYDAR KHAN ʿAMU-OḠLI. Encyclopædia Iranica. 2003.
  • Tadeusz Swietochowski, Brian C. Collins. Historical Dictionary of Azerbaijan. Scarecrow Press. 1999.
  • А. И. Шамида. Гейдар Ами оглы (биографический очерк). Bakı: Azərbaycan dövlət nəşriyyatı. 1973.
  • Реза Годс. Иран в XX веке: политическая история. Moskva: Наука. 1994.
  • Э. Ю. Гасанова. Идеология буржуазного национализма в Турции. Bakı: АН АзССР. 1966.
  • К. Э. Козубский. Под копытом. Moskva: Общеказачья газета «Станица» № 2(26). 1998.
  • M. N. Ivanova. The National Liberation MOvement in Gilan Province of Persia in 1920-1921. Sovetskoye Vostokovedeniye. 1955.
  • Hooshang Amirahmadi. The Political Economy of Iran Under the Qajars: Society, Politics, Economics and Foreign Relations 1796-1926. I.B. Tauris. 2012. ISBN 978-1848856721.
  • Homa Katouzian. [978-1845112721 State and Society in Iran: The Eclipse of the Qajars and the Emergence of the Pahlavis] (#bad_url). I.B.Tauris. 2006.Firoozeh Kashani-Sabet, Frontier Fictions: Shaping the Iranian Nation, 1804–1946 (Princeton, NJ: Princeton University Library, 1999),
  • Firoozeh Kashani-Sabet. Frontier Fictions: Shaping the Iranian Nation, 1804-1946. Princeton, NJ: Princeton University Library. 1999.
  • Alireza Asgharzadeh. Iran and the Challenge of Diversity: Islamic Fundamentalism, Aryanist Racism, and Democratic Struggles. New York: Palgrave Macmillan. 2007.
  • Abdy Javadzadeh. Iranian Irony: Marxists Becoming Muslims. Pittsburgh: Rose Dog Books. 2011.
  • Sepehr Zabih. The Communist Movement in Iran. Berkeley and Los Angeles: University of California Press. 1966.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Abdul-Hadi Hairi. Ḥaydar K̲h̲ān Amū Ug̲h̲lī. III. Leiden: E. J. Brill. In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, Second Edition. 1971.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı